metodunun təsviri Siqnalların rəqəmli emalı və TDMA sxemi ikinci nəsil şanvari rabitə standartlarında (D-AMPS, GSM, PDC) istifadə olunur. D-AMPS standartı bu cəhətdən daha əyanidir: tezlik kanalının, analoq AMPS - standartında olduğu kimi, həmin ∆f = 30 kHs tezlik zolağını saxlamaqla, burada fiziki kanalların sayı 3 dəfə, sistemin tutumu isə 3 və daha çox dəfə çoxalır. Yarımsürətli kodlamanı daxil etməklə, bu əmsalı daha 2 dəfə də artırmaq mümükündür. Qeyd edək ki, zamana görə ayrılma üsulundan eyni tezlik zolağında dupleks rabitənin düz və əks kanallarını realizə etmək üçün də istifadə etmək olar (ing.- Time Division Duplex-TDD) . Bu cür texniki həll naqilsiz telefoniyada tətbiq tapmışdır. Şanvari rabitədə, adətən tezliyə görə dupleks ayrılmadan (ing. - Frequency Division Duplex- FDD) istifadə olunur, yəni düz və əks kanallar bir-birinə nəzərən sürüşmüş olan müxtəlif tezlik zolaqlarını tuturlar. TDMA metodu da spektrin istifadəsi effektivliyinin bütün potensial imkanlarını realizə edə bilmir. Bu mənada CDMA metodu daha önəmli hesab olunur.