1. XVLL əsrin I yarısında Avropada beynəlxalq siyasi vəziyyət


Rusiyanın Uzaq şərq siyasəti(1800-1870-ci illər)



Yüklə 0,7 Mb.
səhifə41/68
tarix01.01.2022
ölçüsü0,7 Mb.
#110363
1   ...   37   38   39   40   41   42   43   44   ...   68
Belge (6)

35.Rusiyanın Uzaq şərq siyasəti(1800-1870-ci illər)

Rusiya ingilislərin Əfqanıstandan şimala doğru irəliləməsinə imkan verməmək üçün Türkmənistanda möhkəmlənməyi qərara aldı. Ruslar xəzərarxası ərazilərə hücumu hələ 1869-cu ildə möhkəmləndirilmiş məntəqə kimi Krasnovodskinin bünövrəsinin qoyulmasından başlanmışdı. 1877-ci ildə Qızıl-Arvat işğal olundu. Türkmənistana əsas hücum 1877-1878-ci illərdə oldu. Rusiya ordusunun Türkmənistana ll yürüş 1883-cü ildə oldu. 1881-ci ildə Skobulovun başçılığı altında Ahal-Toksin düzənliyi, üç il sonra isə 1884-cü ildə Mərv tutuldu. Rus qoşunları bilavasitə Əfqanıstana yaxınlaşdı. O dövrdə Əfqanıstanın sərhədləri hələ dəqiq müəyyənləşdirilməmişdi. 1880-ci ildə sərhədlərin müəyyənləşdirilməsi üçün birgə ingilis-rus komissiyası yaradıldı. 1885-ci ilin martında Kuşka çayının ətrafında rus və əfqan qoşunları arasında döyüş baş verdi. Döyüş başlanan kimi ingilislər Herata qaçdılar. Əfqanlar ələ keçirdikləri türkmən torpaqlarını tərk etməli oldular. İngilis-rus münasibətləri müharibə həddinə çatdı. İngiltərə Rusiyaya zərbəni məhz Qafqazda endirməyə çalışırdı. Rusiya üç imperator müqaviləsindən istifadə edərək Almaniyaya müraciət etdi. Almaniya müqavilə öhdəliyini yerinə yetirməklə yanaşı Avstriya-Macarıstan, eləcə də İtaliyanı səfərbər etdi. Fransa da cəlb edildi ( Misirin işğalından sonra Fransa-Böyük Britaniya münasibətləri korlanmışdı). Rus diplomatiyasının fəaliyyəti nəticəsində Türkiyə boğazlar haqda prinsiplərə riayət etməli oldu. Qafqaz və Qara dəniz ingilislər üçün əlçatmaz oldu. Əfqanıstan əmiri Pencə düzənliyini Rusiyanın mülkü kimi tanıdı, əvəzində Rusiya Zülfüqar rayonunu Əfqanıstana verdi. Onun yalnız şimal dağ keçidi rusların əlində qaldı. Bu saziş 1885-ci il sentyabrın 10-da Londonda imzalandı.1886-1888-ci illərdə sərhədlər hissə-hissə dəqiqləşdirildi 2. İngilis-rus mənafelərinin toqquşduğu digər məkan İran idi. İran vasitəsilə İngiltərə Londonu Kəlküttə ilə birləşdirən Hindistan Avropa teleqraf xəttini çəkmişdi. Böyük Britaniya üçün İranın strateji əhəmiyyəti də böyük idi. İngiltərə İrana Rusiyanın Cənubi Qafqazda və Türkmənistandakı siyasətinə qarşı bir planlaşdırma kimi baxırdı. İranın cənub əyalətlərinə nisbətən İngiltərənin mövqeyi şimalda- İran Azərbaycanında zəif idi: Burada möhkəmlənməyə hər cür cəhd göstərən İngiltərə buna nail ola bilmirdi. 1870-1871-ci illərdə İngiltərə Cənubi Bəlucistanda səddlər inşa etdirdi. Bu vilayət İran və Herat arasında bölündü. Bölgü Heratın, yəni İngiltərənin xeyrinə aparılmışdı. İrana ixracı sürətlə artıran Rusiya üçün bu ölkə az əhəmiyyət kəsb etmirdi. XlX əsrin lll rübündə İranın ticarət dövriyyəsinin yarısını Rusiya ilə ticarət təşkil edirdi. Rusiya və İranın vahid sərhədə malik olması , eləcə də İranın Türkiyə ilə daim inkişafda olması Rusiya üçün əhəmiyyətli idi. Cənubi Qafqazda güclü hərbi qüvvəyə malik Rusiya İrana güclü təsir göstərmək imkanına malik idi.XlX əsrin 90-cı illərinin ortalarına qədər Rusiya və İngiltərə İranda yeganə rəqiblər idi. Bu rəqabət nəticəsində nə Böyük Britaniya, nə də Rusiya İranı işğal edə bilmədilər. Buna baxmayaraq, XlX əsrin axırlarında İran Avropa dövlətlərinin yarımmüstəmləkəsinə çevrilmişdi. Rusiya və Böyük Britaniya arasında manevr edən İran öz müstəqilliyini qoruyub saxlaya bildi.Reyter konsessiyası:1872-ci ildə İngiltərə İranı tamamilə öz nəzarəti altına almaq üçün Londion maliyyə oliqarxiyasının ən iri nümayəndəsi olan Reyter Teleqraf agentliyinin sahibinə böyük həcmilə .................. verməsi barədə şaha xahişlə müraciət etdi. Şahla nəzərdə tutulan bu razılaşma nəticəsində İran iqtisadiyyatının mühüm sahələri Böyük Britaniyanın əlinə keçəcəkdi.

1872-ci il iyulun 25-də imzalanan müqavilə şah tərəfindən təsdiq edildi. 70 illik müddətə bağlanmış bu müqaviləyə görə İran ərazisində daş kömür, dəmir filizi, neft və digər yeraltı sərvətlərin istifadə edilməsində Reyterə tam hüquq verilirdi. Bundan savayı Xəzər dənizindən İran körfəzinə qədər dəmir yolu çəkmək, bu dəmir yolunu Avropa və Hindistana gedən dəmir yolları ilə birləşdirmək üçün müstəsna səlahiyyət verildi. Qısaca olaraq İranda dəmir yolu çəkilməsi inhisarı bütövlüklə Reyterə verildi Həmçinin tramvay xəttinin çəkilməsi inhisarı da ona verildi. İran hökuməti dəmir yolundan gələn xalis gəlirin 20%-ni, şaxtalardan (bunu dəqiq bilmədim) gələn xalis gəlirin 15%-ni almalı idi. Reyterlə imzalanmış bu müqavilə bir müddət gizli saxlanıldı. Konsessiya İran xalqı tərfindən narazılıqla, Rusiya hökuməti tərəfindən isə hiddətlə qarşılandı. Bu müqavilə ilə İran İngiltərənin müstəmləkəsinə çevrilirdi.1873-cü ilin yazında Avropaya səfəri zamanı İran şahı Sank-Peterburqda olarkən Qorçakov İngiltərə ilə imzalanmış müqavilənin qüvvədə qalması onların dövlətləri arasında böyük çətinliklər yaradacağını bildirdi. Nəsrəddin şah Reyter konsessiyasını 1873-cü il oktyabrın 23-də ləğv etdi. Reyter buna etirazını bildirib əvəzinin ödənilməsini (kompensasiya) tələb etdi. Onun cəhdləri baş tutmadı. Reyter konsessiyasını pozan Rusiya hökuməti 1889-cu ildə beş illiyə İranda dəmir yolu çəkilməsi ilə bağlı layihələrin işlənməsinə müstəsna hüquq aldı. Türkmənistanın işğal edilməsi Rusiyanın İranın şimal rayonları yaxınlığında mövqelərinin möhkəmlənməsinə səbəb oldu. İran Azərbaycanda, Gilanda və Mazandaranda Rusiyanın möhkəmlənməsi onun Xorasanda da mövqeyini xeyli möhkəmləndirdi.1881-ci il dekabrın 9-da Tehranda Xəzər dənizindən şərqə rus və iran ərazilərinin müəyyən edilməsi haqqında konvensiya imzalandı. 1882-ci ildə Aşqabaddan Gilana şosse yolunun çəkilməsi Rusiyanın torpaqları ilə Məşhəd arasında əlaqə təmin edildi. İngilis tacirləri Xorasandan sıxışdırılıb çıxarıldı. 1883-cü ildə Rus hökuməti Cənubi Qafqaz vasitəsi ilə xarici malları gömrüksüz aparılmasını ləğv etdi. İngilislər 1889-cu ildə Süştər ( bunu dəqiq bildim) şəhərindən Tehrana şosse yolu çəkmək üçün konsessiyanı aldılar. Bu yol ingilis mallarının İran bazarına axını üçün mühüm kanal oldu. İngilis kapitalı və hökuməti Şahənşah bankını yaratmaqla böyük uğur əldə etdi. 1889-cu ildə alınmış bu konsessiya 60 il müddətinə nəzərdə tutulurdu. Banka verilən böyük pullar İngilis hökumətinin İran hökuməti üzərində təsirinin xeyli güclənməsinə gətirib çıxardı. Şahənşah bankına qarşı rus kapitalisti Polyakov 1890-cı ildə İran uçot borc bankı yaratdı. Bundan əvvəl isə kapitalist Sianosov Xəzərin İran sahillərindəki balıq vətəgələri sahəsində konsessiyasını almışdı. İranın şimalında rusların, cənub, cənub-şərqi və mərkəzi hissəsində isə ingilislərin təsiri gücləndi. Bu dövrdə İngilis hərbi-dəniz donanması İran körfəzi, Ərəb dənizi və Hind okeanında ağalıq edirdi.


Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin