1. Sahibkarlıq fəaliyyətinin növləri 2. İstehsal sahibkarlığı 3. Kommersiya sahibkarlığı 4. Məsləhətçılık sahibkarlığı 5. Maliyyə sahibkarlığı 1. Sahibkarlıq fəaliyyətinin əsas növləri aşağıdakılardır:
- istehsal sahibkarlığı
ticarət sahibkarlığl ( kommersiya)
maliyyə sahibkarlığı
Bunlardan başqa son on ildə iqtisadi cəhətdən inkişaf etmiş dünya ölkələrində sahibkarlığın müstəqil sahələri – innovasiya sahibkarlığı və məsləhətçi sahibkarlığı da inkişaf etməkdədir.
Eyni zamanda yuxarıda göstərilən sahibkarlıq növləri öz - özlüyündə altnövlərə ayrılırlar. Sahibkarlıq növləri və onların altnövləri aşağıdakı şəkildə verilir:
Sahibkarlıq növləri:
İstehsal - innovasiya
- elmi texniki
- əmtəə istehsalı
- xidmət göstərilmə
- informasiya
- istehsal təyinatlı məhsulların istehsalı
- informasiya
- istehsal təyinatlı xidmətlərin istehlakı
Kommersiya - ticarət
- ticarət tədarük
- ticarət vasitəçi
- əmtəə birjaları
Maliyyə - bank
- sığorta
- audit
- lizinq
-fond birjaları
Məsləhətçi - ümumi idarəetmə
- inzibatçılıq
- maliyyə idarə edilməsi
- kadrların idarə edilməsi
- marketinq
-informasiya texnologiyası
- xüsusi xidmətlər
İstehsal sahibkarlığı- sahibkarlığın aparıcı sahəsidir. Bu sahədə məhsullar və əmtəələr istehsal edilir, işlər görülür və müxtəlif maddi dəyərlər yaradılır. Ölkəmizdə məhz bu fəaliyyət sferası bazar iqtisadiyyatına keçid zamanı ən mənfi dəyişikliklərə məruz qalmışdır: təsərrüfat əlaqələri dağılmış, maddi- texniki təminat pozulmuş, məhsul satışı kəskin azalmış, müəssisələrin maliyyə vəziyyətləri pisləşmişdir.