1. Nəqliyyat termininin mahiyyəti Nəqliyyat haqqında qanunvericilik Nəqliyyat sistemi və onun alt sistemləri


Mövzu 12. Əmək kollektivlərində münaqişələr və onların həlli yolları



Yüklə 340,18 Kb.
səhifə99/121
tarix01.01.2022
ölçüsü340,18 Kb.
#107629
1   ...   95   96   97   98   99   100   101   102   ...   121
n.Menecment mühazirə

Mövzu 12. Əmək kollektivlərində münaqişələr və onların həlli yolları

1. İstehsal münaqişələrinin məzmnu və funksiyaları

2. İstehsal münaqişələrinin növləri

3. İstehsal münaqişələrinin yaranması səbəbləri

4. Münaqişələrin idarə olunması metodları
Münaqişələr mövqelərin, görüşlərin, mənafelərin bir-birinə uyğun gəlmədiyi şəraitdə, habelə problemlərin çətinliklə həll olunduğu halda baş verir.

Münaqişələr öz təbiətinə görə açıq və gizli, müəyyən və nisbətən qeyri- müəyyən formalarda ola bilər. Bunlar həm dağıdıcı, həm də yaradıcı xarakter daşıya bilərlər. Lakin münaqişələrin hansı xarakter daşımalarından asılı olmayaraq, onlar, gərgin qarşılıqlı əlaqə və emosional situasiyalar yaradırlar.

Əmək kollektivlərində münaqişələrin, münaqişə situasiyalarının bir sıra ümumi və xüsusi halları mövcuddur. Bu baxımdan, münaqişələr obyektiv və subyektiv olurlar.

Obyektiv - işguzar xarakter daşıyan münaqişələr, istehsal və əmək fəaliyyəti sahəsində bir növ siqnal rolunu oynayır və istehsal münaqişəsi adlanır. Münaqişələrin subyektiv və ya obyektiv olması ilə əlaqədar olan məsələlər sistemli halda araşdırılmalı, tədqiq edilməlidir. Çünki münaqişə situasiyası çevik xarakter daşıyır və sabit olmur. Hətta burada opponentlərin, bu və ya digər məsələyə dair olan fikirləri də dəyişə bilər. Bu, bir tərəfdən opponentlərin öz statusundan, digər tərəfdən isə onlara təsir edə bilən rəsmi orqanların ranqından, yəni hakimiyyət səviyyəsindən asılı olur.

Münaqişələrin yaranması yalnız sosial köklərlə bağlı deyildir, iqtisadi amillər də əsas rola malikdir. Münaqişələr, bir qayda olaraq, tərəflərin mövqe və mənafelərinin ziddiyəti, uyğun gəlməməsi üzündən baş verirlər.

Bu baxımdan münaqişənin meydana gəlməsi şəraiti yalnız əmlak, maddi, pulla ifadə olunan mənafe və dəyərlərlə deyil, həm də müəyyən hakimiyyət statusuna malik olmaq üçün və yaxud nüfuz qazanmaq üçün süni olaraq da yaradıla bilər. Sosial münaqişələr sosial gərginlikdən doğur. Sosial gərginlik isə ayrı-ayrı işçilərin, fərdlərin, sosial qrupların tələbatının, məramlarının ödənilməsi ilə bağlıdır.

İstehsal münaqişələri inşaat firmaları üçün təbii bir haldır, bəzən isə bu hal menecer və ya layihə üçün bütünlükdə əlverişli nəticələrə gətirb çıxara bilər. Həmin nəticələrə çatmaq üçün menecer münaqişə vəziyyətinin dərəcəsini müəyyən etməli, sonra isə bu problemi həll etməyə qabil olan bir neçə məlum strateji üsuldan münaqişənin idarə edilməsi üçün seçilməlidir ki, layihəyə sərfəli nəticələr gətirsin.

Müasir menecmentin əsas elementlərindən biri – menecerlər qarşısında duran mühüm məsələlərə aid olan münaqişənin idarə və həll edilməsi probleminin dərk edilməsidir.

İdarəetmə nəzəriyyəsinin digər anlayışlarında olduğu kimi münaqişə də bir sıra təriflərə malikdir. Biz aşağıdakı tərifin üzərində dayanırıq. Münaqişə – bu, iki və yaxud daha çox tərəflər arasında ayrı-ayrı şəxs və ya bir qrup adamlar tərəfindən razılığın olmamasından ibarətdir. Adamlar münaqişə haqqında fikirləşərkən hər şeydən əvvəl onu təcavüz, təhlükə, mübahisələr, düşmənçilik, müharibə və s. kimi təsəvvür edirlər. Nəticədə belə bir fikir mövcuddur ki, münaqişə daim arzuedilməz bir haldır və ondan imkan dərəcəsində bacardıqca qaçmaq lazımdır, baş verən kimi yerində həll etmək vacibdir.

Müasir dövrdə effektli idarə edilmiş təşkilatlarda belə, bəzi münaqişələr nəinki mümkündür, hətta arzu ediləcəkdir.

Doğrudur, münaqişə heç də həmişə müsbət xarakter daşımır. Bəzi hallarda ayrı-ayrı şəxslərin təlabatlarının ödənilməsinə, bütünlükdə təşkilatın məqsədinə çatmasına mane olur. Ancaq, bir çox vəziyyətlərdə münaqişə müxtəlif nöqteyi-nəzərlərin üzə çıxmasına kömək edir, əlavə informasiya verir, çoxlu miqdarda problem və alternativlərin aşkara çıxmasına yardım göstərir. Bütün bunlar məsələ həlli üçün qərar qəbul etmə prosesini daha effektli edir. Həmçinin, adamlara öz fikirlərini ifadə etməyə imkan verir. Bununla da öz təlabatlarını ödəməyə imkan yaraır.

Münaqişə iki funksiyanı yerinə yetirir: konstruktiv və destruktiv. Kostruktiv funksiya zamanı (nəticəsində) təşkilatın effektivliyi artır.

Destruktiv (pozulma) funksiyası nəticəsində əks nəticəyə gətirib çıxarır. Rəhbərliyin məqsədi münaqişəni aradan qaldırmaq deyil, əksinə münaqişəni idarə etmək, onu konstruktiv etmək üsullarını tapmaqdır. Əgər münaqişənin iştirakçıları münaqişənin nəticəsi ilə narazıdırlarsa və hiss edirlər ki, nə isə, itirmişlər bu destruktiv münaqişə hesab olunur; əgər onlar məmnundurlarsa, onda konstruktiv münaqişədir.

Destruktiv münaqişə yayılmaya (genişlənməyə) meyllidir. Nəticədə belə münaqişə on yaradan əsas səbəblərin üzə çıxarılmasına imkan yaratmır, münaqişənin davam etməsinə zəmin yaradır. Genişlənən münaqişəyə yeni iştirakçılar cəlb edilir; tərəflərin xərcləri artmış olur; iştirakçılar arasında qarşlıqlı əlaqələr pozulur və s. Konstruktiv münaqişə münaqişəli problemin həllində səylərin bir yerə toplanmasını nəzərdə tutur. O, layihədə qoyulan məqsədə çatmaq üçün münaqişənin həlli naminə komandanın üzvlərini birləşdirir.

Özünün nəticə baxımından münaqişənin hər bir əmək kollektivinin, sənaye qruplarının siyasi partiyaların, sosial təbəqələrin, bütövlükdə cəmiyyətin həyatında oynadığı rol eyni mənalı və eyni dərəcəli deyildir. Ona görə də münaqişənin rolu və əhəmiyyətinə yuxarıdakı çərçivə, sferalar baxımından yanaşmaq lazımdır. Həm də bu, problemi istər-istəməz yalnız mikro mühitlə deyil, makro sosial və makro iqtisadi amillərlə bağlamış olur. Bunula belə, mütəxəssislər arasında münaqişənin rolu, funksiyaları haqqında tam fikir birliyi yoxdur. Çünki münaqişənin muzdlu fəhlə, biznesmen, cəmiyyət, hər hansı bir siyasi partiya, yaxud iqtidar və müxalifət üçün əhəmiyyətli (pozitiv və neqativ tərəfləri) eyni deyildir.

Bunula belə, münaqişənin əhəmiyyəti birincisi onun dialektik xarakter daşımasıdır: zidiyyətlər həqiqəti aşkara çıxarmağa xidmət edir, faydalı seçim qaydalarına yol açır. İkincisi, münaqişə adamları, cəmiyyəti bu və ya digər problemin həllinə doğru yönəldir. Üçüncüsü, hər bir tərəfdən real mənafelərini aşkara çıxarmağa, hətta bu mənafelərin özünün dərk edilməsinə şərait yaradır. Dördüncüsü, münaqişə inteqrativ funksiyasını da icra edir. Bu özünü problemin həllində adamların fəaliyyət birliyinin təmin edilməsində münaqişənin oynadığı pozitiv cəhətdə göstərir.

Həm də nəzərə almaq lazımdır ki, münaqişələr, xüsusilə antoqonist münaqişələr cəmiyyəti parçalayır, sosial qruplara bölür, formalaşmış struktur qrumları dağıdır və s. Demək, münaqişələrin dağıdıcı funksiyası da vardır. Ona görə də münaqişələr idarə olunmalıdır. Münaqişələrin idarə edilməsində onların spesifik təbiətini, meydana çıxması səbəblərini, davam etmə qanunauğunluqlarını və s. bilməklə yanaşı sosial bərabərliyin azaldılması tədbirlərinin həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Çünki tarixi təcrübə və müasir dövr sübut edir ki, insanlar həmişə sosial bərabərsizliyin səbəblərinə görə münaqişəyə qoşulmuşlar.


Yüklə 340,18 Kb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin