Texnoloji (istehsal)
İqtisadi (ticarət)
Sosial (idarəetmə)
2. İnnovasiya sahibkarlığı yeniliklərin daim axtarılmasını qarşıya qoyur: yeni ideyalar, məhsullar, xidmətlər, həmçinin, yeniliklərin yaradılması və tətbiqini həyata keçirəcək təşkilati formalar. Belə ki, yeniliklər üçün yeni təşkilati formalar, məhsul istehsalı üçün isə yeni texnologiyaya və təşkilati quruluşa malik müəssisələr lazımdır.
İnnovasiya sahibkarlığı üçün sahibkarlıq mühitinin olması daha vacibdir. Belə ki, o yeni ideyaların, yeniliklərin realizə edilməsi üçün müvafiq təşkilati formaların yaradılmasına imkan verə bilər. Belə mühitin elementləri aşağıdakılar ola bilər: sərbəst fəaliyyət resurslarına malik olan investorların olması, sərbəst güclərə malik olan əmtəə istehsalçıları. Bütün bunlar innovasiyanın axtarılması və tətbiqi üçün zəruri şərtlərdir.
İnnovasiya sahibkarlığının təşkilati strukturları içərisində xüsusi rol kiçik formalara aiddir. Kiçik kollektivlər həddən çox çevikdirlər və yeni ideyaları hiss etmək və onları işləyib yaymaq üçün səfərbərdirlər. İnnovasiya sahibkarlığını həyata keçirən təşkilati- hüquqi formalar çox müxtəlif ola bilər:
1. Vençur firmalar 2. Eksplerent firmalar
3. Patient firmalar
4. Komutant firmalar
5. Violent firmalar
6. Biznes inkubatorlar
Vençur firmalar – kiçik innovasiya müəssisələri içərisində xüsusi yer tutur və onlara çox vaxt riskli firmalar deyilir. Vençur firmalar – yeni məhsul və xidmətlərin təsdiq edilməsi, hazırlanması və istehsalı istiqamətində ixtisaslaşırlar. Bu firmaların yaradıcıları alimlər , tədqiqatçılar, mühəndislər və ixtiraçılardır. Vençur firmalar əsasən elmtutumlu sahələrdə daha geniş yayılmışdır. Vençur firmalar bir neçə hüquqi və fiziki şəxsin müqavilələri və vəsaitləri əsasında yaradılır. Müasir vençur firmaları çevik və səfərbər strukturlara malik olub yüksək və məqsədyönlü fəallığına görə fərqlənirlər. Ona görə də inkişaf etmiş dövlətlər vençur firmaların fəaliyyətini alqışlayır və hərtərəfli dəstəkləyirlər.