Ümid edirik ki, bu kitab həqiqətsevər insanların belə bir bərəkətli süfrədən faydalanması üçün uyğun şərh və yardımçı olacaqdır



Yüklə 2,8 Mb.
səhifə45/55
tarix21.10.2017
ölçüsü2,8 Mb.
#7519
1   ...   41   42   43   44   45   46   47   48   ...   55

Bağışlanma ümidi


Ey mənim Mövlam! Qur`anda günahdan peşman olanlara və`d etdiyin əfvə ümid bağladığım halda od içində necə sakinləşim?!

Pərvərdigara! Çox ehtiyaclılar birinin qapısını döydükdə ümidsiz qaytarılmırsa, necə ola bilər ki, Sənə ümid bağlayan bəndə əliboş qaytarıla?

Əttar “İlahinamə” kitabında belə nəql edir:

Məkkədə eyş-işrət məclislərini qızışdıran bir rəqqasə yaşayırdı. Həzrət Peyğəmbərin (s) hicrətindən neçə illər sonra gözəlliyi və səsini itirmiş bu qadın çörəyə möhtac olur. Çarəsiz qalıb Mədinəyə Həzrət Peyğəmbərin (s) hüzuruna gəlir. Həzrət (s) ondan soruşur: “Mədinəyə axirət, yoxsa dünya qazancı üçün gəlmisən?” Qadın deyir: “Nə o, nə də o birinə görə. Sənin səxavətin haqqında eşidib, yanına ümidlə gəlmişəm.” Peyğəmbər (s) bu sözlərdən xoşhal olur. Mübarək ridasını qadına bağışlayıb səhabələrinə buyurur: “Hər kəs imkanı daxilində ona hədiyyə versin.”

Bəli, günahkar bir qadın Sənin peyğəmbərinə (s) ümid bağlayıb, onun görüşünə gəlir və lazımınca mükafat alır. Necə ola bilər ki, mən bir bu qədər ümidlə Sənin dərgahına üz tutam və əliboş qalam?
Səndən ayrılığa halım yox, inan,

Könlümün səhnəsi Sənindir tamam.

Gec olsun, tez olsun, axır ki, bir gün

Qismətim olası Sənin görüşün.

Eşqinlə çırpınır sinəmdə ürək,

Qan da durub deyir eşq olsun gərək.

İçib ol badədən, düşmüşəm qəmə

Bu dərdin çarəsi bir Sənsən yenə.

Hara baxıramsa “vurul, sev” deyir,

Əlbət ki, sevgi də dözüm istəyir.

O qədər ucasan, Sənə baxanda

Ağıl başdan çıxır bir anda.

Vüsalından özgə bir diləyim yox,

Düşüncədən başqa bir köməyim yox.

Bəlkə də bu sevgi çox-çox yubanmış,

Amma nə yaxşı ki, qəlbimə qonmuş.

Yandırıb-yaxan da, qurub-tikən də

Həmin sevgi imiş, vüsalı Səndə.

Yağdırsan başıma sevgi yağışı

Əlbət qismət olar rəhmət ağuşu.


“Fəbiizzətikə, ya Səyyidi və Məvlayə, uqsimu sadiqən, ləin tərəktəni natiqən, ləəziccənnə iləykə bəynə əhliha zəcicəl-amilinə və ləəsruxənnə iləykə suraxəl-mustəsrisxinə və ləəbkiyənnə ələykə bukaəl-faqidinə və ləunadiyənnəkə əynə kuntə ya vəliyyəl-mu`mininə ya ğayətə amalil-arifinə ya ğiyasəl-mustəğisinə ya həbibə qulubis-sadiqinə ya ilahəl-aləminə
(“Ey Ağam, ey Mövlam! İzzətinə sədaqətlə dolu and içirəm ki, məni danışmaqda azad buraxsan, Cəhənnəm əhli içindən istəklilər kimi hüzuruna nalə çəkəcəyəm, yardım istəyənlər tək fəryad qoparacaq, əzizlərini itirənlər kimi ağlayacaq və bütün vücudumla Səni çağıracağam: - Ey mö`minlərin ağası, ey ariflərin son istəyi, ey fəryad qoparanların dadına çatan, ey sadiq qəlblərin məhbubu, ey aləmlərin mə`budu, haradasan?”)
Doğrudan da, əzaba və əzabların ən ağırı olan ayrılığa düçar olmuş şəxs oda büründüyü vaxt hansı halda olar?!

Mə`şuqunu itirən insanın naləsindən də ağır nalə varmı?!

Deyirlər ki, yoldan ötən arif bir ananın öz qızının cənazəsi üstə ağladığını görür və deyir: - “Xoş bu ananın halına ki, necə qiymətli gövhər itirdiyini anlayır!”
Uşaq itirəndə evini ağlar,

Mənsə ev sahibin itirdim aşkar.


Xoş ağır Qiyamət səhnəsində rəhmətə qovuşanların halına! Yaxşı olar ki, ölüm qapını döyməmiş özümüzdən, kimliyimizdən, əməllərimizdən xəbərdar olaq!

Harun və Bəhlul


Harun Həcc səfərindən qayıdıb bir neçə gün Kufədə qaldı. Bir gün yoldan ötərkən Bəhlul onu üç dəfə “Harun, Harun, Harun” deyə səslədi. Harun təəccüb etdi ki, onu bu sayaq kim çağıra bilər? Dedilər ki, divanə Bəhluldur. Harun Bəhlulu çağırıb soruşdu: “Məni tanıyırsan?” Bəhlul dedi: “Bəli, sən o kəssən ki, məşriqdə zülm olunduğu vaxt məğribdə də olsan, ölkə başçısı olduğun üçün Qiyamət günü cavab verməli olacaqsan.” Harun ağladı və dedi: “Halımı necə görürsən?” Bəhlul belə cavab verdi: “Qur`ana bax, halını bil.” Sonra bu ayəni oxudu: “Şübhəsiz ki, yaxşılar Behiştə və şübhəsiz ki, pislər Cəhənnəmə göndərilər.”359 Harun soruşdu ki, bəs çəkdiyimiz zəhmətlər necə olacaq? Bəhlul bu ayəni oxudu: “Allah yalnız təqvalılardan qəbul edir.”360 “Bəs Peyğəmbərlə (s) yaxınlığımız necə olsun?”–deyə Harun soruşdu. Bəhlul bu ayəni oxudu: “Sur üfürüldüyü vaxt bütün qohumluq, yaxınlıq əlaqələri aradan götürülər və heç kim bir-birindən hal-əhval tutmaz.”361 Harun Həzrət Peyğəmbərin (s) şəfaəti haqqında soruşur. Bəhlul yenə Qur`an ayəsi oxuyur: “Həmin gün Rəhman olan Allahın icazə verdiyindən savayı digər şəfaət fayda verməz.362

Bəhlula yaxşılıq etmək istəyən Harun soruşur ki, nə istəyin var? Bəhlul deyir: - “Günahlarımı bağışla, məni Behiştə göndər.” Harun deyir: “Məndə belə bir güc yoxdur. Amma deyirlər borcun var, bəlkə borcunu ödəyim?” Bəhlul deyir: “Borcu borcla ödəməzlər. Səndə nə varsa, hamısı xalqın malıdır və sən xalqa borclusan. Əvvəl öz borclarını ödə.” Harun başqa təklif edir: “Gəl, ömrünün sonunadək sənə maaş tə`yin edim.” Bəhlul yenə e`tiraz edir: “Mən Allahın ruzisini yeyirəm. Sən bilən, Allah səni yada salır, məni yox?!”


Xəzinələr fəna, qənaət bəqa,

Biri sultan malı, o biri gəda.


“Əfəturakə subhanəkə ya İlahi və bihəmdikə təsməu fiha səvtə əbdin muslimin sucinə fiha bimuxalifətihi və zaqə tə`mə əzabiha bimə`siyətihi, və hubisə bəynə ətbaqiha bicurmihi və cərirətihi, və huvə yəziccu iləykə zəcicə muəmmilin lirəhmətikə və yunadikə bilisani əhli təvhidikə və yətəvəssəlu iləykə birububiyyətikə
(“Səni beləmi tanıyırlar, ey mənim mə`budum?! Ey daim həmd oxumaqla hər eybdən pak bildiyim mə`bud, Cəhənnəmdə o müsəlman bəndənin səsini eşidirsən ki, Səninlə müxalifliyinə görə zindana düşüb, itaətsizliyinə görə əzabı dadıb, cinayətlərinə görə Cəhənnəm əhli arasında həbs olunub və rəhmətinin arzusunda olan kəs kimi dərgahına nalə çəkir, tovhid əhlinin dili ilə nida edir, Sənin rübubiyyətinə doğru vasitə axtarır.”)
Ayə və rəvayətlərdə Cəhənnəm səhnəsinin ağrı-acıları haqqında eşidən bəsirət sahiblərinin bədəni lərzəyə gəlir, qəlblərini qorxu bürüyür. Onlar bu sıxıntıdan qurtulmaq üçün Allaha pənah aparır, ilahi qadağalardan çəkinir, hətta bə`zən həyəcandan dünyalarını da dəyişirlər.

Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin