1. Sahibkarlıq haqqında nəzəriyyələrin yaranması Sahibkarlıq fəaliyyətinin mahiyyəti və məzmunu



Yüklə 220,06 Kb.
səhifə12/59
tarix30.03.2023
ölçüsü220,06 Kb.
#124544
1   ...   8   9   10   11   12   13   14   15   ...   59
Sahibkarlıq fəaliyyətinin məzmunu

Eksplerent firmalar-pioner firmalar adını almışlar. Bu növ firmalar ixtiraçılıq fəallığının maksimum mənfəət əldə etmə tsiklində iştirak edir və yeni məhsulun ilk dəstini istehsal edirlər. Eksplerent firmalar ölçülərinə görə çox böyük deyildir. Eksplerent firmalar texnoloji fəal sahələrdə, xüsusilə elektronika, kimya sənayesində, əczaçılıq sahələrində yaradılır və fəaliyyət göstərirlər.
Patient firmalar-adətən, bazarın məhdud seqmentində fəaliyyət göstərirlər, modaların, reklamların və digər vasitələrin təsiri ilə tələbləri ödəyirlər. Onlar məhsul buraxılışının artımı mərhələlərində və eyni zamanda ixtiraçılıq fəallığının azalması mərhələsində fəaliyyət göstərirlər.
Komutant firmalar–məhsul buraxılışı tsiklinin enmə mərhələsində fəaliyyət göstərirlər. Onların elmi-texniki siyasəti məhsul istehsalının vaxtında başlanmasını, məmulatın texnoloji xüsusiyyətlərinin dərəcəsi haqqında qərarların qəbul edilməsini tələb edir. Komutant firmalar yerli, milli tələblərin təmin olunmasına yönəlir, innovasiyanı istehsal tsiklinin müxtəlif mərhələlərini- məhsulun istehsala verilməsindən buraxılan məhsulun texnologiyasında dəyişikliklərə qədər konkret yerli şəraitə uyğunlaşdırır.
Violent firmalar- güclü strategiyaya malik olan firmalardır. Bu firmalar iri kapitala, yüksək səviyyəli mənimsənilmə texnologiyasına malikdirlər. Onlar geniş istehlakçı dairəsi üçün iri seriyalı və kütləvi məhsul istehsalı ilə məşğul olurlar və maksimum mənfəət əldə etməyə çalışırlar. Odur ki, violent firmalar istehsalın genişləndirilməsi, maşın parkının və avadanlığın dəyişməsi üçün innovasiyaya investisiya qoymağa çalışırlar.
Biznes inkubator-orijinal elmi – texniki ideyanı realizə edən, kiçik innovasiya firmalarının səmərəli fəaliyyətini təşkil etmək üçün əlverişli şərait yaradan ixtisaslaşmış strukturdur. Biznes inkubator bir sıra funksiyaları yerinə yetirirlər.
- təcrübə istehsalı üçün güzəştli şərtlərlə avadanlıqla təmin etmək, məsləhət xidməti göstərmək, tanınmamış firmaları biznes dairəsinə daxil etmək, hüquq və informasiya sferasında kömək göstərmək sahəsində firmaları dəstəkləmək;
- riskli texnologiyaların təcrübə tətbiqinə ticarət strategiyasına nail olma işlərini aparmaq;
- təşkilati funksiyaların həyata keçirilməsinə kömək etmək.
3. İstənilən innovasiya layihələrinin realizə olunması material və maliyyə məsrəfləri ilə əlaqədardır. Bu, həmişə risklərlə yerinə yetirilir, çünki layihənin bazarda nə səviyyədə yer tutacağını və yeni məhsulun (xidmətin) özünə nə qədər alıcı tapacağını qabaqcadan bilmək olmur. Odur ki, ilkin qiymətləndirmə mərhələsi innovasiya fəaliyyətində ən vacib mərhələdir. Qiymətləndirmənin mürəkkəbliyinə baxmayaraq innovasiya fəaliyyətində risklərin azaldılması üçün ekspertiza zəruri amildir. İnnovasiya layihələri aşağıdakı ekspertiza metodları ilə qiymətləndirilir:
- yazılı təsvir;
- əvvəlki və sonrakı vəziyyətin müqayisə edilməsi;
- müqayisəli ekspertiza.
Yazılı təsvir metodu bütün ölkələrdə geniş istifadə edilir. Onun mahiyyəti həyata keçiriləcək layihənin müəyyən əmtəə və xidmət bazarında vəziyyətə potensial təsirini öyrənməkdən ibarətdir. Alınan nəticələr ümumiləşdirilir, proqnozlar tərtib edilir və yanaşı proseslər nəzərə alınır. Bu metodun əsas nöqsanı iki və daha çox alternativ variantı dəqiq müqayisə etməyə imkan verməməsidir.
Əvvəlki və sonrakı vəziyyətin müqayisə edilməsi metodu müxtəlif layihələrin həm kəmiyyət, həm də keyfiyyət göstəricilərini nəzərə almağa imkan verir. Lakin bu metodun nöqsanı ondan ibarətdir ki, informasiya və proqnozların subyektiv inteqrasiyasının ehtimalı böyükdür.
Müqayisəli ekspertiza dövlətdən maliyyə alacaq və almayacaq müəssisə və təşkilatların vəziyyətlərinin müqayisə edilməsi üçün istifadə edilir. Bu metodda əsas diqqət həyata keçirilən layihənin potensial nəticələrinin müqayisəsinə verilir ki, bu da qısamüddətli və tez özünü ödəyən layihələrin hazırlanması üzrə konkret qərarların iqtisadi əsaslandırılmasının yoxlanılmasının tələblərindən birini təşkil edir. Bu metodun da nöqsanı vardır, məsələn, uzunmüddətli layihələr üçün tətbiq oluna bilmir.
İnnovasiya layihələrinin ekspertiza metodlarının nöqsanlarını və üstünlüklərini nəzərə alaraq onların kombinasiyalarından istifadə edilir.
Ekspertiza keyfiyyətli innovasiya layihəsinin seçilməsini təmin etməlidir. İnvestorlara təqdim olunan investisiya layihələri müqayisə olunmalı və vahid göstəricilər sisteminin köməkliyi ilə təhlilə məruz qalmalıdırlar. Bu o deməkdir ki, variantlar üzrə informasiya bazası, dəqiqlik, dəyər və natural ifadəsində göstəricilərin təyin olunma metodları müqayisə oluna bilməlidirlər.
Təqdim olunan layihələr aşağıdakılar üzrə müqayisə edilir:
- yeni metodların tətbiqi ilə yerinə yetirilən işlərin həcmi;
- innovasiyanın keyfiyyət parametrləri;
- zaman amili;
- qiymətlərin, tariflərin səviyyəsi, əmək haqqı şərtləri.
Layihələrin variantları üzrə dəyər göstəriciləri inflyasiya amili nəzərə alınmaqla hesablanır. İnnovasiya layihələrinin variantları vahid marketinq işləri, innovasiya risklərinin qiymətləndirilməsinə eyni yanaşmalar və cari informasiyanın qeyri-müəyyənliyi şəraitində müqayisə edilməlidir.
Variantların müqayisə edilməsi zamanı sistem yanaşmanın prinsiplərinə riayət olunmalıdır. Müxtəlif vaxtlarda həyata keçirilən və miqdarına görə eyni olan məsrəflər iqtisadi nöqteyi nəzərdən eyni deyildir. İnnovasiyanın həyat tsiklinin xeyli davamiyyəti müxtəlif vaxtlarda həyata keçirilən xərcləri və alınan nəticələri qeyri-bərabər iqtisadi nəticələrə gətirib çıxarır. Bu ziddiyyət “gətirilmiş dəyər metodu” və diskontlaşdırma metodu ilə aradan qaldırılır. Diskontlaşdırma xərclərin və nəticələrin eyni bir ana (vaxta) gətirilməsidir.
4. İnnovasiya layihələrinin səmərəliliyinin qiymətləndirilməsinin ümumi göstəricisi səmərəlilik əmsalı olub, aşağıdakı düsturla hesablanır:
E=S/X (düz göstərici);
E=X/S (tərs göstərici);
Burada, S-layihənin reallaşdırılmasından alınan səmərə (nəticə);
X-layihənin reallaşdırılması ilə əlaqədar xərclərdir.
Layihənin seçilməsi meyarı kimi onun reallaşdırılması üçün xərclərin minimum olmasıqəbul edilə bilər. Bir neçə variant olduqda daha səmərəli variant gətirilmiş xərclərin minimumuna bərabər olan variant seçilir:
Z i=Mi+EnKi min,
Burada, Zi-hər bir variant üçün gətirilmiş xərclərdir;
Mi-həmin variant üzrə istehsal məsrəfləri (maya dəyəri);
En-kapital qoyuluşunun səmərəlilik əmsalı;
Ki-həmin variant üçün investisiyadır.
Belə ki, investisiya birdəfəliliyi ilə və ya qoyuluşun məhdud dövrü ilə, özünü ödəməsinin uzun müddətilə, istehsal xərcləri isə müəyyən qısa zaman (məsələn, rüb, il) ilə xarakterizə olunduğundan onları vahid zaman ölçüsünə gətirmək üçün iqtisadi səmərəlilik əmsalı və ya faiz dərəcəsi səviyyəsinin köməyilə investisiyanın müəyyən hissəsini götürürlər. Gətirilmiş xərclər buradan meydana çıxmışdır. Qeyd edək ki, xalq təsərrüfatında innovasiyanın istifadəsinin iqtisadi səmərəliliyinin müəyyən olunması metodikasında (əsas müddəalarda) xalq təsərrüfatının müxtəlif sahələri üçün normativ səmərəlilik əmsalı En=0,10-0,25 arasında qəbul edilmişdir. Belə ki, dəmiryol nəqliyyatı, energetika-tikinti sahələri üçün En=0,1, maşınqayırma sənayesi üçün En=0,12-0,15, yeyinti və yüngül sənaye sahələri üçün En=0,17-0,25 idi. Normativlərin bu cür qiymətləndirilməsi investisiyanın hansı istiqamətə göndərilməsində stimullaşdırma əhəmiyyətini itirirdi.
Bazar iqtisadiyyatında hər bir firma, müəssisə özü üçün belə normativi və faiz dərəcəsi səviyyəsində, ya da investisiyanın rentabellik Rn normativi kimi müəyyən edir. Beləliklə, bazar iqtisadiyyatı şəraitində gətirilmiş xərcləri aşağıdakı kimi göstərmək olar:

Yüklə 220,06 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin