1. naqiLSİz rabiTƏ texnologiyalari haqqinda ümumi MƏlumat



Yüklə 242,5 Kb.
səhifə17/33
tarix10.01.2022
ölçüsü242,5 Kb.
#107787
1   ...   13   14   15   16   17   18   19   20   ...   33
5-ci səviyyə - seans (Session) səviyyəsi. Bu səviyyə təq­di­mat səviyyəsində müxtəlif xidmətlər tərəfindən for­ma­laşdırılan verilənlər selini – bir neçə əsas selə - rabitə seans­ları­na ayırır və bunlar sistem vasitəsilə göndərilir və bir-birilə əla­qədə olan tətbiqi proseslər cütünün qarşılıqlı təsirini idarə edir. Seanslar qısa və uzun ola bilər – bir və ya bir neçə qarşılıqlı təsiri daxil edə bilər. Təqdimat səviyyəsinə təklif olunan xid­mət­lər sırasına seansın təşkili/sona yetirilməsi, identifi­kasi­ya/qeydolunma, verilənlər ötürülməsinin sinxronlaşdırılması və müs­təsna hallar barədə məlumat aid edilə bilər. Bu səviyyə bir ra­bitə seansının qəbulunu, ötürülməsini və verilməsini koor­dinasiya edir. Koordinasiya üçün işçi parametrlərinə nəzarət, ara­­lıq toplayıcıların (yığıcıların) verilənlər axınının idarə olun­ması və dialoq nəzarəti lazımdır. Bunlardan başqa, seans səviy­yəsi - parolların idarə olunması, şəbəkə ehtiyatlarından istifadə üçün ödəmələrin hesabatı, dialoqun, sinxronlaşmanın idarə olunması və aşağı səviyyələrdəki səhvlər nəticəsində veriliş seansında kəsilmələr zamanı rabitənin ləğv edilməsi kimi əlavə funksiyalara da malikdir.


Yüklə 242,5 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin