MÜHAZİRƏ – 10
RELYEFİN SU EROZİYA VƏ SU AKKUMULYASİYA FORMALARI
Relyefin erozion formalarının mənşəyini və inkişafını dərk etmək üçün axar
suların işi və onların əsasını təşkil edən fiziki qanunlar haqqında təsəvvürə malik
olmaq lazımdır.
Axar suların işi, onların kinetik (“canlı”) enerjisinin böyüklüyü ilə müəyyən
edilir. Buna görə də mv
2
düsturundan istifadə edilir. Burada m – suyun miqdarı, v –
onun axım sürətidir.
Suyun miqdarı adətən onun sərfinə düz mütənasib olur. Axımın sürəti isə çay
yatağının meyilliyindən, dibinin və sahillərinin quruluşundan və başqa geomorfoloji
amillərdən asılıdır. Bu asılılıq Şezinin V=C R1 düsturu ilə müəyyən edilir. Burada
C – çay yatağının kələ-kötürlüyündən asılılıq əmsalı, R – hidravlik radiusu ( çayın
canlı axımı kəsiyinin yatağın yaş parametrinə olan münasibəti), i – yatağın
meyilliyidir.
Axar suyun miqdarı və yatağın meyilliyi nə qədər çox olsa, onun erozion
fəaliyyəti də bir o qədər çox olacaqdır. Eroziya dedikdə çayın yatağını dərinləşdirən
və genişləndirən yuma prosesləri başa düşülməlidir. Eroziya prosesi çox mürəkkəb
xarakter daşıyıb aşağıdakı fərdi proseslərdən ibarətdir:
1) Çay hövzəsində aşınmış məhsulun daşınması.
2) Çay yatağında üzə çıxan süxurların çayın dibi ilə aparılan qum, çağıldaşı,
valun vasitəsilə yonulması və cilalanması.
3) Bəzi süxurların (əhəngdaşı, dolomit, gips) suda həll olması və süxurların
tərkibindəki duzların yuyulması.
Axar su yataqlarında eyni vaxtda bir-birinin əksi olan iki müxtəlif proses-