41.XlX əsrin l yarısında B.Britaniyanın xarici siyasəti1801 ci ilin oktyabrında Fransa ilə Rusiya arasında müqavilənin bağlanması İngiltərəni narahat edirdi. Bu sənədlərdə deyilirdi ki, Rusiya Fransa ilə Sardiniya krallığı və bir sıra alman dövlətlə ri arasındakı danışıqlarda vasitəçilik edəcək. Müttəfiqlərindən məhrum olan İngiltərə öz nüfüzunu qorumaq üçün Fransa ilə danışıqlara başlayıb, 1802-ci ilin martın 27-də onunla Amyen sülh müqaviləsi bağladı. •İngiltərə Maltadan çıxmağa və Misiri Türkiyəyə qaytarmağa razılıq verdi. •Fransa da əvəzində öz qoşunlarını Neapoldan, Romadan və Elba adasından çıxarmalı idi. Hər iki dövlət Avropada mövcud vəziyyəti saxlamağa çalışmalı, Fransa isə Misirə iddialarından əl çəkməli idi. İngiltərə ilə Fransa arasında iqtisadi və siyasi rəqabət XIX əsrin əvvəllərində beynəlxalq münasibətlərin aparıcı xəttini təşkil edirdi. İngiltərə və Fransa məcburiyyət altında bağladıqları Amyen sülhünə əməl etmək fikrində deyildilər. İngiltərə çalışırdı ki, Fransa ilə “azad ticarət” prinsipi əsasında yeni ticarət müqaviləsi bağlasın. Fransa isə buna razı deyildi. Bu zaman Fransa artıq İngiltərəni və onun müstəmləkələrini işğal etmək planı hazırlamışdı. 1802-ci ilin payızında Parma, Pyemont və İsveçrə Fransaya birləşdirilmişdi. Napoleonun bütün tələblərinə baxmayaraq, İngiltərə öz qoşunlarını Maltadan çıxartmadı. Fransa Yaxın Şərqə yenı müdaxiləyə hazırlaşırdı. 1803-cü ilin mayında İngiltərə ilə Fransa arasında hərbi əməliyyatlar bərpa olundu. 1805-ci ilin oktyabrın 21-də admiral Nelsonun başçılığı ilə ingilis donanması Trafalqar döyüşündə birləşmiş Fransa – İspaniya donanmasını məğlub etdi. Avstriya tərəfindən hücum təhlükəsini nəzərə alan Napoleon Britaniya adalarına hücumdan imtina edib, qüvvələrin çoxunu Avstriya ordusuna qarşı yönəltdi.1804 cü ildə İngltərədə hakimiyyətə gələn Pitt Napoleona qarşı Avropa ölkələrinin koalisiyasının yaradılması üzrə işə başladı.Bu yolla İngiltərə Napoleonun dessant birliklərinin qarşısını almağı planlayırdı. .1806 cı ildə Pitin ölümündən sonra yardılmış yeni ingilis hökuməti Napoleonla sülh danışıqları aparmaq arzusunda olduqlarını bildirdilər.İngiltərə və Fransa arasında diplomatik əlaqələrim olmadığı halda fevralın 20 də yeni Xarici İşlər Naziri Foks Taleyrana göndərdiyi məktubunda fransız imperatorunu öldürmək məqsədilə ona qarşı sui-qəsd hazırlandığını bildirdi.1806 cı ilin noyabrın 21 də Berlində bundan sonra Napoleonun xarici siyasətinin əsasını təşkil edən dekret imzalandı.Bu dekretdə Napoleon hakimiyyəti altında olan bütün ölkələrə Britaniya adaları və ingilis müstəmləkələri ilə nəinki ticarət hər növ münasibətlər qadağan edildi. Taleyran təcili Qitə Blokadasıadını almış bu dekrüti bütün Avropa ölkələrinə göndərmək əmri aldı. Bundan sonra Napoleon İngiltərənin müqavimətini iqtisadi müharibə ilə qırmaq qərarına gəldi.İngilis malları üçün bütün xarici bazarların qapısı bağlandı