1. Münaqişəyə dair elmi baxışların təkamülü


iştirakı həm qarşıduran tərəflərin razılığı ilə, həm də onların razılığı olmadan mümkündür



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə8/12
tarix18.12.2022
ölçüsü0,55 Mb.
#121376
1   ...   4   5   6   7   8   9   10   11   12
konflikt imtahan kopyası

iştirakı həm qarşıduran tərəflərin razılığı ilə, həm də onların razılığı olmadan mümkündür. 
• Münaqişənin aradan qaldırılması 
• Bir, yaxud hər iki opponentin başqa iş yerinə keçirilməsi (işdən çıxarılması) 
• Münaqişə obyektinin müsadirə olunması 
• Münaqişə obyektinin çatışmazlığının aradan qaldırılması 
• Münaqişənin başa çatdırılmasının əsas formaları: 
Münaqişənin söndürülməsi münaqişənin əsas əlamətləri ziddiyyət və gərgin münasibətlər 
saxlanmaqla qarşıdurmanın müvəqqəti dayandırılmasıdır. Münaqişə «aşkar»> formadan gizli 
formaya keçir. Münaqişənin söndürülməsi, adətən, aşağıdakı amillər nəticəsində baş verir: 
-qarşıdurma motivinin itməsi (münaqişə obyekti öz aktuallığını itirmişdir) 


-ehtiyatların, bütün qüvvələrin və mübarizə imkanlarının tükənməsi. 
Münaqişənin aradan qaldırılması dedikdə ona münaqişənin əsas struktur elementlərinin ləğvi ilə 
nəticələnən təsir başa düşülür. Münaqişənin aşağıdakı üsulların köməyi ilə aradan qaldırılması 
mümkündür: 
-opponentlərdən birinin münaqişədən çıxvarılması (başqa şöbəyə, filiala keçirilməsi; işdən 
çıxarılması): 
-uzun müddət ərzində opponentlərin qarşılıqlı fəaliyyətinin istisna olunması (onların birinin, 
yaxud hər ikisinin uzun müddətli ezamiyyətə göndərilməsi və s.); 
-münaqişə obyektinin aradan qaldırılması (ana münaqişəyə səbəb olmuş oyuncağı dalaşan 
uşaqların əlindən alır). 
Başqa münaqişəyə keçmə tərəflərin münasibətlərində yeni, daha əhəmiyyətli ziddiyyət 
yarandıqda və münaqişə obyekti dəyişdikdə baş verir. Münaqişənin yekunu tərəflərin vəziyyəti 
və onların münaqişə obyektinə münasibəti baxımından mübarizənin nəticəsi kimi nəzərdən 
keçirilir. Münaqişənin aşağıdakı yekunları mümkündür
-bir, yaxud hər iki tərəfin aradan qaldırılması; 
-hər iki tərəfin həmin obyektə qəsddən imtina etməsi; 
-hər iki tərəfin mənafelərini təmin edən obyektlərin alternativ qaydada müəyyən 
edilməsi.
Münaqişənin həlli meyarları məsələsi vacibdir. Amerika konfliktoloqui M.Doyçun fikrincə, 
münaqişənin həllinin başlıca meyarını onun nəticələrinin tərəfləri qane etməsi təşkil edir. 
48.Münaqişələrin həlli şərtləri və amilləri.
Münaqişələrin uğurlu həllinin əksər şərtləri və amilləri psixoloji xarakter daşıyır, çünki 
opponenrtlərin davranışının və qarşılıqlı fəaliyyətinin xüsusiyyətlərini əks etdirir. Bəzi 
tədqiqatçılar təşkilati, tarixi, hüquqi və digər amilləri fərqləndirirlər . Onları daha ətraflı surətdə 
nəzərdən keçirək. Münaqişəli qarşılıqlı fəaliyyətin dayandırılması hər hansı münaqişənin həllinə 
başlanmasının ilk və aşkar şərtidir. Bir, yaxud hər iki tərəfdən zorakılığın köməyi ilə öz mövqeyinin 
gücləndirilməsi, yaxud opponentin mövqeyinin zəiflədilməsi üzrə hansısa tədbirlər görüldükcə 
münaqişənin həllindən söhbət gedə bilməz. Opponentlərin məqsədləri, mənafeləri naminə 
ümumi, yaxud yaxın məzmunlu təmas nöqtələrinin axtarışı ikitərəfli prosesdir və həm öz məqsəd 
və mənafelərinin, həm də digər tərəfin məqsəd və mənafelərinin təhlilini nəzərdə tutur. Tərəflər 
münaqişəni həll etmək istədikdə diqqəti opponentin şəxsiyyəti üzərində deyil, mənafeləri 
üzərində cəmləşdirməlidirlər. Münaqişənin həlli zamanı tərəflərin bir - birinə sabit mənfi 
münasibəti qalır. O, opponent haqqında mənfi rəydə və ona münasibətdə mənfi emosiyalarda 
ifadə olunur. Münaqişənin həllinə başlamaq üçün bu mənfi münasibəti yumşaltmaq zəruridir. 
Başlıcası opponentə münasibətdə mənfi emosiyaların intensivliyini aşağı salmaqdır. Eyni 
zamanda, opponenti düşmən kimi görməkdən vaz keçmək məqsədəuyğundur. Başa düşmək 
vacibdir ki, münaqişənin yaranmasına səbəb olmuş problemi birlikdə, birgə səylərlə həll etmək 
daha yaxşıdır. Buna, birincisi, öz mövqeyinin və hərəkətlərinin hüquqi təhlili təkan verir. Öz 
səhvlərinin aşkara çıxarılması və etiraf olunması opponentin mənfi münasibətini aşağı salır. 

Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin