40.XlX əsrin 20-30cu illərində yunan məsələsi
XIX əsrin 20-ci illərindən başlayaraq Şərq məsləsinin beynəlxalq müna-
sibətlərə təsiri artmışdı. 1821-ci ilin martında başlanan üsyan bu işdə büyük rol
oynamışdı. Əvvəlcə, böyük dövlətlər Balkan hadisələrinə qarışmayaraq buna qanu-
ni hökmdara qarşı qiyam kimi baxır və yunanlara yardım göstərmirdilər. Lakin
Rusiyanın Balkanlara dair ənənəvi siyasəti canlanmışdı. I Aleksandr yunan
məsələsini beynəlxalq konfransların müzakirəsinə çıxartsada bu heç bir nəticə ver-
mədi. Lakin yunan üsyanının genişlənməsi bu məsələyə beynəlxalq münasibətin
dəyişməsinə səbəb oldu. 1823-cu ilin martında C.Kanninq yunanları vuruşan tərəf
adlandırdı. İngiltərənin mövqeyi rus diplomatiyasının fəallaşmasına səbəb oldu.
Rusiya çalışırdı ki, müttəfiq dövlətlər türk – yunan münaqişəsinə kollektiv müda-
xilə etsinlər. Rusiyanın Balkanlarda təsirinin artmasını istəməyən İngiltərə 1826-ci
il aprelin 4-də Rusiya ilə yunan məsələsinə dair protokol imzaladı. Bu sənədə görə
Yunanıstan hər il Osmanlı imperiyasına xərac vermək şərti ilə muxtariyyat alırdı.
İngiltərə yunan – türk müharibəsini dayandırmaq üçün vasitəçilik etməli idi.
Türkiyə bu təklifi qəbul etməsə İgiltərə və Rusiya yunanlara kömək etməli idilər.
Bu saziş ingiltərə üzərində Rusiyanın diplomatik qələbəsi idi, belə ki, indi İngiltərə
mütləq Türkiyəyə qarşı müharibədə istirak etməli idi. İngiltərə Rusiya ilə saziş
bağlasa da onun yunanlara kömək etməsinə mane olurdu. İngiltərə 1826-ci ildə
İranın Rusiyaya qarşı müharibəyə başlamasına nail oldu. Türkiyə sultanı özünün
güclü müttəfiqi Misir paşası Məhəmməd Əlinin hərbi yardımı ilə yunan üsyanını
qısa müddətdə yatırmaq fikrində idi. 1826-ci ilin aprel – iyul aylarında Misir
qoşunu yunanları bir neçə dəfə məğlubiyyətə uğratdı. Avropa dövlətləri bundan
narahat oldu. Peterburq protokoluna görə Rusiya və İngiltərə Türkiyə ilə müharibədən sonra orada ərazi ələ keçirməli deyildilər. Ona görə də İngiltərə yunan
məsələsinin həllində Fransanın iştirakına etiraz etmədi. 1827-ci ilin iyulunda Lon-
donda İngiltərə, Rusiya və Fransa arasında yunan məsələsinə dair əsasən Peterburq
protokolunu təkrar edən müqavilə imzalandı. 1827-ci il oktyabrın 20-də müt-
təfiqlərin eskadrası Navarin döyüşündə türk-misir donanmasını batırdı və bu yunan
üsyançılarına kömək etdi. Osmanlı yunanlara mux-tariyyat verməyə və böyük
dövlətlərin yunan məsələsində vasitəçiliyinə razı oldu. XIX əsrin 20-ci illərinin
sonunda Rusiya diplomatiyasının Qara dəniz boğazlarına nəzarət uğrunda müba-
rizəsi rus türk müharibəsinə gətirib çıxartdı. Müharibə 1828-ci ilin mayın 7-də
başladı. Rus ordusunun ardıcıl qələbələri sultan II Mahmudu sülh danışıqlarına
başlamağı təklif etməyə məcbur etdi.1829-cu ilin 14 sentyabrında Rusiya ilə Tür-
kiyə arasında Ədirnə sülhü imzalandı. Müqavilə Serbiyanın, Valaxiya və Moldo-
vanın muxtariyyat hüququnu təsdiq etdi və Dunay knyazlıqlarının muxtariyyatını
genişləndirdi. Ədirnə sülhü Yunanıstanın müstəqilliyini hüquqi cəhətdən rəsmi-
ləşdirməyə şərait yaratdı. 1830-cu ilin fevralın 3-də səfirlərin konfrasında Yuna-
nıstan krallığının yaradılmasına dair protokol imzalandı.
Dostları ilə paylaş: |