Mühazirə müəllimi: Dos. H. H. Həsənov



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə1/157
tarix10.12.2023
ölçüsü2,21 Mb.
#139539
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9   ...   157
Maliyyə Və Kredit



FƏNN: Maliyyə və kredit 
Mühazirə müəllimi: Dos. H.H.Həsənov 
MÖVZU 1. PULUN MAHIYYƏTI, FUNKSIYALARI VƏ ROLU 
1.
Pulun meydana gəlməsi, mahiyyəti və zəruriliyi. 
2.
Iqtisadi münasibətlər sistemində pulun funksiyaları. 
3.
Pulun növləri, müasir dövrdə pulun mahiyyəti. 
4.
Pulun kütləsi və emissiyası. 
5.
Xalq təsərrüfatında iqtisadi əlaqələrin təşkilində, təkrar istehsal 
prosesinin təmin edilməsində və milli gəlirin bölüşdürülməsi və 
yenidən bölüşdürülməsində pulun rolu.
KitabYurdu.az 
1


PULUN MEYDANA GƏLMƏSI, MAHIYYƏTI VƏ ZƏRURILIYI 
Pul tarixi iqtisadi kateqoriyadır, cəmiyyətin inkişafının zəruri məhsuludur. O, 
cəmiyyətdə istehsalın və iqtisadi münasibətlərin həyata keçirilməsinin müəyyən 
şəraitində meydana gəlmişdir. Əmtəə istehsalı və mübadilənin tarixi inkişafı dəyər 
formalarının dəyişməsi yolu ilə baş vermişdir.
Əmək məhsuldarlığının inkişafının ilkin mərhələsində təsərrüfatlar tamamilə 
natural xarakter daşıyırdılar. Ona görə də hələ əmtəə mövcud deyildi, məhsul şəxsi 
istehlak üçün istehsal olunurdu. Mübadilə təsadüfi hallarda, yalnız əmək məhsulları 
şəxsi istehlakdan artıq olduğu vaxt baş verirdi. Tayfalar arasında mübadilənin həmin 
mərhələsində dəyərin sadə və ya təsadüfi forması xarakterik idi. Bu vaxt hər bir ayrıca 
əmtəənin dəyəri bilavasitə digər, ona qarşı duran başqa bir əmtəənin dəyər ifadəsinin iki 
qütbü mövcuddur. Birinci qütb öz dəyərini ifadə edən, aktiv rol oynayan əmtəə (nisbi 
dəyər forması), ikinci qütbdə isə birinci əmtəənin dəyərini ifadə etmək üçün material 
olan və passiv rol oynayan əmtəə, hansı ki, ekvivalent formasında çıxış edir, yəni 
dəyərcə onun bərabəri idi (ekvivalent dəyər forması), əmtəə durur.
Tədricən insanlar müəyyən növ məhsulların hazırlanmasında ixtisaslaşırlar ki, bu 
da məhsul istehsalının çoxalmasına səbəb olur, mübadiləyə olan meyli və olan marağı 
gücləndirir. Dəyərin tam və ya geniş forması ibtidai icma quruluşu şəraitində birinci 
böyük ictimai əmək bölgüsü nəticəsində mübadilənin inkişafı ilə meydana gəlmişdir. 
Ictimai əmək bölgsü əmək məhsullarının daim mübadiləsini, əmtəə istehsalını zəruri 
etdi. Əkinçilik və çobançılıq tayfalarının ayrılması ilə bir çox ictimai əmək məhsulları 
mübadiləyə qoşulur, nisbi dəyər formasında çıxış edən hər bir əmtəə isə çoxlu miqdar 
əmtəə-ekvivalentlərə qarşı durur. Həmin dəyər formasının başlıca çatışmazlığı ondan 
ibarət idi ki, əmtəə-ekvivalentlərinin çoxluğu ilə əlaqədar hər bir əmtəənin dəyəri öz 
tam ifadəsini ala bilmirdi.
Məhsuldar qüvvələrin və onunla əlaqədar mübadilənin inkişafı ona gətirib çıxarır 
ki, əmtəələr aləmindən kortəbii olaraq ayrı-ayrı əmtəələr (duz, xəz dəri, mal-qara və 

Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin