1. ÜMumi DİLÇİLİk I indd



Yüklə 10,63 Mb.
Pdf görüntüsü
səhifə214/250
tarix26.11.2023
ölçüsü10,63 Mb.
#135133
1   ...   210   211   212   213   214   215   216   217   ...   250
1. ÜMUMİ DİLÇİLİK I

Beyin-əsəb sistemi. Beyin insan orqanizminin mürək-
kəb və ən mühüm üzvüdür. İnsan təfəkkür orqanı olan 
beyin vasitəsilə kainatı dərk edir. Eyni zamanda, bu üzv 
insanın danışmasına da imkan yaradır və onun tərəqqisinə 
təkan verir.
Şəkil 2. Beynin quruluşu
Beyin – kəllə boşluğunda yerləşir. Müasir insan bey-
ninin çəkisi orta hesabla 1500 qrama qədər olur. Beynin 
təkamülü göstərir ki, ilk insanda onun həcmi kiçik, çəkisi 
isə az olmuşdur. Dik yerimək nəticəsində başın formasının 
dəyişilməsi ilə bərabər beyin sistemi də müəyyən inkişaf 


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
383
yolu keçmişdir. Beynin təkamülü müasir insana qədər da-
vam etmişdir. Bu prosesdə get-gedə insanın beyin həcmi 
artmışdır. Mütəxəssislər beynin inkişafını onun xüsusi və-
zifəsinin yaranması ilə əlaqələndirirlər.
İnsan beyni mürəkkəb quruluşa
1
malik olub, bir neçə 
şöbədən ibarətdir. Beynin iki (sağ və sol) yarımkürəsi 
vardır. Sol yarımkürə sağdan böyükdür. Elm hələ qədim 
insanlarda (pitekantropda) beynin sol hissəsinin böyük 
olduğunu müəyyən etmişdir. Mərkəzi xətlər, əsəb siste-
mi mövcud olan beyin yarımkürələrində görmə, eşitmə... 
mərkəzləri yerləşdiyi kimi, ayrıca nitq mərkəzi də vardır. 
Nitqi idarə mərkəzi beynin sol yarımkürəsinin müəyyən 
hissəsindədir. Bu mərkəz zədələnib fəaliyyətdən düşən-
də insan nitq səslərini, tələffüz etmək vərdişini unudur 
və danışa bilmir. Alimlər sübut edirdilər ki, belə hallarda 
insanın danışıq üzvlərinin hamısı adi qaydada olur. İn-
san bu üzvləri müxtəlif formada hərəkət etdirir. Deyək ki, 
dodaqlarını bir-birinə kipləşdirir, dili ön dişlərin arxasına 
toxundurur, irəli uzadır, geri çəkir və sair. Lakin bu, yaxud 
başqa üzvlərlə heç bir danışıq səsini tələffüz edə bilmir.
Bəs danışıq səsi necə əmələ gəlir? Hər şeydən əvvəl 
deməliyik ki, “səs beyin proseslərində meydana çıxır”. 
Belə ki, bu və ya başqa səsin yaranması üçün beyin mərkə-
zindən digər danışıq üzvlərinə siqnallar gəlir. Bu siqnallar 
vasitəsilə nitq cihazının bütün üzvləri arasında əlaqə yara-
dılır və hər bir üzv müəyyən vəzifə yerinə yetirməli olur. 
Məsələn, tənəffüs orqanlarına müvafiq hava axınının ta-
razlaşdırılmasına, artikulyasiya üzvlərinə yönələn siqnal-
lar isə həmin səsin formalaşmasına xidmət edir. Deməli, 
hər bir səs ancaq beyin mərkəzinin verdiyi siqnal əsasında 
əmələ gəlir. Buna görə də danışıq səsini əmələ gətirməkdə 
1
Bax: Некоторые теоретические вопросы строения и деятельности мозга.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
384
beyin-əsəb sistemi idarəedici, qalan orqanlar isə icraedici 
üzvlərdir. İcraçı üzvlər 3 hissəyə bölünür. Bu hissələrin və 
bunlara daxil olan orqanların hər biri səsin yaranmasında 
müəyyən vəzifə yerinə yetirir.
Adətən, icraçı danışıq üzvlərinin təsvirinə tənəffüs 
orqanlarından başlanır. Çünki səsin materiyası hava axını-
dır və bu hava axını tənəffüs üzvləri vasitəsilə əmələ gəlir. 
Başlıca tənəffüs üzvlərini ağciyərlər, bronxlar və nəfəs bo-
rusu təşkil edir
1
.

Yüklə 10,63 Mb.

Dostları ilə paylaş:
1   ...   210   211   212   213   214   215   216   217   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin