1. Münaqişəyə dair elmi baxışların təkamülü


Dövlətlərarası münaqişələrin spesifikliyi ifadə olunur



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə5/12
tarix18.12.2022
ölçüsü0,55 Mb.
#121376
1   2   3   4   5   6   7   8   9   ...   12
konflikt imtahan kopyası

Dövlətlərarası münaqişələrin spesifikliyi ifadə olunur: 
- onların subyektlərini dövlətlər , yaxud dövlətlərin koalisiyaları təşkil edir:
- dövlətlərarası münaqişələrin əsasında münaqişə tərəflərinin milli - dövlət mənafelərinin toqquş- 
ması durur:
- dövlətlərarası münaqişə iştirakçı dövlətlərin siyasətinin davamıdır: 
- müasir dövlətlərarası münaqişələr beynəlxalq münasibətlərə eyni vaxtda lokal və qlobal təsir 
göstərir: 
- bu gün dövlətlərarası münaqişə iştirakçı dövlətlərdə və bütün dünyada insanların kütləvi məhvi 
təhlükəsini doğurur.
Təsnifləşdirmələrin əsasında iştirakçıların sayı, miqyas, tətbiq edilən vasitələr, iştirakçıların 
strateji məqsədləri, münaqişənin xarakteri dura bilər. Münaqişədə müdafiə olunan 
mənafelərdən çıxış etməklə aşağıdakı münaqişələr fərqləndirilir: 
- ideologiyaların münaqişəsi: 
- XXI əsrin əvvəllərində onların kəskinliyi xeyli aşatı düşmüşdür ;
-dünyada , yaxud ayrıca regionda siyasi hökmranlıq məqsədilə dövlətlər arasında münaqişələr 
-tərəflərin iqtisadi mənafelərini qoruduqları münaqişələr ; 
-ərazi ziddiyyətlərinə əsaslanan ərazi münaqişələri ; 
-dini münaqişələr ;
Tarixə bu zəmində dövlətlərarası münaqişələrə dair çoxlu misallar məlumdur. Göstərilən 
münaqişələrin hər biri öz xüsusiyyətlərinə malikdir. Onları ərazi münaqişələrinin nümunəsində 
nəzərdən keçirək. Bir qayda olaraq , ərazi münaqişələrindən əvvəl tərəflərin bir - birinə qarşı ərazi 
iddiaları gəlir. Bunlar, birincisi, dövlətlərin artıq tərəflərin birinə məxsus olar ərazi barəsində 
iddiaları ola bilər. Belə iddialar İran və İraq , İraq və Küveyt arasında müharibələrə, Yaxın Şərq 
münaqişəsinə və bir çox başqa münaqişələrə gətirib çıxarmışdır. İkincisi, bunlar yeni yaranan 
dövlətlərin sərhədlərinin formalaşması dövründə yaranan iddialardır. Bu əsasda münaqişələr bu 
gün keçmiş Yuqoslaviyada, Rusiyada, Gürcüstanda yaranır. Belə münaqişə meylləri Kanadada, 
Belçikada, İngiltərədə, İtaliyada, Hindistanda, İraqda, Türkiyədə və başqa ölkələrdə mövcuddur. 
Dövlətin sərhədi müəyyən olunarkən qonşu etnosların və onların dövlət qurumlarının mənafeləri 
toqquşa bilər. Bir çox hallarda sərhədlər etnosun, mədəni və dini icmaların yaşadığı rayon nəzərə 
alınmadan müəyyən edilmişdir ki, bunun nəticəsində bəzi xalqlar müxtəlif dövlətlərdə yaşayırlar. 
Bu, dövlətlərin münasibətlərində xroniki münaqişəqabağı vəziyyətlərin saxlanmasına səbəb olur.
Buna misal kimi Asiyada, Afrikada, Latın Amerikasında müstəmləkəçilik imperiyalarının 
süqutundan sonra müstəqil dövlətlərin yaranması, SSRİ - nin dövlət qurumlarının 
Mərkəzi Asiya, Qafqaz respublikalarının, Moldova və Pribalika respublikalarının sərhədlərinin 
formalaşması proseslərini göstərmək olar. İstənilən dövlətlərarası münaqişə obyektiv və 
subyektiv amillərin geniş spektri ilə şərtlənir. Buna görə də konkret vəziyyəti təhlil edərkən onu 
yalnız bu və ya digər tipə aid etmək mümkün deyildir. Əsas səbəb və onu gücləndirən,
tamamlayan bir neçə əlavə səbəb mövcud ola bilər. Bütün dövlətlərarası münaqişələrdə 


tərəflərin sosial iqtisadi mənafeləri aparıcı rollardan birini oynayır. Dövlətlərarası münaqişənin 
xüsusiyyəti onun daxili siyasi münaqişələrlə qraşılıqlı əlaqəsidir. O, müxtəlif variantlarda təzahür 
edə bilər :
- Daxili siyasi münaqişənin dövlətlərarası münaqişəyə keçməsi. Bu halda ölkədə daxili siyasi 
münaqişə onun daxili işlərinə başqa dövlətlərin müdaxiləsinə gətirib çıxarır, yaxud bu münaqişə 
ilə əlaqədar başqa dövlətlər arasında gərginlik doğurur. Buna misal kimi keçən əsrin 70-80 - ci 
illərində Əfqamınstan münaqişəsinin, yaxud keçən əsrin 40-50 - ci illərində Koreya münaqişəsinin 
təkamülünü göstərmək olar. 
- Dövlətlərarası münaqişənin daxili siyasi münaqişənin yaranmasına təsiri. Ölkənin beynəlxalq 
münaqişədə iştirakı nəticəsində daxili şəraitin kəskinləşməsində ifadə olunur. 
- Dövlətlərarası münaqişə daxili siyasi münaqişənin müvəqqəti nizamlanmasının səbəblərindən 
birini təşkil edə bilər. 
- Dövlətlərarası münaqişənin spesifikliyi bunda təzahür edir ki, çox vaxt o, müharibə şəklində 
reallaşır. Müharibənin dövlətlərarası silahlı münaqişədən fərqi aşağıdakılardan ibarətdir:
- Müharibə yalnız silahlı qarşıdurma ilə məhddulaşmır və mənbələrinə, habelə səbəblərinə görə 
fərqlənir. Müharibəyə çevrilməmiş silahlı münaqişələr, əsasən, ərazi, dini, milli, sinfi mübahisəli 
məsələlər kimi səbəblərdən yaranırdısa, müharibələrin əsasını dərin iqtisadi səbəblər, dövlətlər 
arasındakı kəskin siyasi, ideoloji ziddiyyətlər təşkil edir. 
- Hərbi münaqişələr müharibələrdən daha az miqyaslıdır. Hərbi münaqişələrdə tərəflərin 
güddükləri məqsədlər miqyas və tətbiq olunan vasitələr baxımından kifayət qədər məhduddur. 
- Hərbi münaqişədən fərqli olaraq, müharibə onda iştirak edən bütün cəmiyyətin vəziyyətidir.
- Müharibə dövlətlərin, beynəlxalq şəraitin sonrakı inkişafına daha mühüm təsir göstərir. 
41.Dövlətlərarası münaqişələrin qarşısının alınması yolları. 
Dövlətlərarası münaqişələrin qarşısının alınması bir sıra xüsusiyyətlərə malikdir. Onlar 
aşağıdakılardan ibarətdir:
-ziddiyyətsiz cəmiyyət mövcud olmadığından , münaqişəsiz ictimai inkişaf üçün süni surətdə şərait 
yaratmaq çətindir 
-dövlətlərarası münaqişələrin qarşısının alınması üzrə əsas səylər silahlı zorakılığın qarşısının 
alınmasına yönəldilir.
Dövlətlərarası münaqişələrin qarşısının alınmasının əsas istiqamətləri dünyanın demokratik 
inkişafı prinsirləri əsas götürülməklə müəyyən edilir.
1.Təsərrüfat - iqtisadi, siyasi və mədəni sahəoərdə dünya birliyinin həyatının beynəlmiləlləşməsi. 
2. Bütün ölkələrin və xalqların dinc yanaşı qonşuluq prinsipinə qəti surətdə riayət etməsi .
3.Hərbi qarşıdurma səviyyəsinin aşağı salınması silahların , ilk növbədə , kütləvi qırğın silahlarının 
fasiləsiz, arlıcıl və eyni səviyyədə ahaldılmasıdır.


Bu, silahlı qüvvələr tətbiq olunmaqla münaqişələrin qarşısının alınmasında, onların dağıdıcı 
nəticələrinin aşağı salınmasında ən mühüm istiqamətlərdən birini təşkil edir. Birincisi, tərk - silah 
bütün tərəflər üçün qarşılıqlı, bərabər səviyyəli və bərabər dəyərli olmalıdır. 
4. Ölkələr arasında münasibətlərin hüquqi tənzimlənməsi sahəsində BMT, ATƏT və s. kimi 
beynəlxalq hökumətlərarası təşkilatların rolunun gücləndirilməsi. Dövlətlərarası münaqişələrin 
qarşısının alınmasında BMT - nin birləşmiş silahlı qüvvələri mühüm rol oynaya bilər.
Xarici siyasət təcrübəsində hərbi qüvvənin tətbiqinin qarşısının alınması problemi bu gün
ən aktual problemlərdən birini təşkil edir. Beləliklə, dövlətlərarası münaqişələrin xüsusiyyətləri 
aşağıdakılardan ibarətdir: bir qayda olaraq, dövlətlərarası münaqişələr səbəblər kompleksi ilə 
şərtlənir; onlar daxili siyasi münaqişələrlə qarşılıqlı surətdə bağlıdır; çox vaxt dövlətlərarası 
münaqişələr müharibə şəklində reallaşır və beynəlxalq münasibətlərə mühüm təsir göstərir. 
Dövlətlərarası münaqişələrin qarşısının alınmasına bütün sahələrdə dünya birliyinin həyatının 
hərtərəfli beynəlmillələşməsi, bütün ölkələrin və xalqların dinc yanaşı qonşuluq prinsipinə
dəqiq riayət etməsi, hərbi qarşıdurma səviyyəsinin aşağı salınması, beynəlxalq təşkilatlar
( BMT, ATƏT Və s . ) sisteminin rolunun gücləndirilməsi təkan verir. 
42.Müharibə və siyasət.
Beynəlxalq münasibətlərdə hərbi gücün rolunun nəzərdən keçirilməsi üçün qədimdən klassik 
sayılan müharibə və siyasətin nisbətini xarakterizə edən bəzi əsas müddəaları xatırlatmaq 
vacibdir. Daha vacib və öz əhəmiyyətini itirməmiş müddəa isə K.Klauzeviçin aşağıdakı fikridir: 
«Müharibə özlüyündə siyasi aktdır. Müharibə nəiki siyasi akt, həm də siyasətin həqiqi vasitəsi, 
siyasi münasibətlərin davamı, onun başqa vasitələrlə aparılmasıdır. 
Onun özünəməxsusluğu isə yalnız vasitələrin özünəməxsusluğudur. ...Siyasi məqsəd sadəcə 
məqsəddir, müharibə isə yalnız vasitədir və heç vaxt vasitəni məqsəddən ayrı düşünmək olmaz». 
Müharibə və siyasəti nə ayırmaq, nə müqayisə etmək olmaz, amma müharibə siyasətin öz 
qanunlarına əsasən inkişaf edə bilən xüsusi növüdür. 
Dövlətlər, dövlət qrupları arasında qarşılıqlı əlaqələr sistemi bir qayda olaraq mürəkkəb və 
rəngarəngdir, o heç bir halda yalnız güc metodları ilə bitmir. Ancaq qeyd etmək lazımdır ki, zor 
tətbiqi və ya daha çox rast gəlinən zorla hədələmə olmadan mümkün deyil. Müharibə beynəlxalq 
münasibətlərin mövcud sistemi çərçivəsində yaranmış ziddiyyətlərin digər metodlarla həll etmək 
səylərinin puça çıxmasının nəticəsidir. Bu növ ziddiyyətlər böhranın gedişində də həll edilə bilər, 
yəni tərəflər müharibə həddinə çatan zaman bu və ya digər mülahizələrə görə onu başlamırlar. 
Nəticədə isə beynəlxalq münasibətlər sisteminin mövcud modeli daha da möhkəmlənə, bu sistem 
çərçivəsində tarazlıq yenidən paylana, tamamilə başqa qüvvələr tarazlığına əsaslanmış yeni 
model yarana bilər. Yaranan problemlərin həllinin son üsulu kimi hərbi gücdən istifadə itkilər və 
fəlakətlər, konfliktin bütün iştirakçıları üçün gözlənilməz nəticələr ilə bağlıdır. 
43.Siyasi və hərbi metodların nisbəti problemi.
İlk növbədə dövlət rəhbarliyinin faliyyati kimi siyasatin və dövlətin və onun hərbi qüvvələrini 
potensial müharibayə hazırlığının nazariyyə və praktikasını əhatə edən hərbi sanət sahasi kimi 
başa düşülən strategiyanın real qarşıhqlı tasirdə olduğu sahanin konkret istiqamətlərini müayyən 
etmək lazımdır. Nazarə alsaq ki, bu mürəkkəb problemdə ayrı-ayrı aspektləri fərqləndirmək 


çətindir, bu istiqamətləri qısaca olaraq belə formulə etmək olar. Birinci. Siyasət öz faaliyyətinin 
əsasına dövlətin ən mühüm maraqlarına cavab veran rasional rahbar ideyanı qoymalıdır və ona 
uyğun olaraq potensial müttafiqlərini və düşmənlərini tayin etmalidir. İkinci. Müharibo tahlükasi 
yaranan zaman siyasat onun rəhbərini müayyən etməli va sonra strategiyanı tam harakat azadlığı 
ilb tamin etməli və onu lazımsız yerə SIxışdırmamalıdır. Üçüncü. Siyasət avvalcadan strateji 
maqsadlarin hayata keçirilməsi üçün əlverişli şəraiti yaratmalhdır. Dördüncü. Siyasat güc 
metodlanndan istifadə üçün daha münasib maqamı seçməlidir. Beşinci. Siyasi rəhbarlik 
strategiyanı kifayat qodar maddi resruslarla tamin etməlidir. Altıncı. Siyasat güc metodlarının 
təatbiqi ilb aldə edilmiş nəticələrindən bacariqla istifadə etməlidir.Yeni və ən yeni dovr arzində 
bu problemlbrin sırasına masalan, bu və ya digar növ asılılıqdan azadlıq uğrunda,əvvələr itirilmiş 
torpaqlarn birləşdirilmasi, dünya ticarat yollarına çıxış, iqtisadiyyatın inkişafi üçün hayati 
ahamiyyətli olan iqtisadi resurslara çıxış, az və ya çox dərəacadə təhlükasiz inkişafı tamin edan 
müayyan hüdudlara çatmaq uğrunda mübariza daxil olmuşdur. Bu vazifalar sosial va siyasi və 
texnoloji inkişafın saviyyasindən, beynəlxalq münasibotlar sistemi çarçivasində qruplaşmasından 
asılı olaraq dayişir, ancaq yenə də onlar konkret olmalıdır. İkinci istiqamət müharibənin siyasi 
məqsədinin müəyyən edilməsidir. Müharibənin məqsədi düşmənin və müttəfiqin seçimini, 
qüvvələr nisbətini, müharibənin aparılması üçün ayrılmış resurs payını, itki verməyə hazır olmanı 
və s. müəyyən edir. Müharibənin siyasətin daivamı olması (ancaq başqa vasitələrlə) 
mülahizəsindən çıxış etsək, aydındır ki, məqsədin dəqiq qoyulmaması və onun olmaması 
müharibəyə hazırlığa və onun aparılmasına doğru bütün fəaliyyət əzəldən zərərli, baha başa gələn 
və eyni zamanda müəyyən mənada mənasız və ciddi uğursuzluqlara və məğlubiyyətə düçar ola 
bilər.Üçüncü istiqamət strategiyanın fəaliyyəti üçün əlverişil şərtlərin yaradılması siyasətinin 
hazırlanması ilə bağlıdır. Bu daha geniş sahələrdən biridir. Bura bəzi dövlətlərlə ittifaqların 
bağlanması, digərilərinin neytrallığının təmin edilməsi daxildir. Müttəfiqin seçilməsi bir sıra 
faktorlarla müəyyən olunur. Bu müttəfiqin gücüdür. O ilk növbədə, bir sıra amillərdən dövlətin 
hərbi sistemi, ictimai və dövlət quruluşu, onun demoqrafiyasi və iqtisadiyyatı, mədəniyyətinin 
xüsusiyyətləri, əhalinin psiloji xüsusiyyətiləri, dövlət rahbərlərinin şəxsi keyfiyyətləri və s. asılıdır. 
44.Hərbi gücün elementləri. Seçimin psixoloji və ideoloji aspektləri.

Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin