1. XVLL əsrin I yarısında Avropada beynəlxalq siyasi vəziyyət


¹.XlX əsrin l yarısında Avropa dövlətlərinin Çində siyasət



Yüklə 0,7 Mb.
səhifə42/68
tarix01.01.2022
ölçüsü0,7 Mb.
#110363
1   ...   38   39   40   41   42   43   44   45   ...   68
Belge (6)

35¹.XlX əsrin l yarısında Avropa dövlətlərinin Çində siyasət

Böyük Britaniya imperiyasının Tsin imperiyasına qarşı müharibəyə başlamasının səbəbi Çində Böyük Britaniya ticarət maraqlarının, ilk növbədə tiryəkin satılmasının genişlənməsi oldu. Çin malları Avropada ekzotika və dəbdəbə əlaməti idi. Tsin sülaləsinin imperatorlarının siyasəti ölkənin təcrid olunması və xarici təsirdən qorunmasına yönəlmişdi. Xarici ticarət gəmiləri üçün yalnız bir liman açıq idi. Tacirlərə nəinki oranı tərk etmək, hətta Çin dilini öyrətmək də qadağan olunmuşdu. Gələn tacirlərin sayına məhdudiyyət qoyulurdu. Belə şəraitdə avropalı tacirlər öz mallarını Çində satmaq imkanından məhrum olurdular. Çində yalnız rus xəzinə və italyan şüşəsindən hazırlanmış mallara böyük maraq var idi və bu mallar yaxşı alınırdı. İngilislər Çin malları əvəzinə qiymətli metallarla hesablaşırdılar. Vəziyyəti öz xeyirlərinə düzəltmək üçün ingilis ticarət nümayəndələri Çin imperatoru ilə görüşsələr də bu danışıqlar nəticəsiz oldu. İmperator Tsyanlunun bu sözləri vəziyyəti aydın ifadə edir: “Bizə heç kim lazım deyil. Öz ölkənizə qayıdın. Hədiyyələrinizi özünüzlə aparır Nəhayət ingilislər Çin bazarını maraqlandıra biləcək məhsulu – yəni tiryəki gətirdilər. Böyük Britaniya I Tiryək müharibəsi (1838-1842) dövründə Hindistanda olduğu kimi Çində də ucuz kağız-pambıq materialların satışını tətbiq etmək istəyirdi. Müharibə çinlilərin öz istəklərinin əleyhinə olaraq hind tiryəkini almaqdan imtina etməsi bəhanəsi ilə başlasa da, əslində daha böyük məqsəd- naminə ingilis mallarının Çinə sərbəst ixracına olan maneələri aradan qaldırmaq üçün aparıldı. Müharibədən sonra Honkonq ilhaq edildi və Britaniya ticarət gəmiləri üçün müqavilə ilə razılaşdırılmış 5 liman açıldı.Baxmayaraq ki, Çin müharibə xərci ödəyirdi, o həmçinin güzəştli gömrük tariflərini də həyata keçirməli oldu. 1843-cü ildə Böyük Britaniya Çində bir sıra üstünlüklər əldə etdi (konsessiya hüququ və s.) II Tiryək müharibəsi (1856-1860) Böyük Britaniya üçün Yantsı çayı hövzəsinə yol açdı. Qərbi Afrika Britaniya üçün böyük maraq kəsb edirdi. İngilislər buradan palma yağı, kakao və digər qiymətli xammal və məhsullar aparmaqla məşğul olurdular. Yerli əhali belə qiymətli malları spirtli içkilər və silahlarla mübadilə edirdilər. Daha sonralar bu ərazilərdə qızıl ehtiyatlarının tapılması 1900-cü ilədək davam etmiş ərazi işğalı uğrunda müharibələrə gətirib çıxardı. Əfqanıstanda, xüsusən İranda nüfuz uğrunda mübarizə, eləcə də 1840-1860-cı illər arasında Böyük Britaniyanın hərbi-siyasi ekspansiyası nəticəsində bu ölkənin fabrikantları üçün yeni bazarların açılmasını təmin etdi. Böyük Britaniyanın Orta Asiyada mövqelərinin möhkəmlənməsi Rusiya ilə münasibətlərinin kəskinləşməsinə və hərbi münaqişəyə gətirib çıxardı. Məlumdur ki, Böyük Britaniya üçün 1853-1856-cı il Krım müharibəsinin əsas nəticəsi Qara dənizin neytrallaşdırılması haqqında qərarın alınması oldu. Krım müharibəsində iştirakı ilə Böyük Britaniya Rusiyanın boğazlara yiyələnməsi təhlükəsini aradan qaldırmaqla yanaşı, Aralıq dənizinin şərq hissəsində də öz mövqelərini möhkəmləndirməyə nail oldu. Qeyd etmək lazımdır ki, yeni ərazilər və bazarlar ələ keçirməkdə davam edən Böyük Britaniya artıq müstəmləkə imperiyası kimi tam formalaşmışdı. Böyük Britaniya müstəmləkə imperiyasının yaradılması bu ölkənin iqtisadi qüdrətinin möhkəmlənməsinə səbəb oldu.Böyük Britaniya-Fransa-Çin müharibəsi (1856-1860) II Tiryək müharibəsi Böyük Britaniya və Fransanın Çinə qarşı təcavüzü ilə başladı. Çində öz mövqelərini möhkəmləndirməyə can atan ingilis və fransız burjuaziyası Çinin mərkəzi əyalətləri ilə yanaşı, periferiyalarda da öz ticarəti üçün imkanlar yaradaraq xarici ticarət üçün çaylarda liman ticarətini yaratmağa, Pekində İngiltərə və Fransanın diplomatik nümayəndələrinin yaradılmasına, sərbəst missionerlik fəaliyyətini genişləndirməyə nail oldular. 1856-cı ildə (“Erron” gəmisi ilə bağlı) insidentdən istifadə edən ingilislər Quançjouya qarşı hərbi əməliyyatlara başladılar. 1840-42-ci illər ingilis-çin müharibəsi dövründə yaranmış Quandun əyalətinin vətənpərvər qüvvələrinin yerli hakimiyyətin cəza ekspedisiyaları tərəfindən məhv edilməsi müdaxiləçilər üçün əlverişli şərait yaratdı. İngilis hökuməti müxalifətin müqavimətinin qarşısını alaraq Çinə 1857-ci ilin yazında yeni silahlı qüvvələr göndərdi. İngilis-fransız danışıqlarından (1856-cı il sentyabr-1857-ci il mart) sonra Böyük Britaniyanın Çinə qarşı müharibəsinə Fransa da qoşuldu. Onlara ABŞ da yardım göstərirdi. 1857-ci il dekabrında ingilis-fransız müdaxiləçiləri Quançjounu işğal etdilər. Quandunda xalq kütlələri müdaxiləçilərə qarşı partizan müharibəsinə başladılar. 1858-ci ilin aprelində müdaxiləçilərin Uzaq Şərqdəki donanmaları hərbi əməliyyatlara qoşuldular və mayda Daqu fortunu və Tyantszin limanını zəbt etdilər. Pekin üçün təhlükə yarandığını görən Tsin hökuməti 1858-ci il iyununda qeyri-bərabər Tyantszin müqaviləsini imzalamağa razılaşdı: 1858-ci il ingilis-çin müqaviləsi, 1858-ci il Çin-fransız Tyantszin müqaviləsi. İngiltərə və Fransa Çində daha artıq güzəştlər əldə etmək üçün 1859-cu ilin iyununda təsdiqlənmiş qramotaların mübadiləsi bəhanəsi ilə Tyanszinə hərbi gəmilərin müşayiəti ilə daxil olmağa cəhd etdilər. Daqu fortu müqavimət göstərdi. İngilis-fransız eskadralarının məğlub olması onlara hərbi əməliyyatları yenidən bərpa etməyə imkan verdi. 1860-cı ilin iyulunda 10 minlik ingilis, 6 minlik fransız ordusu Daqu fortuna hücuma keçdi. Avqustda Çin ordusu məğlub edildi. Daqu fortu təslim oldu və Tyantszin müdaxiləçilər tərəfindən işğal olundu (25 avqust). Başlanmış sülh danışıqları müsbət nəticələr vermədi. İngilis-fransız qoşunları Çinə hücuma keçdilər. Sentyabrın 21-də mancur-monqol atlı hissələri Pekin yaxınlığında Balisyao körpüsü yaxınlığında döyüşdə ingilis-fransız qoşunları tərəfindən darmadağın edildi. Müdaxiləçilər 1860-cı ilin oktyabrında Pekini ələ keçirib talan etdilər. Çin imperatorlarının yay sarayını – Yuanminyuanı yandırdılar. Çin memarlığının gözəl abidəsi olan bu sarayda mədəniyyət, incəsənət və tarixi cəhətdən qiymətli nümunələr qorunub saxlanılırdı.1860-cı ildə Çinlə qeyri-bərabər müqavilələr:1860-cı il ingilis-çin Pekin müqaviləsi;1860-cı il fransız-çin Pekin müqaviləsi. I Tiryək müharibəsi (1838-1842) və II Tiryək müharibəsinin (1856-1860) nəticələri Böyük Britaniya-Fransa-Çin müharibəsi Çinin yarımmüstəmləkə ölkəyə çevrilməsində əsas mərhələ oldu. Bu müharibədən sonra Tsin hökuməti qərb ölkələrinin təsiri altına düşdü. Narkotrafiki məhz “demokratik” Böyük Britaniya yaratdı. İngilislər Çinə böyük həcmdə tiryək gətirərək Çində narkomanların sayının təhlükəli həddə çatmasına səbəb oldular. Belə vəziyyətdə Çin hakimiyyəti ingilis tacirlərinə məxsus tiryək ehtiyatlarını yandırdı və onun gətirilməsinə qadağa qoydu. Buna cavab olaraq Böyük Britaniya müharibəyə başlayıb, tiryəkin sərbəst gətirilməsinə və satışına icazəyə nail oldu. Nəticə etibarı ilə, ingilislər Britaniya ərazilərində hazırlanan narkotiki almağa və istifadə etməyə çinliləri silah gücünə məcbur etdilər.


Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin