1. XVLL əsrin I yarısında Avropada beynəlxalq siyasi vəziyyət


”Müqəddəs İttifaq”ın konqresleri və Avropa diplomatiyası



Yüklə 0,7 Mb.
səhifə40/68
tarix01.01.2022
ölçüsü0,7 Mb.
#110363
1   ...   36   37   38   39   40   41   42   43   ...   68
Belge (6)

34.”Müqəddəs İttifaq”ın konqresleri və Avropa diplomatiyası

1818-ci ilin 29 sentyabr-22 noyabrında Aahendə keçirilmiş konqresdə l Aleksandr cari işlərə baxılması üçün ümumavropa aeropaqının yaradılması fikrini irəli sürdü. 4 müttəfiq dövlət xüxusi nota ilə Fransaya müraciət edib onu “Müqəddəs İttifaq”a dəvət etdilər. İngilis nümayəndələri Kestlri və Vellinqton bu fikirlə razılaşmadılar. Konqresin məqsədi-fransız ərazilərinin işğal müddətinin azaldılması və müttəfiqlərin Fransaya münasibətini müəyyənləşdirmək idi. Aahen konqresində Fransanın XİN hersoq A-E.Rişelye Vaterloodan sonra Fransız torpaqlarında qalmış müttəfiq ordularının Fransadan çıxarılmasına nail oldu. Konqresdə Fransada yeni inqilabi çıxışlar halında hərbi tədbirlər nəzərdə tutulan 2 məxfi protokol imzalandı. 1820-ci ilin oktyabrın 20-də Troppanda başlanan konqres Neopolitan krallığında baş vermiş inqilabi hadisələrlə bağlı çağırıldı. Konqresdə Neapoldakı inqilaba qarşı hərbi gücdən istifadə etməyə çağıran protokol imzalandı. Dekabrda işi yekunlaşdıran konqres Avstriyanın İtaliyaya qoşun yeritməsinə razılıq verdi. 1821-ci il 26 yanvar-12 may tarixində Laybaxda çağırılan konqres Metternixin təşəbbüsü ilə Neapolda inqilabi hərəkət və konstitusiyanın elan olunması səbəbindən çağırıldı. Konqresdə “Müqəddəs İttifaq”ın bütün üzvləri iştirak edirdi. Konqresə dəvət olunmuş l Ferdinanddan konstitusiyanı ləğv etmək tələb edildi. Bu konqresdə Metternix Kapodistriyanın (Rusiyanın XİN) l Aleksandra təsirinin qarşısını ala bildi. Verona konqresi 1822-ci il oktyabrın 20-də l Fransın təklifi ilə toplandı və Fransanın İspaniyaya müdaxiləsini qətiləşdirdi. İştirakçıların sayına görə “Müqəddəs İttifaq”ın ən böyük konqresidir. l Aleksandr, l Frans, lll Fridix Vilhelm, Fransız nümayəndələri-Monmoransi və Şatobrian, Vellinqton (Kelstri 22 avqustda intihar etdiyi üçün ingilis nümayəndəliyinə Vellinqton başçılıq edirdi), Sardiniya kralı Feliks, Siciliya kralı l Ferdinand, papa leqatı kardinal Spina, Toskana hersoqu lll Ferdinand və digərləri iştirak edirdi. Konqresin əsas məsələsi- İspaniyada inqilabı yatırtmaq üçün fransız müdaxiləsini təşkil etmək idi. Vellinqton İngiltərənin İspaniyadakı iqtisadi və siyasi təsirinin qorumaq üçün buna qəti etirazını bildirdi. 1823-cü ilin fevralında silahlı Fransa müdaxiləsi başlandı. Mayda Madridə daxil olan baş komandanı Anquen hersoqunun yardımı ilə Vll Ferdinandın hakimiyyəti bərpa edildi. Bu məsələdən savayı konqresin gündəliyində aşağıdakı məsələlər var idi: Latın Amerikası ölkələrinin müstəqilliyinin tanınması; İtaliya dövlətlətində vəziyyəti- [ ] Qul alverinin dayandırılması ilə bağlı tədbirlər;- [ ] Şərq məsələsi;- [ ] Sardiniya krallığının İsveçrədən şikayətinə baxmaq;- [ ] Reyndə sərbəst gəmiçilik. İspaniyadakı vəziyyətlə bağlı müzakirələr zamanı fransız nümayəndəsi XİN Monmoransi İspaniyaya inqilabı hökümətinə qarşı hərbi aksiya keçirəcəyi təqdirdə müttəfiq dövlətlərin Fransaya mənəvi və maddi yardımı haqda soruşdu. Rusiya, Avstriya, Prussiya inqilabi hökümətlə diplomatik əlaqələri pozmaq haqda razılığa gəldilər. İngiltərənin mövqeyi fərqli idi. Kaninq Vellingtonu İspaniya işlərinə “qarışmamaqla” təlimatlandırdı. 1822-ci il noyabrın 19-da 4 dövlət nümayəndəsinin razılığı ilə gizli protokol imzalandı. Britaniya nümayəndəsi bu protokolu imzalamaqdan imtina etdi. Səbəb kimi bunun ispan kral ailəsi üçün təhlükə yaradacağı göstərilirdi. Vellington Fransanın Avropa ölkələri adından İspaniyaya müdaxiləsi haqda konqresin qərarından təəssüfləndiyini bildirdi. 1823-cü il aprelin 7- də fransız ordusu Pirineyləri keçib İspaniyaya daxil oldu. Latın Amerikası ölkələrinin müstəqilliyinin tanınması məsələsi. Noyabrın 24-də keçirilən iclasda Vellinqton Amerikadakı keçmiş İspan müstəmləkələrinin müstəqilliyinin tanınması ilə bağlı İngiltərənin mövqeyini açıqladı: İngiltərənin latın amerkası ölkələri ilə ticarəti və piratçılıqla mübarizənin zəruriliyi onun müstəqilliyini de-fakto tanıması üçün səbəbdir. Digər ölkələr üçün Latın Amerkası dövlətlərinin müstəqilliyinin tanınması qaçınılmazlığını nəzərə alaraq İnglif höküməti bu məsələdə vasitəçilik etməktə maraqlıdır.Fransanın mövqeyi noyabırım 26-da açıqlandı: “İspaniya amerika qitəsində sülhü və sabitliyi təmin etməlidir”. Noyabırın 27-də I Aleksandırın bəyanatında göstərilirdi:”Rusiya İspanyaya öz müstəmləkələri ilə əlaqəni möhkəm qarşılıqlı təminat əsasında uğur qazanmasını arzulayır”. Ertəsi gün Avstriya və Prussiya bəyanat verərək “İspaniyanın amerika əyalətlərinin” müstəqilliyini tanımaqdan imtina etdilər. Cənubi Amerika dövlətlərinin müstəqilliyinin tanınması məsələsi ilə bağlı heç bir qərar qəbul olunmadı. 1822-ci il 28 noyabırda beş dövlət səlahiyyətlərinin protokoluna Vellinqtonun bəyanatı əlavə edildi: “Britaniyanın Latın Amerikası ölkələrinin müstəqilliyini de-fatko tanıması bu ölkələrlə sıx əlaqələr saxlayan Britaniya təbələrinin maraqlarına uyğun gərçəkləşmişdir. IV Qeorq İspaniyanın öz müstəm ləkələri ilə barışmasını diləyir”. İtaliya dövlətlərində vəziyyət. 1822-ci ilin dekabırın 2-də keçirilən iclasda Rusiya, Avstriya,Prussiya, Sardiniya krallığı, eləcə də 1821-ci il 24 iyul tarixi Neverra bəyannaməsini imzalamış dövlətlərin səlahiyyətliləri iştirak etdilər. Sardinyanın dövlət katibi Latur Karl-Feliksin bəyanatını oxudu.”.....ölkəmizdə sülh bərpa edilmişdir və krallıqda Avstriyanın hərbi müdaxiləsinə son verilməlidir”.Müzakirələr nəticəsində Avstriya korpusunun 1823-cü il 30 sentiyabıradək Sardiniya ərazisindən çıxarilması haqda razılıq əldə olundu. Dekabırın 5-də iclasda B.Britaniya və Fransa avstriya qoşunlarının Pyemontdan çıxarılması haqqında Neverra konvensiyasını imzalayan ölkələrə qoşuldular. Dekabırın 8-də isə Rusiya, Avstriya,Prussiya və hər iki Siciliya kırallığı, eləcə də Neopolitan konvensiyasını imzalayan ölkələrin iclasında I ferdinand onun ölkəsində yerləşdirilmiş avstria qoşunlarının sayının 35 min nəfərədək azaldılması haqda qanun.Qul alveri ilə bağlə məsələ 1822-ci il noyabırın 24-də müzakirə olundu. Villinqton Portuqaliya və Braziliya Vyana konqresinin qul alverini qadağan edən bəyannaməsinə qoşulmadığını və zəncilərin məhz Fransız bayrağı altında üzən gəmilərdə daşındığını bildirdi. Onun təklifləri nəzərə alınsa da, konqres yalnız Vyana konqresinin bəyannaməsinin qərarlarını təstiqləməklə kifayətləndi. Osmanı dövləti ilə əlaqələr konqresin 9,26 və 27 noyabır iclasında müzakirə olundu. Noyabırın 9-da keçirilən iclasda Tatişev hğküməti adından Osmanlı imperiyasını Rusiyanın tələblərini (yunanların hüquqlarına hörmət etmək, Dunay knyazlıqlarından qoşunlarını çıxarmaq, ticarətə qoyulan məhdudiyyətləri aradan qaldırmaq və Qara dənizdə azad dənizçiliyi təmin etmək) qəbul etməyə məcbyr etməklə bağlı müttəfiqlərə xahişlə müraciyyət etdi. Yunan məsələsi ilə müzakirələr zamanı fikirlər üst-üstə düşmədi. Müvəqqəti yunan höküməti Verona konqresinə yunan xalqını şikayətlərini dinləmək imkanının verilməsi xahişilə müraciət etdi. Onların xahişi təmin olunmadı. 1922-ci ilin noyabırın 27-də hersoq Vellinqton Vyana konqresinin yekun aktında nəzərdə tutulmuş Reyində sərbəst gəmiçilik azadlığına maneçilik göstərən Hollandiya hökümətinə qarşı diplomatik tədbir görmək təklifi ilə çıxış etdi. Böyük Britaniya, Avstriya, Prussiya və Rusiya Hollandiyaya nota göndərərək holland hökümətindən Reyndə tətbiq etdiyi gömrük məhdudiyyətinə son qoymağı tələb etdilər.


Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin