1. Konfliktologiya müst


Mövzu 14. Alıcının və satıcının təşəbbüsü ilə kommersiya danışıqlarının aparılması taktikası



Yüklə 488 Kb.
səhifə15/17
tarix05.01.2022
ölçüsü488 Kb.
#111035
1   ...   9   10   11   12   13   14   15   16   17
Mövzu 14. Alıcının və satıcının təşəbbüsü ilə kommersiya danışıqlarının aparılması taktikası

1. Alqı işinin mahiyyəti, rolu və məzmunu

2. Əmtəələrin alqısı üzrə kommersiya partnyorlarının öyrənilməsi

3. Malgöndərənlərlə təsərrüfat əlaqələrinin təşkili

4. Topdan yarmarkaların əhəmiyyəti, rolu və növləri

1. Alqı işinin mahiyyəti, rolu və məzmunu

Alqı işi ticarətdə kommersiya fəaliyyətinin əsasını təşkil edir. Alıcıya əmtəənin satışından mənfəət əldə etmək üçün əmtəələrə malik olmaq lazımdır. Əmtəə tədavülünün əsas funksiyası dəyərin formasının dəyişilməsində öz əksini tapır:

P - ƏI və ƏI – PI

Bu formula ticarətdə kommersiya işinin mahiyyətini açır: Pul vəsaitlərinə malik olan sahibkar əmtəələri alır və sonradan onları sataraq yeni­dən müəyyən artımla (mənfəətlə) pul vəsaitlərinə çevrilir. Belə bir nəti­cəyə gəlmək olar ki, ticarətdə kommersiya işi sonradan satmaq məq­sə­dilə əmtəələrin alışından başlanır.

Ticarət müəssisələri hüquqi və fiziki şəxslər tərəfindən alınmış əmtəə­lərin sonradan satılması məqsədilə həyata keçirilən topdan mal döv­riy­­yəsini təşkil edir. Topdan alış əhalini təchiz etmək üçün pəra­kən­də satış şəbəkəsində zəruri əmtəə çeşidini formalaşdırır. Həmçinin, əmtəə istehsalçılarına təsir etməyə, ticarət müəssisəsinin işinin səmərə­li­li­yini təmin etməyə imkan yaradır.

Respublikada alqı işinin təşkili və texnologiyası köklü dəyişikliklərə səbəb olmuşdur. Keçmiş sosializm dövründəki əmtəələrin fond bölüşdürülməsi, alıcıların malgöndərənlərə mərkəzləşdirilmiş qaydada təhkim olunmasıdır. Bazar iqtisadiyyatı şəraitində bu aşağıdakı kimi xarakterizə olunur:

1. Əmtəələrin alqısı üzrə partnyorun seçilməsində sərbəstlik;

2. alıcı mənbələrinin çoxsaylılığı;

3. partnyorların bərabər hüquqluluğu;

4. əmtəələrin göndərilməsi üzrə müqavilələrin rolunun yüksəl­dil­mə­si;

5. əmtəələrin göndərilməsi proseslərinin dövlət tərəfindən tənzim­lən­mə­si;

6. qiymətin sərbəstliyi;

7. malgöndərənlər və alıcılar arasında rəqabətin olması;

8. tərəflərin iqtisadi məsuliyyəti;

9. əmtəə alışı zamanı kommersantın təşəbbüskarlığının artması.

Topdan alış üzrə kommersiya işi aşağıdakı mərhələlərdən ibarətdir:

1. alıcı tələbatının öyrənilməsi və proqnozlaşdırılması;

2. əmtəələrin daxilolma mənbələrinin öyrənilməsi;

3. malgöndərənlərlə səmərəli təsərrüfat əlaqələrinin təşkili üzrə müqavilələrinhazırlanması və bağlanması;

4. topdan alqı üzrə uçotun və nəzarətin təşkili və s.

Alıcı tələbatının öyrənilməsi və proqnozlaşdırılması əmtəələrin alışı üzrə kommersiya işinin müvəffəqiyyətlə və səmərəli istifadə olunmasının zəruri şərtidir.

2. Əmtəələrin alqısı üzrə kommersiya partnyorlarının öyrənilməsi

Bazar iqtisadiyyatı şəraitində əmtəələrin alqısı üzrə kommersiya əməliyyatlarının müvəffəqiyyətlə yerinə yetirmək üçün, topdan bazalar sistematik olaraq, əmtəələrin alış mənbələri öyrənilməlidir. Kommersiya işçiləri öz iqtisadi rayonlarını və onun təbii sərvətlərini, sənayesini, kənd təsərrüfatını, istehsal imkanlarını yaxşı bilməlidirlər.

Topdan bazaların kommersiya şöbəsi, yeni istehsal növlərinin inkişafı imkanlarını müəyyənləşdirməli, istehsalçılarının uçotunu və gündəlik qeydiyyatını aparmalı, keyfiyyətin yaxşılaşdırılması məsələləri üzrə təkliflər hazırlamalıdırlar.

Belə ki, kənd təsərrüfatı, aqrar-sənaye kompleksinin müəssisələri, yüngül, yeyinti, ət-süd məhsulları müəssisələri, balıqçılıq təsərrüfatları, hərbi-sənaye kompleksi, ağır sənaye sahələri inkişaf etdirilir.

Ümumiyyətlə, bütün malgöndərənləri 2 kateqoriyaya bölmək olar:

1. malgöndərən-istehsalçılar;

2. malgöndərən-topdan müəssisələr.

Malgöndərən-istehsalçılara – alıcıların tələbatını ödəmək məqsədilə, istehlak təyinatlı müxtəlif çeşidli əmtəələr istehsal edən istehsal müəssisələei, firmalar, fərdi sahibkarlar və s. aid edilir. Malgöndərən-topdan müəssisələr əmtəələri malgöndərən-istehsalçılardan, həmçinin topdan vasitəçilərdən alır və onları topdan alıcılara satır.

Mülkiyyət formasına görə malgöndərənlər şəxsi, dövlət, bələdiyyə, kooperativ və digər mülkiyəət formalarına aid ola bilər.

Əmtəələrin alış mənbələrini öyrənərkən, kommersiya işçiləri hər malgöndərən üçün xüsusi vərəqə tərtib edirlər və onları yerli, respublika və respublikadankənar malgöndərənlər üzrə qruplaşdırırlar.



3. Malgöndərənlərlə təsərrüfat əlaqələrinin təşkili

Malgöndərənlərlə səmərəli təsərrüfat əlaqələri qurulmalı və uzun­müd­dətli müqavilə münasibətlərinə üstünlük verilməlidir. Malgön­dərən­lər­lə təsərrüfat əlaqələrinin əsas forması, əmtəə göndərilməsi barədə müqa­vi­lədir. Kənd təsərrüfatı məhsullarının onların istehsalçılardan alın­ma­sı kontraktasiya müqaviləsi əsasında həyata keçirilə bilər. Mal­gön­də­rən­­lərlə qarşılıqlı təsərrüfat münasibətləri sistemində alıcı sifarişlərindən də istifadə edilə bilər.

Topdan alışların uçotunun təşkili və onlara nəzarət-kommersiya işinin mühüm hissəsidir. Topdan ticarətin əsas vəzifəsi əmtəələrin vaxtında və fasiləsiz daxil olmasını təmin etməkdən ibarətdir.

Müasir şəraitdə malgöndərişi müqavilələrinin reallaşdırılması çox vaxt tərəflər obyektiv səbəblər üzündən üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirmirlər. Bununla əlaqədar olaraq, ticarət partnyorlarına maddi və mənəvi ziyan vururlar.

İddia – müqavilə şərtlərinin pozulmasının könüllü surətdə aradan qaldırılması barədə yazılı tələbdir. Pozuntuların aşkar edilməsinə isə malgöndərənlər tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməsinin təşkilinə kömək edir:

1. malgöndərişi üzrə müqavilələri imzalayarkən, maksimum dərəcədə öz kommersiya maraqlarını qorumalıdır;

2. malgöndərənlərlə yaranmış ziddiyyətlərin həllini məhkəmə (arbitraj) orqanları səviyyəsinə çatdırmamaqdan ibarətdir;

3. iddia sənədlərini həmişə dəqiq və ciddi şəkildə tərtib etmək, iddianın arbitraj məhkəməsində müsbət həllinə nail olunmasına kömək etməkdən ibarətdir.

İddialar malgöndərənlərlə sifarişli və ya qiymətli məktubla göndərilə bilər.

İddialarda aşağıdakılar göstərilir:

1. iddianı irəli sürənmüəssisənin, təşkilatın adı, onların ünvanı, iddianın nömrəsi, təqdim olunma vaxtı;

2. iddia irəli sürməyə əsas verən dəlillər, sübutlar, məbləğ və bu tələblər üzrə hesablaşmalar;

3. normativ aktlara, müqavilə, iddiaçının poçt, ödəniş rekvizitləri.

İddianın bütün sənədləri əsli və onların siyahısı göstərilməlidir. İddia müəssisənin rəhbəri tərəfindən imzalanmalıdır.

İddiaya cavab yazılı formada verilir və müəssisənin, təşkilatın rəhbəri tərəfindən imzalanır.

İddianın cavabında göstərilir: iddianın tam və ya qismən ödənildiyi halda – qəbul olunmuş məbləğin köçürülməsi üçün ödəmə tapşırığının nöm­rəsi və tarixi, iddia pulla qiymətləndirilməsidir. Onun ödəmə müd­də­ti və üsulları, iddiada tam və ya qismən imtina edildiyi halda –müva­fiq qanunvericiliyə əsasən müəyyən edilir. Sübutlara istinad edərək, imtinanı əsaslandıran motivlər, iddia cavabına əlavə olunan sənədlərin, digər sübutların adbaad siyahısı göstərilir.

İddia ərizəsinə görə dövlət rüsumu ödənilməlidir.

4. Topdan yarmarkaların əhəmiyyəti, rolu və növləri

Bazar iqtisadiyyatı şəraitində əmtəələrin göndərilməsi barədə topdan yarmarkalarda müqavilələrin bağlanması topdan alışın ən mütərəqqi formalarından biridir.

Yarmarkalarda əmtəələrin satışı-alışı topdan ticarətin köhnə forma­la­­rından biridir. Respublikamızda topdan yarmarkalar hələ oktyabr inqi­la­bından əvvəlki dövrlərdə keçirilirdi. Mərkəzləşdirilmiş planlı iqtisadiyyat dövründə belə yarmarkaların keçirilməsi 60-cı illərdə geniş yayılmağa başlamışdır.

Bazar iqtisadiyyatı şəraitində beynəlxalq və ümumdövlət miqyaslı, regional (yerli) əhəmiyyətli topdan yarmarkalar geniş yayılmışdır. Beynəlxalq və ya ümumdövlət topdan yarmarkalarda beynəlxalq kampaniyalar (firmalar) iştirak edirlər. Bu yarmarkaları dövlət idarəetmə orqanları və iri kommersiya strukturları təşkil edirlər.

Yarmarka komitəsi aşağıdakı funksuyaları yerinə yetirir:

1. yarmarkaların keçirilməsi müddətlərinin və yerinin təyin edilməsi;

2. yarmarkanın işçi orqanını (direktorluq, arbitraj, mühasibat uçotu üzrə) yaratmaq, onların rəhbərlərinin və tərkibinin təsdiq edilməsi;

3. malgöndərənlərlə alıcıların görüş qrafiklərinin müəyyən edilməsi;

4. yarmarkanın gəlir və xərclər smetasının təsdiq edilməsi;

5. yarmarkanın iş rejimini və qaydalarının müəyyən edilməsi;

6. müqavilələrin bağlanması, dəyişdirilməsi və pozulması zamanı yaranan mübahisələrin həll edilməsi.

Topdan ərzaq bazarlarının əsas funksiyaları aşağıdakılardır:

1. ilboyu əhalinin keyfiyyətli ərzaq məhsulları ilə təchizatının təmin olunması, kənd təsərrüfatı məhsullarının itgisinin azaldılması;

2. iri şəhərlərdə sənaye mərkəzlərində və respublikanın ayrı-ayrı bölgələrində ərzaq məhsulları təchizatının və bölgüsünün səmərəliliyinin artırılması;

3. yeni iş yerlərinin açılması, kənd yerlərindən əhali axınının azaldılması.


Yüklə 488 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin