3. İflas prosedurası
Azərbaycan Respublikasında kreditorların ümumi tələblərinin məbləği borclu müəssisənin nizamnamə fondunun 10 faizindən çox hissəsini təşkil etdikdə və borclu müəssisə tərəfindən öhdəliklərin yerinə yetirilməsi günündən iki ay keçdikdə onlar borclunun təsis sənədlərini uyğun olaraq yerləşdiyi ərazinin mülki məhkəməsinə ərizə ilə müraciət edə bilərlər. Qeyd etmək lazımdır ki, müflisləşmə prosedurasının başalnması haqqında borclunun özü və ə ya prokurorluq ərizə ilə məhkəməyə müraciət edə bilər.
Kreditorlar və borclunun razılığı ilə borclu müəssisənin müflisləşməsi məhkəmədənkənar yolla da həll edilə bilər. Kreditorların tələblərinin ödənilməsi isə iflasla əlaqədar işlərə məhkəmədə baxılması prosedurasına uyğun olaraq kreditorların yığıncağı tərəfindən həyata keçirilir.
Lakin qanun tərəfindən bu cür işlərin mülki məhkəmədə baxılmasının təsdiqlənməsi düzgün deyildir. Çünki beynəlxalq təcrübəyə görə təsərrüfat və kommersiya məsələlərinə adətən arbitraj və ya tritey məhkəməsində baxılır. Fikrimizcə, hüquqi şəxslərin müflisləşməsi və iflası məsələlərinə Azərbaycanda mövcud olan iqtisad məhkəməsi baxmalıdır.
Müflisləşmə prosedurasının başlamaq üçün borclu müəssisə aşağıdakı sənədləri məhkəməyə təqdim etmələdir:
- mülkiyyət forması və mülkiyyət hüququnun subyektləri haqqında məlumat da daxil olmaqla müəssisənin rekivizitlərini;
- işin icraata qəbul olunduğu günə mühasibat balansını;
- debitor və kreditor borcunun siyahısı, borclunun maliyyə və əmək vəziyyəti haqqında başqa lazımi məlumatları.
Əgər məhkəmə tərəfindən müəyyən olunmuş müddətə bu sənədlər təqdim olunmazsa, onda müəssisə rəhbəri cərimələnir və lazımi məlumatların tərtibi və təqdim olunması borclunun hesabına müstəqil auditor xidmətinə tapşırılır.
İflas haqqında isə baxdıqdan sonra məhkəmə-borclunun müflis elan olunması və əmlak inzibatçısının təyini barədə, müvəqqəti əmlak inzibatçısının təyin edilməsi və ya təyinatının uzaldılması barədə, borclarının müflis elan etməkdən imtina haqqında qərar çıxara bilər.
Beynəlxalq təcrübədə iflasın digər növlərinə də rast gəlmək mümkündür.
Qəsdən iflasa uğrama dedikdə müəssisənin mülkiyyətçisi və ya rəhbəri tərəfindən müəssisənin tədiyyə qabiliyyətinin bilərəkdən aşağı salınması, şəxsi və digər maraqları nəzərə alınmaqla müəssisəyə ziyan vurmaq kimi başa düşülür.
Saxta iflas zamanı isə müəssisə yalandan özünü müflisləşmiş elan edir. Bunda məqsəd kreditorlar tərəfindən ödənişlərin yerinə yetirilməsi vaxtını uzatmaq və ya borcların aşağı salınması güzəştinə nail olmaqdır.
Müəssisə forsmajor hadisələr nəticəsində də müflisləşə bilər. Forsmajor hallara müxtəlif təbii fəlakətlər, siyasi və iqtisadi hadisələr aid edilir. Belə müflisləşmənin qarşısı sığorta fondları və şirkətlərinin hesabına alınır.
Dostları ilə paylaş: |