1. ÜMumi DİLÇİLİk I indd



Yüklə 10,63 Mb.
Pdf görüntüsü
səhifə215/250
tarix26.11.2023
ölçüsü10,63 Mb.
#135133
1   ...   211   212   213   214   215   216   217   218   ...   250
1. ÜMUMİ DİLÇİLİK I

Ağciyərlər. Bunlar insanın döş qəfəsində yerləşir. İki 
hissədən (sağ və sol) ibarətdir. Bu cüt orqanın quruluşu 
eyni şəkildə deyil. Belə ki, sağ ağciyər sol ağciyərə nis-
bətən böyük, həm də enlidir. Sol ağciyər isə sağ ağciyərdən 
uzundur. Hər iki ağciyər ucu kəsik konus formasındadır.
İlk insanın dik vəziyyətə uyğunlaşması onun daxili 
orqanlarının, o cümlədən ağciyərlərin də inkişafına səbəb 
olmuşdur. İnsanabənzər varlıq dik yeriməyə başlayanda 
müxtəlif səs çıxarmaq üçün geniş imkan əldə etmişdir. 
Belə ki, bədənin şaquli forması və ağciyərlərin ona uyğun 
aldığı vəziyyət hava qəbul olunmasını və onun işlənməsini 
nisbətən asanlaşdırmışdır.
Ağciyərlər insan həyatı üçün çox zəruri olduğu kimi, 
danışıq üzvü kimi də vacib orqanlardandır. Orqanizmdə 
hava mübadiləsinin təmin edilməsində mühüm rol oyna-
yan bu üzvün işləməsi – hərəkəti körüyə bənzəyir. Nəfəs 
alanda bunların həcmi genişlənir, nəfəs verəndə isə sıxılıb 
daralır.
Məlumdur ki, danışıq səsləri tənəffüs prosesində 
əmələ gəlir. İnsan tənəffüsü iki cür olur: adi hava axını 
maneəyə rast gəlmir. Buna görə də sərbəst nəfəsalma və 
1
Bunlardan başqa, qırtlaq, udlaq, burun və ağız boşluqları da tənəffüsə xidmət edir. Lakin 
bu üzvlər başqa vəzifələr də yerinə yetirir ki, bunlar haqqında aşağıda bəhs olunur.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
385
nəfəsvermə prosesində səs yox, ancaq xəfif xışıltı yaranır 
ki, bu da hava axınının sürtünərək çıxmasının nəticəsidir.
Adi tənəffüs prosesində hava axını burun boşluğun-
dan keçir. Bioloji vəzifə yerinə yetirən adi tənəffüsdən 
fərqli olaraq, nitq tənəffüzü prosesində ictimai əhəmiy-
yətli səslər yaradılır. Bu, belə olur: ağciyərdən gələn hava 
axını keçdiyi yolda müəyyən maneələrlə rastlaşır və bu-
nun nəticəsində hava rəqslənir, səs əmələ gəlir. Beləliklə, 
nitq tənəffüsü prosesində iki vəzifə – həm bioloji, həm 
də səs yaratmaq vəzifəsi yerinə yetirilir. Dildəki səslərin 
tələffüzündə istifadə olunan havanın miqdarı eyni olmur. 
Məsələn, partlayan səslər üçün çox, sürtünən səslər üçün 
az hava tələb olunur. Buna görə də ağciyərlər özündə eh-
tiyat üçün saxladığı havanı nitq tənəffüsündə birdən-birə 
xaricə buraxmayıb, onu səslərin tələffüzü tələblərinə mü-
vafiq bölür və işlədir. Havanın məqsədli işlədilməsində 
ağciyərə başqa üzvlərin, o cümlədən diafraqmanın da fəal 
köməyi olur. Tədqiqatçıların mülahizələrinə görə, hecala-
rın miqdarı ilə diafraqma təkanının kəmiyyəti bir-birinə 
uyğun gəlir.

Yüklə 10,63 Mb.

Dostları ilə paylaş:
1   ...   211   212   213   214   215   216   217   218   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin