3.Xarakterin diaqnostikası – Həyatın ilk günlərində rüşeym halında olan xarakter insanın əsəb sistemi ilə möhkəm əlaqədədir. Ətraf mühit xarakterin formalaşmasına güclü təsir göstərir. Əsəb sisteminin tipləri ali sinir fəaliyyətinin xüsusiyyətlərilə bilavasitə bağlı olsa da insanın fizioloji təbiəti, genetik xüsusiyyətlərinin özü də müxtəlif, bioloji, fiziki, sosial təsirlərlə bir sıra dəyişmələrə məruz qalır. Xarakterin fərdi xüsusiyyətlərlə, əsəb sistemi ilə bağlılığıda bu səviyyədə başa düşülür.
İ.Pavlova görə, canlıların əsəb fəaliyyətinin anadangəlmə qanuni forması – genotipdir. Ancaq digər canlılarda olduğu kimi, insan da ətraf aləmin müxtəlif təsirləri ilə üzləşir. O, bu təsirlərə müvafiq fəaliyyətlə cavab verməlidir. Ardıcıl və sistemli fəaliyyət sayəsində canlıların bütün həyatı boyu ətraf aləmin təsiri ilə şərtlənən dəyişməsi isə - fenotip, yəni xarakter kimi fərdi xüsusiyyətlərdir.
İnsanın özünə, öz əşyalarına, insanlara, təbiətə bəslədiyi münasibət onun xarakter əlamətlərini əks etdirir. Bu əlamətlər intellektual, emosional, iradi cəhətlər kimi özünü göstərir. Cəmiyyətin şəxsiyyətə göstərdiyi təsirin başlıca vəzifəsi bir vətəndaş olaraq insanlarda vətəndaşlıq tərbiyəsi üçün zərurim olan spesifik xarakter əlamətlərinin tərbiyəsi olmalıdır. Bunlar: vətənpərvərlik, müstəqillik, iradə, əməksevərlik, özünəhörmət, dözümlülük, prinsipiallıq, sədaqət kimi keyfiyyətlərdir.
Ətraf aləmin obyektlərinə münasibəti ifadə edən xarakter əlamətləri öz mənbəyini özünəhörmət hissindən götürür. Bu, insanın şərəf və ləyaqətini, özünəqiymətləndirməsini ifadə edən vətənpərvərlik tərbiyəsi istiqamətində davam etdirilməlidir. Gənc nəsli bu mərkəzi ideya əsasında tərbiyə etməklə başqa xarakter əlamətlərinin də məqədyönlü inkişafını təmin etmək mümükündür. Bununla yanaşı, özünə münasibəti əks etdirən şəxsi ləyaqət, mərdlik, qürür, səmimiyyət kimi xarakter əlamətlərinin də inkişaf etdirilməsi zəruridir.
İnsanın əşyalara münasibətini əks etdirən: səliqəlilik, diqqətcilik, ehtiyatlılıq kimi xarakter əlamətləri başqaları tərəfindən həssaslıq kimi qəbul olunur və qarşılıqlı münasibətlərin tənzimlənməsi müsbət təsir göstərir.
Xarakterin elə əlmaətləri vardır ki, bütün obyektlərə münasibəti özündə əks etdirir. Məsələn, təbiətində həssaslıq, qayğıkeşliq, müstəqillik keyfiyyətlərinə malik olan insanlar ətrafdakılar arasında hörmət qazanır, nüfuza malik olur. Bu münasibət onun obyektiv davranışını özündə əks etdirir.
Dostları ilə paylaş: |