1. Nəqliyyat termininin mahiyyəti Nəqliyyat haqqında qanunvericilik Nəqliyyat sistemi və onun alt sistemləri


Müəsisənin müflisləşməsi üç mərhələyə bölünür



Yüklə 340,18 Kb.
səhifə118/121
tarix01.01.2022
ölçüsü340,18 Kb.
#107629
1   ...   113   114   115   116   117   118   119   120   121
n.Menecment mühazirə

Müəsisənin müflisləşməsi üç mərhələyə bölünür.

Birinci mərhələdə gizli şəraitdə müəssisənin qiymətinin aşağı düşməsi baş verir. Bu mərhələdə rəhbərlik adətən kosmetik tədbirlərə əl atır. Məsələn, investor və bankları şübhələndirməmək üçün aktivlərin bir hissəsini sataraq və ya borc kapitalını artıraraq səhmdarlara yüksək dividentlər ödəməyi davam etdirir.

İkinci mərhələdə nəqd vəsait üzrə çətinliklər yaranır. Ayrı-ayrı rəhbərlər artıq kələkbazlıq etməklə də pul qazanmağa meylli olurlar. Əgər lazımi tədbirlər görülmürsə müflisləşmə hüquqi cəhətdən aydın olur. Müəssisə öz borclarını vaxtında ödəyə bilmir.

Üçüncü mərələdə isə müəssisənin bütün maliyyə-təsərüfat fəaliyyəti pozulur. Kreditorlar qanunvericilikdə nəzərdə tutulan tədbirlərin görülmərisini tələb edirlər.

Müflisləşmənin ilkin çağlarında yaranmış vəziyyətdən çıxmaq üçün bir sıra universal tədbirlərə əl atırlar.

1. Rəhbəliyin dəyişdirilməsi. Əgər daxili səbəblərə görə belə vəziyyət yaranırsa kənardan yeni rəhbər dəvət olunur, yox əgər xarici səbəblərə görə müflisləşmə baş verirsə onda müəssisədəki mütəxəssislərin içərisindən yeni rəhbər seçilir.

2. Müəssisənin təşkilati quruluşunun dəyişdirilməsi, idarəetmə aparatının ixtisar edilməsi, nəzarət-plan funksiyalarının mərkəzləşdirilməsi.

3. Xərclər üzərində sərt nəzarət qoyulması,

4. İş mədəniyyətinin dəyişdirilməsi (heyətin yenidən hazırlanması).

5. Məhsul və xidmətlərin nomeklaturasının ixtisar edilməsi.

6. Marketinq fəaliyyətinin gücləndirilməsi.

Eyni zamanda strateji tədbirlər də işlənməlidir. Çox zaman müəssisənin profilinin dəyişdirilməsi üzrə işlər yerinə yetirilir.


Yüklə 340,18 Kb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin