1. Nəqliyyat termininin mahiyyəti Nəqliyyat haqqında qanunvericilik Nəqliyyat sistemi və onun alt sistemləri


Mövzu 11. İdərəetmə sistemində insan amilinin rolu



Yüklə 340,18 Kb.
səhifə94/121
tarix01.01.2022
ölçüsü340,18 Kb.
#107629
1   ...   90   91   92   93   94   95   96   97   ...   121
n.Menecment mühazirə

Mövzu 11. İdərəetmə sistemində insan amilinin rolu

1. Müasir dövrdə işçi heyyətinin rolunun artmasını şərtləndirən amillər.

2. İşçi heyyətinin idarə edilməsi ilə bağlı konsepsiyalar.

3. Menecmentdə liderlik.
Müasir dövrdə istər biznesdə və istərsə də istehsalda insan amilinin rolu inkar olunmazdır. İnsan resurslarının idarə olunması menecmentin ən vacib nəzəri və praktiki aspektlərindən biri sayılır. İnsan resurslarının idarə olunmasında başlıca məqsəd onların potensialından, yaradıcı imkanlarından maksimum istifadə edilməsidir. Daha geniş mənada insan resurslarının idarə edilməsi aşağıdakı kompleks məsələlərin əhatə olunması deməkdir:

1) Firma və şirkətlərin konkret strategiyasına uyğun gələn işçi heyətinə tələbatın müəyyən edilməsi;

2) Əmək bazarının qiymətləndirilməsi və faliyyətin motivləşdirilməsi sisteminin hazırlanması;

3) Əmək məhsuldarlığının idarə olunması;

4) Əmək gəlirlərinin tənzimlənməsi;

5) Firmadaxili fəal sosial siyasətin aparılması;

6) İşə yaradıcı münasibətin stimullaşdırılması;

7) Qabaqcıl əmək üsullarının tətbiqi;

8) İşçi heyətinin peşə-ixtisas hazırlığı;

9) Münaqişələrin idarə edilməsi;

10) Sosial-psixoloji mühitin yaradılması.

İnsan resursları menecmenti anlayışı XX əsrin 60-cı illərində yaranmışdır. Bu termin bir çox əhəmiyyət kəsb etsə də, lakin daha tez-tez menecerin köməyilə təşkilatın qarşısında duran məqsədlərin reallaşdırılması üçün əməkdaşların səfərbər edilməsi mənasında işlədilir.

Bu anlayışın 3 əsas əlaməti onun məzmununu tamamilə izah edir:

1) Əməyə gəlir mənbəyi kimi münasibət;

2) Ümumi işə hər bir əməkdaşın imkanlarının təmin edilməsi məqsədilə onun fəaliyyət göstərməsi üçün lazımi şəraitin yaradılması;

3) Təşkilatın ümumi siyasətilə sosial siyasətin inteqrasiyası.

İnsan resurslarına verilən əhəmiyyət özünü yapon menecerlərinin qarşılarına qoyduqları vəzifələr içəriçində onun nə dərəcədə əhəmiyyət kəsb etməsində də bir daha özünü göstərir. Yaponlar insana iqtisadi, sosial, psixoloji, mənəvi tələbata olan bir tələbat kimi yanaşırlar. Ona görə də orada işçi heyətini idarə etmək məharəti menecerin ən böyük üstünlüyü kimi qiymətləndirilir.

Müasir dövrdə firmanın fəaliyyətində işçi heyətin rolunun artması insan amilinin, onun intellektual, yaradıcı funksiyasına olan zəruri tələbatdan irəli gəlir. Bir sıra iqtisadi mənbələrdə heyətin rolunun artması aşağıdakı amillərlə şərtləndirilir:

1) Əməyin məzmunuda baş verən dəyişikliklər, yeni texnika və texnologiyanın tətbiqi, kompüter texnikasının inkişafı;

2) Müasir dövrdə Teylor modelindən fərqli olaraq, işçilər üzərində avtoritar nəzarət sisteminin götürülməsi və əməkdaşların işgüzar fəallığının aktivləşdirilməsi;

3) Firmalarda əməyin təşkilinin kollektiv formasının inkişafı və müasir istehsalın daha çox məsuliyyət tələb etməsi;

4) İstehsalın makroiqtisadi amillərinin rolunun artması, habelə dünya bazarında rəqabətin kəskinləşməsi nəticəsində işçi qüvvəsinin rəqabətqabiliyyətliliyinə tələbatın yüksəlməsi;

5) İşçilərin mədəni və təhsil səviyyəsinə tələbatın artması;

6) Demokratiyanın, o cümlədən istehsal demokratiyasının inkişafı.

Bütün bu səbəblərə görədir ki, müasir şəraitdə işçi kadrlarının hazırlıq səviyyəsinin artırılmasının vacibliyi hər bir müəssisədə diqqət mərkəzindədir. Bu məsələdə müəssisə rəhbərləri müəyyən risk etmiş olsalar da, (ona görə ki, işçilər müəssisəni tərk edə bilərlər) aşağıdakı əsas səbəblərə görə ixtisas səviyyəsinin artırılması zəruridir:

1. Əməyin xarakteri dəyişir.

2. Faliyyət, xidmət sferası dəyişir.

3. Yeni informasiya texnologiyası inkişaf edir.

4. İşçilərin ilkin hazırlığı müəssisənin tələbatlarını ödəmək iqtidarında deyildir.

5. İstər firmanın, istərsə də ayrı-ayrı şəxslərin gələcək müvəffəqiyyəti işçilərin fasiləsiz olaraq ixtisas səviyyəsinin artırılmasından bilavasitə asılı olur.

İşçi heyətinin idarə olunması iqtisadi, sosial, hüquqi, təşkilati və psixoloji məsələləri əhatə edir. Ona görə də heyətin idarə edilməsinə aşağıdakı kimi yanaşmaq olar:

1. İnsan resurslarından səmərəli istifadə edilməsi;

2. İşçinin potensialını aşkara çıxarma və fəaliyyətini motivləşdirmə, stmullaşdırma;

3. Heyətin fəaliyyətinin təşkilatın iqtisadi göstəriciləri və nəticələri ilə əlaqələndirilməsi;

4. Heyətin idarə edilməsi firmanın iqtisadiyyatının tərkib hissəsi kimi;

5. İnsanın istehsal fəaliyyətinin təşkili baxımından;

6. İnsana, onun fəaliyyətinə iqtisadi, (istehsal və istehlakın subyekti kimi) sosial (sosial qrupun üzvü kimi), peşə-ixtisas, demoqrafiya, sinfi, sosial status, bioloji, mədəni, mənəvi dəyərlər sistemi baxımından yanaşma.


Yüklə 340,18 Kb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin