1. Münaqişəyə dair elmi baxışların təkamülü


Real həyatda kompromiss tez-tez tətbiq olunur. Onun əldə edilməsi üçün aşağıdakılardan



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə12/12
tarix18.12.2022
ölçüsü0,55 Mb.
#121376
1   ...   4   5   6   7   8   9   10   11   12
konflikt imtahan kopyası

Real həyatda kompromiss tez-tez tətbiq olunur. Onun əldə edilməsi üçün aşağıdakılardan 
ibarət olan açıq söhbət texnikası tövsiyyə oluna bilər: 
- münaqişənin hər iki tərəf üçün əlverişsiz olduğunu bildirmək; 
-münaqişəni dayandırmağı təklif etmək
-münaqişədə özünün artıq yol verdiyi səhvləri etiraf etmək.
-opponentə mümkün olduqca, başlıca olmayan məsələlərdə güzəştə getmək. 
Kompromiss açıq söhbət texnikasının köməyi ilə, əməkdaşlıq isə prinsipial danışıqlar metodunun 
köməyi ilə əldə oluna bilər. 
51.Danışıqlar prosesi və danışıq üslubları. 
Danışıqlar – - insan ünsiyyətinin qədim və universal vasitəsidir. Onlar mənafelərin üst-üstə 
düşmədiyi, fikir, yaxud baxışların toqquşduğu yerlərdə razılıq əldə etməyə imkan yaradır. Tarixi 
planda danışıqların inkişafı üç istiqamət üzrə cərəyan etmişdir: diplomatik, ticarət və mübahisəli 
problemlərin həlli. Aşağıda danışıqlar opponentlərin ziddiyyəti güc yolu ilə həll etməsi imkanı 
tükəndikdə münaqişənin başa çatdırılması vasitəsi kimi nəzərdən keçirilir.Tərəflər cəbhələşmə 
nəticə vermədikdə, yaxud əlverişsiz olduqda danışıqların zəruriliyini anlayırlar. Danışıqların iki tipii 
fərqləndirilir: münaqişə münasibətləri çərçivəsində aparılan və əməkdaşlıq şəraitində aparılan 
danışıqlar. Əməkdaşlığa istiqamətlənmiş danışıqlar tərəflərin arasında ciddi fikir ayrılıqlarının 
yaranmasını və bu zəmində münaqişənin meydana çıxacağını istisna etmir. Münaqişənin 
nizamlanmasından sonra keçmiş rəqiblərin əməkdaşlıq etməyə başladıqları əks vəziyyət də 
mümkündür. Danışıqlar birgə qərarların qəbul edilməsi üçün lazımdır. Danışıqların hər bir 
iştirakçısı bu və ya digər təkliflə razılaşıb-razılaşmamaq barədə özü qərar qəbul edir. Birgə qərar 
tərəflərin həmin vəziyyətdə ən yaxşı hesab etdikləri vahid qərardır.1.Sərt üslub. Rəqabət 
strategiyasına uyğundur. Bu üslubda danışıqları apararkən öz tələblərinizdə təkid edir, güzəştə 
getmir, opponentinizə təzyiq göstərməklə və onun mənafelərinin təmin edilməsinin qayğısına 
qalmadan qələbəyə nail olursunuz. Ümid bəslədiyiniz nəticə «udma-uduzma» (yəni sizin 
udmağınız – onun uduzmağı) formulu ilə ifadə olunur.Belə danışıqlar üslubunun başlıca təhlükəsi 
bundan ibarətdir ki, opponent də ona əsaslansa, nəticə başqa formulla ifadə olunucaqdır: 


«uduzma-uduzma» (yəni həm siz, həm də opponentiniz) uduzursunuz- münaqişədən qarşılıqlı 
surətdə məqbul çıxış yolu tapılmır).2.Mülayim üslub. Uyğunlaşma strategiyasına cavab verir. 
Danışıqların aparılmasının bu üslubu nəzərdə tutur ki, opponentlə mehriban münasibətlərin 
qurulması münaqişədə tutduğunuz mövqeyin müdafiəsindən daha vacibdir. Siz güzəştcillik 
göstərir, opponentin istəyinə doğru addım atırsınız. Bu üslubda danışıqların nəticəsi «uduzma-
udma» formulu ilə ifadə oluna bilər. Lakin öz tərəfindən opponentinizin də bu danışıqlar üslubunu 
seçməsi, yəni onun sizin güzəştlərinizə güzəştlə cavab verməsi halında nəticə «udma-udma» kimi 
ifadə oluna bilər. 
52.Qafqaz münaqişələr reallığında 
İndiki şəraitdə sülhün qorunması üzvi şurətdə XXI əsrin astanasında olan dünya birliyinin obyektiv 
vəziyyətindən irəli gəlir . Problemin mahiyati ondadır ki , 50 illik konfrantasiya və soyuq müharibə 
erasından sonra, bəşəriyyət onu münaqişəyə gətirib çıxara biləcək, müxtəlif növ hərbi 
avantürlərdən , « kiçik » müharibələrdən , geostrateci yarışlarda hakimlik uğrunda döyüşlərdən , 
müxtəlif klanların siyasi hökmranlıq əldə etmək cəhdlərindən və sairdən qoruya biləgək universal 
sistem yaratmaq üçün unikal imkan əldə etmişdir. XX asr, xüsusən də onun sonuncu onilliyi bu 
cür nümunələrlə zəngindir. 1 milyondan çox insan həyatına son qoymuş və BMT - nin Təhlükəsizlik 
Şurasının daimi üzvlərindən biri olan, Fransa respublikasının hərbi müdaxiləsini tələb edən, 
Ruanda ( Afrika ), 3 milyondan çox insanın fiziki məhvinə gətirib çıxaran Kampuçiyadakı
« Qırmızı kxmirlərin » təcrübəsini yada salaq. Geosiyasi hakimliyə parlaq misal olaraq, Sovet 
hərbi hissələrinin Əfqanıstana soxulmasını göstərmək olar. Sovetlər məlubiyyətə uğrayaraq, 
Əfqanıstanı tərk etməyə məcbur oldular, lakin onlar regional və geosiyasi hakimliyə can atan 
xarici qüvvələrin arxasında durduğu daxili siyasi quruplaşmalar və klanlar arasında gedən 
müharibəni özlərindən sonraya qoydular. Dövlətlərin geosiyasi və geostrateci mənafeləri naminə 
əfqanlar məhv olurlar. Və hadisələrin göstərdiyi kimi, bu qonşu ölkələrə də yayıla bilər. Əfqan 
konfliktinin yaxınlığı qonşu Tacikistanda öz əks sədasını tapır. Və nəticə olaraq, Rusiyanın 
geostrateci mənafelərinin « sıxışdırılması » və onun tərəfindən cavab reaksiyası MDB – nin
« sülhsevər qüvvələri » bayrağı altında öz qoşunlarını suveren Tacikistanın öz ərazisinə yeritdi . 
MDB nin « sülhsevər qüvvələrin » adlandırdıqları 100 faiz bir ölkənin vətəndaşlarından təşkil 
olunmuş və bütünlüklə Rusiyanın silahları, döyüş sursatları ilə təchiz , vəsaiti ilə təmin edilir. Bəs 
sonra ? Sonra vəziyyət daha da gərginləşə bilər, digər ölkələrin mənafeləri cavab reaksiyasına 
gətirib çıxaracaqdır. Beləliklə , daxili konflikt, tarixdə dəfələrlə rastlaşdığımız kimi , gözlənilməz 
nəticələrlə bitən beynəlxalq konfliktə keçə bilər . Belə faktlar da mə'lumdur ki , yüzlərlə ölənlərin 
və yaralıların olması ilə nəticələnən konfliktlər etnik və millətlərarası zəmində yaranır . Keçmiş 
Yuqoslaviya İttifaqının respublikalarından biri olan Bosniya və Hersoqovinada BMT , NATO nun 
hərbi müdaxiləsini və qüdrətli dövlətlər tərəfindən qoşunlarının göndərilməsini tələb edən
serblər , xorvatlar və müsəlmanlar arasında olan qanlı hadisələri buna misal göstərmək olar . 
Deyilənlər , keçmiş sosialist Yuqoslaviyasının vilayətlərindən biri olan , iki milyona yaxın albanın 
sıx şəkildə yaşadığı Kosova hadisələrində daha aydın meydana çıxır . Serb qoşunlarının yalnız bir 
kənddə 50 nəfərə yaxın - kişi , qadın , qoca və uşağın fiziki məhvi , 1998 , 1999 - cu ilin əvvəllərində 
olduğu kimi , daimi ta'qiblər , yerli əhalinin kütləvi qətlləri , sıxışdırılma , belə vəhşiliklər albanları 
silaha sarılmağa vadar etdi . Uzun sürən konfrantasiya və Qərbin sə'yləri qarşıduran tərəfləri Paris 
ətrafındakı Rambuye sarayında danışıqlar stolunun arxasına oturmağa məcbur etdi . Qarşıduran 
tərəflərin görüşünə Fransa Respublikasının prezidenti Jak Şirak hakimlik edirdi . və nəticə olaraq 
, uzun və ağır danışıqlardan sonra , tərəflər razılığa gələrək , müvafiq sənədi imzaladılar . Bu 


sənədin proyekti Yuqoslaviya İttifaqının və serbiyanın sərhədlərinin pozulması çərçivəsində 
Kosovanın yüksək daxili muxtariyyətini şərtləndirir . Geosiyasi maraqları dövlətlərin , ilk növbədə 
iki əsrdən artıq olaraq bu regionu özünün yüksək geosiyasi maraq zonası sayan Rusiyanın 
tərəfindən fəal müdaxiləsinə mə'ruz qalırdı . İndi də Rusiya Avropada öz məqsədlərinin son 
dayağını saxlamağa çalışaraq , Serbiyanı yad nəzərlərdən qoruyur və ona himayədarlıq göstərir . 
Özünün ali rəhbərləri - Rusiyanın keçmiş prezidenti B.Yeltsin də daxil olmaqla , keçmiş baş nazir 
E.Primakov , xarici işlər naziri İ.İvanov tərəfindən Serbiyanın ərazi bütövlüyünün qorunması və 
Kosovanın Serbiyanın . tərkibində muxtariyyətinin mümkünlüyü barəsində bəyanat verilmişdir . 
Bəli , biz Serbiyanın ərazi bütövlüyünün tərəfdarıyıq . Dövlət daxilində dövlətin olması mümkün 
deyil . Və bu prinsip ölkələrin coğrafi mövqeyindən , dini məzhəbindən və nəhəng dövlətlərin 
geostrateci maraqlarından asılı olmayaraq , hamı üçün eyni olmalıdır . Buna nail olaraq , yer 
kürəsinin hər bir nöqtəsində ümumi təhlükəsizliyi və sülhü saxlamaq olar . 
53.Qafqazda baş verən münaqişələrin inkişaf dinamikası. 
Müasir dövrün problemlərindən biri olan regional münaqişələr birbaşa, yaxud dolayı yolla, iki, 
yaxud bir neçə ölkənin maraqlarının toqquşması zəminində, onlar arasında obyektiv, yaxud 
subyektiv ziddiyyətlərin olması səbəbindən meydana çıxır. Hər hansı bir regional münaqişənin 
qarşısını almaq, yaxud dinc yolla nizama salmaq üçün həmin münaqişənin başlanması 
səbəblərini, tarixi köklərini bilmək,sülh quruculuğunu həyata keçirmək üçün isə münaqişənin
nəticələrini düzgün araşdırmaq və onları aradan qaldırmaq lazımdır. XX yüzilliyin tarixinə ən 
faciəli münaqişələrdən biri kimi daxil olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin nəticələri milyonlarla insanın taleyinə ciddi təsir göstərmişdir. Münaqişə 1988-ci 
ildə Ermənistanın Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları, etnik zəmində 
təxribatları və hərbi təcavüzü ilə başlamışdır. Regionda geostrateji maraqları olan Rusiyanın 
dəstəyinə arxalanan Ermənistan təcavüzkar siyasətini “özünümüdafiə qüvvəsini” müdafiə etmək 
pərdəsi altında gizlədərək, Azərbaycanda olan daxili qeyri-sabitlikdən istifadə etmiş və Dağlıq 
Qarabağ Muxtar Vilayətini (ərazisi 4388 km2) və ətraf əraziləri - Ağdamı, Füzulini, Laçını, 
Kəlbəcəri, Cəbrayılı, Qubadlını, Zəngilanı işğal etmişdi. 
54.Ermənistan - Azərbaycan münaqişəsinin geosiyasi nəticələri. 
Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişənin geosiyasi nəticələrinin bir neçə 
mərhələləri mövcuddur. Bunlar aşağıdakılardır: 
1.Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin əsas inkişaf mərhələləri 
2.Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasının 
perspektivləri 
3. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nəticələri. 
1) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ silahlı münaqişəsi öz başlanğıcını 1988-ci ilin 
feralından DQMV Vilayət Sovetinin sessiyasının vilayətin Azərbaycan SSR-in tərkibindən çıxarılıb 
Ermənistana birləşdirilmsi haqqında qərar qəbul etdiyi vaxtdant götürür. Qeyd etmək lazimdır ki, 


miqyası lokal qarşıdurmanın sərhədlərini çoxdan keçmiş bu münaqişə uzun sürən və qanlı hərbi 
münaqişayə çevrilmişdir. Münaqişənin əsasında konfessional yox, etniki faktorlar durur. Onun 
qaynaqları Ermənistanın siyasi müstəmləkəçiliyi və arazi işğalları ilə bağlı olub, başlica məqsədi 
harbi güc tatbiq edilməsi yolu ilə digər müttəfiq respublikanın Azərbaycanın ərazisinin bir 
hissəsinin ələ keçirilməsinə yönəlmişdir. Ermənistanın bu qara niyyatləri faktiki olaraq keçmiş 
SSRI rəhbərliyi tərəfindən dəstəklənirdi. Məhz həmin rəhbərliyin ermənipərəst mövqeyi va 
dəstəyindən istifadə edən DQMV icra strukturları antikonstitusiya xarakterli aktlar qəbul 
etmişdilar ki, bunlar Ermənistanın Azərbaycana qarşı genişmiqyasli harbi aksiyalara başlamasının 
proloqu va başlıca səbabləri olmuşdur. Azərbaycan Ali Soveti 1991-ci il avqustun 31-de 1918-
1920-ci illərda mövcud olmuş müstəqil Azərbaycan Respublikasının bərpa olunması haqqinda 
Bayannamə qəbul etmişdi. Sentyabrın 2-də isə DQMV Vilayat Soveti və erməni əhalisinin 
məskunlaşdığı Azərbaycan Respublikası Şaumyan rayon Sovetinin birga iclasında Dağlıq Qarabağ 
Respublikasının yaradıldığı clan olundu. Az sonra keçirilmiş referendum sasında «DQR» öz 
müstəqilliyini elan etmiş və Azərbaycanın tərkibindən çıxmağa qərar vermişdi.Həmin dövrdən 
etibarən Ermənistan hərbi birlaşmalari mütəmadi olaraq Azərbaycanın ərazisinə daxil olmağa 
başlamış, burada hərbi meydan yaratmaq üçün böyük 
2) Mərkəzi Qafqazdakı dövlətlərarası münasibətlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ 
münaqişəsinin dine yollarla nizama salınması mühüm yer tutur. Yaddan çıxarmaq olmaz ki, 
Azərbaycan xalqının tarixi dayarlari va milli ibadatgahları içərisində Qarabağın aran və ya dağlıq 
hissasi yox, Qarabağ ərazisi bütünlüklə tarixi-mədəni, geoiqtisadi, tabii təsərrüfat regionu olmaq 
baxımından həmişə prioritet shəmiyyətə malik olmuş. indi də belədir. Çünki Qarabağ Azərbaycan 
xalqının etnogenezisinin, Azərbaycanın siyasi tarixinin mühüm tarixi ocaqlarından biridir. 
Qarabağla 
Azərbaycanın 
milli 
dövlətçiliyinin, 
etnik 
identiçliyinin 
qorunması 
və 
möhkəmlənməsinin tarixi kökləri bağlıdır.Buna görə də təsadüfi deyildir ki, müasir Azərbaycanın 
milli siyasətinin başlıca müddəalarından birini təşkil edən bu vəzifənin həll edilməsi ölkəmiz üçün 
həyati əhəmiyyətə malikdir. Lakin reallaqı belədir ki, bugünkü Qarabağ təcavüzün qurbanıdır. 
Təşəbbüskarının Ermanistan olduğu va «böyük Ermənistan» xülyası ila bağlı olan bu müharibənin 
qurbanları azərbaycanlılardır evindən, yurdundan qovulan, öz vətənində qaçqına çevrilən bir 
miylon nafordan yuxarı həmvatənimiz çadırlarda ağır hayat sürür, işğal olunmuş Azərbaycan 
torpaqları ətrafında siyasi alver gedir, ATƏT-in «insan ölçüləri» və «Bayannamə prinsiplərinin» 
tələbləri kobud şəkilda pozulur. Halbuki belə münaqişələrin qarşısı beynəlxalq təşkilatların və 
dünya birliyinin səyləri ilə vaxtında alınmazsa, onların yaratdığı potensial təhlükə nəinki regional, 
habelə beynəlxalq tahlükəsizliyə olduqca böyük təhlükədir. 
3) Nəhayət, Azərbaycan rsepublikası tərkibində Dağlıq Qarabağa yüksək status. Verilməsi 
məsələsi barəda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev bütün bütün görüşlərdə və 
ATƏT-in sammitlərində, habela ABŞ-ın Dövlət katibi K.Pauclin himayəsi altında Azərbaycan və 
Ermənistan prezidentlərinin, ATƏT-in Minsk qrupunun hamsədrlari olan ABS-in, Fransanın va 
Rusiyanın iştirakı ilə keçirilmiş son görüşda və s. məclislərdə daşlarla demişdir ki, Dağlıq qarabağın 
statusunu ən yüksək özünüidarəetmə statusu saviyyəsinə qaldırmaq mümkündür. Söz yox ki, bu 
zaman Azərbaycan Respublikasının Konstitusiyasında müvafiq dəyişiklik etmak lazım gələcək. 
mənə elə gəlir ki, bu halda onun qanunvericilik orqaninin sədri avtomatik olaraq Azərbaycan 
Respublikası Milli Məclisi sədrinin müavinləri ola bilər ki, baş naziri isə Azərbaycan Respublikası 
Nazirlər Kabinetinin Rəyasət Heyətinə daxil edilər. Öz daxili problemlərini müstaqil hall etmək 
hüququ almış olar. Dağlıq Qarabağ azərbaycanlıları kimi, buradakı ermənilər də özlərinin 
mədəniyyətini, dilini azad şəkildə inkişaf etdira bilər, dinindən istifadə edə bilər, dünyanın 
müxtəlif ölkələrində yaşayan soydaşları ila ünsiyyət yarada bilərlər. 


55.Azərbaycanın münaqişənin həllində əldə etdiyi uğurlar. 
1988 ci ildən bəri Azərbaycan-Ermənistan arasında münaqişə 2020 ci ildə Azərbaycanın zəfər 
qazanması ilə başa çatdı. Zəfərə aparan yol cəmi 44 gün davam etsə də, çox çətin və mürəkkəb 
döyüş əməliyyatları ilə müşayiət olunub. Müharibədə qazanılan bu qələbə Azərbaycana misli 
görünməmiş hərbi, siyasi, diplomatik, iqtisadi və mənəvi üstünlüklər verdi. 
Noyabrın 8 i Vətən Müharibəsində əldə etdiyimiz Qələbəmizin, milli qürurumuzun və birliyimizin 
bərpa olunduğu tarixdir. Azərbaycan adını dünya tarixinə BMT Təhlükəsizlik Şurasının 
qətnamələrini təkbaşına icra edən ilk ölkə kimi yazdırdı. Naxçıvan Muxtar Respublikasının 
Azərbaycanın əsas hissəsilə əlaqəsi təmin edilir. Hava əlaqəsi bərpa edilir, dəmir yolunun bərpası 
və avtomobil yolunun inşası istiqamətində fəaliyyətlər davam edir.Iranla 132 km-lik sərhədlər 
bərpa edilib.
Bu Qələbə ilə Azərbaycan beynəlxalq səviyyədə separatizmlə mübarizənin və onun məhv 
edilməsinin praktiki yol xəritəsini təqdim etdi.Azərbaycan Ordusu, guya münaqişənin hərbi 
həllinin olmaması haqqında beynəlxalq qurumlar tərəfindən beynəlxalq ictimai fikirdə 
formalaşdırılmış mifi darmadağın etdi. Ordumuzun apardığı 20 ci əsrin ilk yüksək texnologiyalı 
döyuşləri 44 gün ərzində bütün dünyanın diqqət mərkəzində oldu. Dövlət başçımızın siyasi 
iradəsi, öz xalqına sədaqəti və düşmənə qarşı yenilməzliyi Azərbaycanın beynəlxalq nüfuzunu 
daha da yüksəltdi. Bu Qələbəni bizə yaşadan igidlərimizin, şəhidlərimizin ruhu qarşısında baş 
əyirik. 
56.Qafqazda sülh və sabitliyin inkişafında Azərbaycanın rolu.
Qafqaz son 300 ildə dünya siyasəti üçün daha əhəmiyyətli region kimi özünü təsdiqləməsini 
göstərirlər. Region öncə Rusiya imperiyasının, sonra Sovet İttifaqının, XX ərin 90-cı illərindən isə 
Rusiya Federasiyasının nüfuzu daxilində olub. Bu üç mərhələdə Rusiya faktoru aparıcı və həlledici 
rol oynayıb. Lakin sovetlərin çökməsindən sonra regionda xeyli xaotik mənzərə meydana gəldi. 
Xüsusilə burada qlobal geosiyasi güclərin mübarizəsi daha amansız və güzəştsiz olmağa başladı. 
H.Əliyev dəfələrlə qeyd edirdi ki, “Rusiya,Azərbaycan, Ermənistanın milli və beynəlxalq 
təhlükəsizliyi naminə gözlənilməz nəticələr gətirəcək ziddiyətləri deyil, təmas nöqtələrini tapmaq 
gərəkdir”. 
Keçən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan ciddi siyasi, sosial, iqtisadi və hərbi böhrana 
düçar olmuşdu. O dövrdəki ölkə rəhbərliyinin yarıtmaz siyasəti Azərbaycan dövlətini olduqca 
çətin vəziyyətə salmışdı. 1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıdan Heydər Əliyev 
Azərbaycanı tənəzzüldən xilas etməyə başladı. "Əsrin müqaviləsi" imzalanandan sonra qarşıda 
yeni imkanlar açıldı. Dövlət başçısı İlham Əliyev son 15 ildə səmərəli, sistemli, düşünülmüş və milli 
dövlətçiliyin möhkəmlənməsinə xidmət edən proqramları cəmiyyətin bütün sferalarında inamla 
həyata keçirib. Azərbaycan Avropa, Rusiya, İran, Çin, Türkiyə, ABŞ kimi böyük güclərlə 
münasibətlərini tam olaraq əməkdaşlıq müstəvisinə çıxara bildi. Bu baxımdan Azərbaycan 
Prezidentinin təşəbbüsü ilə yaranan yeni əməkdaşlıq formatları öz müsbət rolunu oynadı. 
Azərbaycan Ermənistan istisna olmaqla bütün qonşuları ilə işgüzar münasibətlər qurmaqla həm 
də regionun lideri kimi özünü təsdiq etdi. Nəticədə regiona ciddi təsirləri olan Rusiya, Türkiyə və 
İran Azərbaycan məsələsində ortaq mövqeyə gəldilər. 
57.Münaqişənin həllində ideoloji amillər. 


Münaqişənin azaldılması və həll edilməsi üçün onun yaratdığı düşmən obrazı dəyişdirilməlidir. 
Rəhbərlər və qruplar öz rəqibləri barəsində fikirlərini dəyişəndə və münaqişənin həlli üçün 
rəqibdə özləri barəsində olan fikirləri dəyişməlidir. 
Keçmiş Yuqoslaviya da münaqişə ən yaxşı , tədriclə ərazilərn bölüşdürülməsi və orada 
yaşayanların təhlükəsizliyinin təmin edilməsi yoluyla həll edilə bilərdi. 
Bir-birini qarşılıqlı tanıma və siyasi ayrılma münaqişənin zəiflədilməsinin ən uzağa gedən 
strategiyasıdır. 
Çarpaz əlaqəli çox etnoslu ittifaqların qurulması daha bir strategiyadır.Bu Bosniya-
Hersoqovinanın dini rəhbərlərinin prinsipal tələbi idi. Kosovarlar formal müstəqillikdə, Serbiya isə 
birləşməkdə təkid etdiyindən Kosovo problemin həllini tapmamış olur. Həllin kökü əsasən yüksək 
vəzifəli rəhbərlərin müxtəlif mənsubiyytələri tanımaq,onları uyğunlaşdırmaq və siyasi hakimiyyəti 
bölüşdürmək kimi çətin qərarlar qəbul etməsindən keçir. 
Mənsubiyyətlər adətən zəiflərin müdafiə edilməsi,sosial cavabdehlik,nüfuz və qisasın daxil 
olduğu bölüşdürülən icma ənənələri və normalarına vurğu edən toplantılara malik mürəkkəb 
strukturlardır 
58.Ermənistan Azərbaycan münaqişəsinin əsas inkişaf mərhələləri. 
Ermənistan-Azərbaycan münaqişəsi 1988ci ildən- DQMV’in Azərbaycan SSRin tərkibindən 
çıxarılıb Ermənistana birləşdirilməsi ilə başlayır. Münaqişənin əsasında konfessional yox, etniki 
faktlar durur. 
Azərbaycan Ali Soveti 1991.il avqustun 31-də 1918-1920.illərdə mövcud olmuş Azərbaycan 
Respublikasının bərpası haqqında Bəyannamə qəbul etmişdi. 
Erməni Azərbaycan münaqişəsinin qızıldırılmasında sovet dövlətidə rol oynayırdı. Qarbaçov sovet 
xalqına müraciətdə göstərdi ki, Azərbaycan da islam quruluşu yaradılmağına cəhd göstəriblər 
deyə,Bakıya hərbi qüvvələrin yeridilməsinə şəxsən özü göstəriş vermişdir.Məhz bunun 
nəticəsində günahsız insanlar məhv edilmiş, respublikamızın istiqlaliyyətinə böyük ziyan 
dəymişdi. 
Faktlar sübut edir ki, bu münaqişə 1991.ilin sonuna təsadüf edir.1992.il fevralın 25-26da Xocalı 
şəhəri vəhşicəsinə yerlə yeksan edilmiş və əhalisinə qanlə divan tutulmuşdu. Həmin ilin mayında 
Şuşa şəhərini işğal etdilər, bununlada Dağlıq Qarabağın etnik təmizləməsi başa çatdı.1992 
mayından- oktyabrınadək daha 7 rayon işğal edilmişdi. 
59.Ermənistan Azərbaycan münaqişəsinin nəticələri. 
27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat 
törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış 
məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv 
atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki 
əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən 
qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verilib. 
Qarşıdurmalar nəticəsində Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycanda isə 
hərbi vəziyyət və komendant saatı, 28 sentyabrda qismən səfərbərlik elan edilmişdir. 
Qarşıdurmalar qısa müddətdə sürətlə alovlanmış və İkinci Qarabağ müharibəsinə çevrilmişdir. 


Çoxsaylı ölkələr və Birləşmiş Millətlər Təşkilatı münaqişəni kəskin şəkildə qınamış və hər iki tərəfi 
gərginliyi azaltmağa və mənalı danışıqları təxirə salmadan davam etdirməyə çağırmışdır. 
Əfqanıstan, Ukrayna, Pakistan, Türkiyə və Şimali Kipr Türk Respublikası isə Azərbaycana dəstək 
olduqlarını bildirmişdir. 29 sentyabr tarixində BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağdakı 
vəziyyətlə əlaqədar təcili iclas keçirmişdir. Rusiyanın vasitəçiliyi ilə Beynəlxalq Qırmızı Xaç 
Komitəsi tərəfindən dəstəklənən və həm Ermənistan həm də Azərbaycan tərəfindən qəbul edilən 
humanitar atəşkəs rəsmi olaraq 10 oktyabr tarixində qüvvəyə minsə də, Ermənistan Silahlı 
Qüvvələrinin mülki vətəndaşları hədəfə alan terror aktları nəticəsində atəşkəs yenidən pozulmuş, 
yaralıların və məhbusların mübadiləsi dayandırılmışdır.Davam edən müharibə ərzində 4 
oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 
noyabrda Şuşa şəhəri işğaldan azad edilmişdir. Moskvada imzalanan müqaviləyə əsasən, 
noyabrın 10-u Bakı vaxtı ilə saat 01:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin 
və hərbi əməliyyatların tam dayandırılması, 1 dekabradək Ermənistan qüvvələrinin Dağlıq 
Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan ərazilərindən çıxarılması və Naxçıvan 
Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat 
kommunikasiyalarının inşasının təmin edilməsi elan edilmişdir. 
60.Erməni terror və separatizminin xüsusiyyətləri. 
Erməni terrorçu-seperatçıları bir qayda olarağ V. Vilsonun xalqların öz müqəddarıtını təyin etmə 
hüququna dair dediklərini əsas götürdülər. Abş prezidenti 1.Dünya müharibəsində Antanın 
vuruşduğu Dördlər ittifaqını daxildən parçalamağ istəyir və buna nail olur.Bu baxımdan Vilsonun 
ideyası ilə terror- sepertizmi arasında ümumi heç nə yoxdur. Erməni lobbisinin təzyiqi altında həm 
Avropa, həm də ABŞ-da belə hesab edirdilər ki,Qafqaz Rusiyanın təsiri altındadır. 
Erməni sepertizmində bəşəriyyəti hədələyən təhlükə nədir?:
Əgər Qarabağ erməniləri özmüqqədaratını təyin etmə hüququ qəbul edilərsə,onda 21.əsrdə 200-
300dən çox dövlət yaranacağ.
Erməni terrorçu- seperatçıları öz gündəlik işində radio,televiziya,mətbuat,vərəqələr və çoxsaylı 
nəşrlər vasitəsilə yayılan təbliğat metodundan istifadə edirlər. 
Cənubi Qafqazda sepertizmin əsas daşıyıcıları ermənilərdi.Başlıca terror-seperatçı təşkilatlar isə 
ikidir: Daşnaksütyun və ASALA 
Daşnaksütyun yaşca dünyanın ən “qocaman” terrorçusudur. 
Daşnaksütyun öz fəaliyyətində 3 şüarı rəhbər tuturdu. 
1.türk dövlətinə və bütün türklərə qarşı mübarizə 
2.erməni dövlətinin yaradılması 
3.Dağlıq Qarabağın Azərbaycandan qoparılması. 
Ultra terrorçuları olan ASALA 1975.ildə Türkiyə ərazisində yaradılıb və məqsədi erməni dövləti 
yaratmaq. 

Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin