1. Münaqişəyə dair elmi baxışların təkamülü



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə9/12
tarix18.12.2022
ölçüsü0,55 Mb.
#121376
1   ...   4   5   6   7   8   9   10   11   12
konflikt imtahan kopyası

İkincisi, başqasının mənafelərini başa düşməyə çalışmaq vacibdir. Lakin bu, opponent haqqında 
təsəvvürü genişləndirə, onu daha obyektiv edə bilər. Üçüncüsü, opponentin davranışında, yaxud 
hətta niyyətlərində konstruktiv başlanğıcı fərqləndirmək məqsədəuyğundur. Tam pis, yaxud tam 
yaxşı adamlar və ya sosial qruplar olmur. Hər kəsdə hansısa müsbət cəhətlər vardır, münaqişənin 


həllində məhz həmin müsbət cəhətlərə istinad olunmalıdır. Əks tərəfin mənfi emosiyalarını 
azaltmaq vacibdir. Üsullar sırasında opponentin bəzi hərəkətlərinin müsbət qiymətləndirilməsi, 
mövqelərin yaxınlaşmasına getməyə hazırlıq, opponent üçün nüfuzlu olan üçüncü tərəfə 
müraciət, özünə tənqidi münasibət, təmkinli davranış və s. fərqləndirilir. Rroblemin obyektiv 
müzakirəsi, münaqişənin mahiyyətinin aydınlaşdırılması, tərəflərin başlıca cəhətləri görmək 
bacarığı ziddiyyətin həllinin uğurlu axtarışına təkan verir. Diqqətin ikinci dərəcəli məsələlərin 
üzərində cəmləşdirilməsi, yalnız öz mənafelərinin qayğısına qalma problemin konstruktiv həlli 
imkanlarını azaldır. Tərəflər münaqişənin başa çatdırılması üzrə səylərini birləşdirdikdə bir - 
birinin statusunu ( vəzifə mövqeyini ) nəzərə almaq zəruridir. Tabeli vəziyyət tutan, yaxud kiçik 
statusuna malik tərəf onuni opponentinin gedə biləcəyi güzəştlərin son həddini dərk etməlidir. 
İfrat radikal tələblər güclü tərəfi münaqişəli qarşıdurmaya qayıtmağa sövq edə bilər. Daha bir 
mühüm şərt şəraitə uyğun optimal həll strategiyasının seçilməsidir. Bu strategiyalar növbəti 
paraqrafda nəzərdən keçiriləcəkdir. Münaqişənin uğurla başa çatdırılması münaqişə tərəflərinin 
bu prosesə təsir göstərən amilləri necə nəzərə almasından asılıdır. Həmin amillərə aşağıdakılar 
aiddir: 
 -vaxt: problemin müzakirəsi, mövqe və mənafelərin aydınlaşdırılması, qərarların işlənib 
hazırlanması üçün vaxtın mövcudluğu. Razılıq əldə edilməsi üçün vaxtın mövcud olduğundan iki 
dəfə azaldılması böyük təcavüzkarlığı ilə fərqlənən alternativin seçilməsi ehtimalının artmasına 
aparıb çıxarır;
-üçüncü tərəf: münaqişənin başa çatdırılmasında opponentlərə problemi həll etməyə kömək 
göstərən neytral şəxslərin ( institutların ) iştirakı;

Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin