Siyasət sosial hadisə kimi



Yüklə 22,92 Kb.
səhifə1/4
tarix02.06.2023
ölçüsü22,92 Kb.
#127593
  1   2   3   4
37-42-ci suallar


  1. Siyasət sosial hadisə kimi

Siyasət dövlət hakimiyyətinin əldə edilməsi, qorunub saxlanılması və istifadə olunması ilə bağlı fəaliyyət sahəsi- dir. Siyasi fəaliyyət müxtəlif sosial qruplar, siniflər və döv- lətlərarası münasibətlər üzərində qurulur. Hakimiyyət prob- lemi ilə bağlı olan hər hansı bir fəaliyyət siyasi xarakter da- şıyır. Siyasət cəmiyyətin inkişafının müəyyən mərhələsində yaranır; o xüsusi mülkiyyətə əsaslanan istehsal formala- rının, sosial strukturun po'nəvi mədəniyyətin formalaşdığı dövrdə təşəkkül tapmışdhs Müxtəlif sosial qruplar öz məna- felərini qoruyub saxlamaq üçün xüsusi idarəetmə aparatını yaradırlar. Siyasi hakimiyyət müxtəlif tə'sisat formaları va- sitəsilə həyata keçirilir.
Siyasat va sosial fəaliyyət çətin va mas'uliyyətlidir. O daim elmin nailiyyətlərinə arxalanmağı tolab edir. Siyasi fəaliyyətin strukturunda ümumi şəkildə aşağıdakı üç momenti göstərmək olar: birinci, comiyyətin mövcud marha- lasindəki bütün imkanları va sosial qüvvələrin nisbətini nəzərə almaqla yaxın ve perspektiv məqsəd və vəzifələr işləyib hazırlamaq maharəti; ikinci, qarşıya qoyulmuş məqsədlərə nail olmağın effektiv metodlarını, vasitələrini va sosial qüvvələrin təşkili formalarını müəyyənləşdirmək. Üçüncü, qarşıya qoyulmuş vəzifələri həll edə biləcək kadrları seçmək və yerləşdirmək.
Siyasət mövcud cəmiyyətdəki şiyasi münasibətlər, siyasi institutlar və siyasi ideologiya"asitəsilə həyata keçirilir. Birinci tərəf (siyasi münasibətlər) böyük insan qrupları arasında siyasi hakimiyyətə nəzərən olan münasibətləri ifadə edir. İkinci (siyasi institutlar) vətəndaşların siyasi fəaliyyətinin təşkili formalarını, siyasi təşkilatları əhatə edir. Üçüncü tərəf (siyasi ideologiya) insanların siyasi fəaliyyətini şüurda sistemli şəkildə əks etdirən baxışların, ideyaların və nəzəriyyələrin məcmusudur.
Siyasat iqtisadiyyat ila six əlaqədədir. Bu iki tərəf dialektik vəhdətdə çıxış edir. Bir tərəfdən siyasətin, siyasi faaliyyətin formalaşması xeyli daracada iqtisadi hayat göstəriciləri ilə şərtlənir. Digər tərəfdən siyasət iqtisadi inkişafa fəal əks tə'sir göstərir.
Siyasət cəmiyyətin siyasi həyatında əsas yer tutan siyasi institutların məcmusunu ifadə edən siyasi sistem ilǝ sıx bağlıdır. Camiyyətin siyasi sistemi çox mürəkkəb məz- muna malikdir. Onun tərkibində institusional (təşkilatlar, təsisatlar), tanzimedici (normalar), funksional (vahid sistem daxilində elementlərin funksiyası, siyasi rejim), ideoloji (no- zəriyyə və baxışlar) va kommunikativ (əlaqələndirici, birləşdirici) səpkiləri ayırmaq olar.
Falsafa tarixindo Platon, Aristotel, N.Makiavelli, T.Hobbs, C.Lokk, F.Hegel, K.Marks va başqaları siyasat va siyasi fəaliyyət haqqında geniş bəhs etmişlər.
XIII əsr Azərbaycan mütəfəkkirin N.Tusinin siyasət haqqında fikirləri böyük maraq doğurur. Özünün «Əxlaqi- Nasirio asarinda o siyasatin mahiyyətini və növlərini geniş izah edir. O göstərirdi ki, ictimai əməyi təşkil etmək, istehsal prosesində özbaşınalığa və hərcmərcliyə son qoymaq an vacib məsələlərdəndir. Bu məqsədlə dövlət tərəfindən həyata keçirilən zəruri tədbirlər sistemi siyasət adlanır. usi siyasətin dörd növü (ölkə siyasəti, qələbə siyasəti, kəramət siyasəti və camaat siyasəti) haqqında Aristotelin ta'liminə şərik çıxmış, həmin siyasət növlərini ayrı-ayrılıqda təhlil etmişdir.
Lokkun asas fikri ondan ibarətdir ki, insan azadlığı mütləq azadlığı deyil, tabii qanun bərabərliyini, şəxsi azadlığı, təşəbbüskarlıq azadlığını nazarda tutur. O siyasi falsafa- nin bir sıra digər problemləri ilə yanaşı hakimiyyət bölgüsü no do xüsusi diqqət yetirmişdir.
Fridrix Hegel (1770-1831) "Hüquq fəlsəfəsi" əsərində qeyd edirdi ki, vətəndaş cəmiyyətində əməyin inkişafı, sosial fərqlərin yaranması və sosial ziddiyyətlərin əmələ gəlməsi noticəsində dövlət yaranır. Dövlət "Allahın dünyada gedişi- dir", yalnız dövlətdə həqiqi azadlıq mümkündür. Dövlət qu ruluşunun möhkəmliyini ma'murlar ta'min edir (bürokrati- ya).
[Karl Marks (1818-1883) və onun davamçısı olan Frid- rix Engels (1820-1895) siyasəti cəmiyyətin iqtisadi əsasları ilə əlaqələndirir, onun sosial mahiyyətini materializm möv- qeyindən izah edirdilər. F.Engels "Ailənin, xüsusi mülkiy- yətin və dövlətin mənşəyi" əsərində ibtidai cəmiyyətin tarixi- nin təhlilinə ictimai həyatın materialist anlayışını tətbiq edə- rək, belə bir qənaətə gəldi ki, qan qohumluğuna əsaslanan qədim ibtidai quruluş parçalanmış, onun əvəzinə ərazi böl- güsü və xüsusi mülkiyyət formalarına əsaslanan yeni dövlət quruluşu meydana gəlmişdir. Bu vaxtdan siyasət cəmiyyətin hayatında mühüm rol oynamağa başlayır, siyasi fəaliyyətin ifadə formalarından biri olan dövlətin müxtəlif növləri mey- dana gəlir


  1. Yüklə 22,92 Kb.

    Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin