1. XVLL əsrin I yarısında Avropada beynəlxalq siyasi vəziyyət


Fransa burjua inqilabı və Avropa diplomatiyası



Yüklə 0,7 Mb.
səhifə23/68
tarix01.01.2022
ölçüsü0,7 Mb.
#110363
1   ...   19   20   21   22   23   24   25   26   ...   68
Belge (6)

20.Fransa burjua inqilabı və Avropa diplomatiyası

İnqilabdan öncə fransız monarxiyasının xarici siyasəti burjaziyada narazılıq doğururdu.Yeddi illik müharibə dövründə(1756-1763)fransız monarxı qohumluq əlaqələrinə əsaslanaraq Avstriyaya həddindən artıq maliyyə və hərbi yardım göstərdi və bununlada öz ölkəsini zəiflətdi.XV Lüdoviqin sülalə diplomatiyasının səhvləri ucbatından Yeddilik müharubə İngiltərə qələbə çaldı və Fransa Kanadanı və digər müstəmləkələrini itirdi.Fransa xarici siyasətinin  ll xəttini İspaniya ilə ittifaq təşkil edirdi.Fransa monarxiyasının zəifləməsinə baxmayaraq İngiltərə və Fransa arasında ticarət və müstəmləklər əldə etmək uğrunda apardıqları mübarizə  1789cu ilədək beynəlxalq siyasətin əsas  məsələsi olaraq qalırdı.İngiltərə ilə 1786ci il müqaviləsini bağlamaqla bu ölkənin xeyrinə bir sıra güzəştlərə getdi. Bu müqavilə Britaniya manufaktura məlumatlarının Fransa bazarına daxil olmasını asanlaşdırdı.İnqilabdan öncə Fransa Rusiya ilə yaxınlaşmağa başladı.1787ci ildə Rusiya ilə ticarət müqaviləsi imzalandı.Fransa Rusiyanın Qara dəniz limanlarında öz mövqelərini mphkəmləndirdi Fransızlar Türkiyə vasitəsilə Qırmızı dənizə çıxış yolu əldə etdi.1787-1788ci Fransanın beynəlxalq nüfuzuna güclü zərbə dəydi.Fransa monarxiyası maliyyə və siyasi gücsüzlüyü səbəbindən Hollandiyaya münasibətdə üzərinə  götürdüyü ittifaq öhdəliklərindən imtina etdi. 1787ci ildə Prusiya ordusu Hollandiyaya hücum edib zadəgan partiyasının hakimiyyətini bərpa etdi.Prussiya müdaxiləsi Hollanfiyanı İngiltərə və Prussiyadan aslı vəziyyətə saldı.1788ci ildə İngiltərə,Prussiya və Hollandiya Rusiya,Fransa və Avstriyaya qarşı üçlər ityifaqı bağladı.Fransada mütləq monarxiya zamanı XİN və səfirliklər elə təşkil edilmişdiki yalnız mütləq monarxa qulluq edir,onun siyasətini yeridirdi.XİN fransız monarxı tərəfindən təyin edilir və ona cavabdeh idi.Kral sarayına sıx bağlı olan səfirlər və nazirlər yalnız zadəganlardan təyin edilirdi. Nazirliyin məmurları zadəgan ailələrindən seçilir və ömürlərinin sonuna qədər qulluq göstərirdilər.Bastiliyanı ələ keçirdikdən sonra Milli Məclis xalq hakimiyyəti prinsipinə əsaslanaraq kral nazirliklərinin diplomatiyasına qarışmağa başladı. 1790-cı ilin mayında Milli Məclis xarici siyasət məsələləri üzündən kral hakimiyyəti ilə toqquşdu.Bu zaman Şimali Amerikanın Sakit okean sahilboyunun bir hissəsi uğrunda İngiltərə və İspaniya arasında müharibə təhlükəsi yarandı. 1790-cı ilin yazında hər iki tərəf müharibəyə hazırlaşırdı. 1761-ci il ittifaq müqaviləsinə görə İspaniya XVl Lüdoviqdən kömək tələb etdi.XİN Milli Məclisə kralın İngiltərəyə qarşı donanma çıxarmaq niyyətində olduğunu bildirdi. Bu xəbər Milli Məclisdə böyük səs-küyə səbəb oldu. Güman edilirdi ki, kral İngiltərə ilə müharibə adı altında silahlı qüvvələri artırıb inqilabla mübarizə aparmağı və ordunun köməyilə inqilabı yatırtmağa çalışırdı.Milli Məclisin sol qolu kraldan müharibə elan etmək və sülh bağlamaq hüququnu almaq qərarına gəldi. Qraf Mirabo mayın 24-də müharibə və sülh hüququ haqqında məsələnin həllində Milli Məclislə razılığa nail oldu. Bu qərara görə Milli Məclis yalnız kral təklif edəcəyi təqdirdə müharibə elan edib, sülh imzalaya bilərdi. Beləliklə, müharibə elan etmək və sülh imzalamaq kral ilə Milli Məclis arasında bölüşdürüldü. 1789-1792-ci illərdə Avropa dövlətlərinin diplomatiyası.Fransa inqilabı başlayan zaman Avropa diplomatlarının nəzərləri Şərqi Avropadakı hadisələrə yönəlmişdi. 1789-ci ildə Rusiya və Avstriyanın Türkiyəyə qarşı başladığı müharibənin qızğın çağı idi. Avstriya ordusu türklər tərəfindən darmadağın edilmişdi. Ruslar qələbələr qazansa da, müharibənin taleyi həll olmamışdı. Rusiya bu dövrdə İsveçlə də müharibə aparırdı. İngiltərə və Prussiya Türkiyə və İsveçə diplomatik yardım göstərirdilər. Buna baxmayaraq Fransa inqilabı beynəlxalq siyasətə güclü təsir göstərdi və bu inqilab beynəlxalq münasibətlərin inkişafında yeni dövrün başlanğıcını qoydu. Bu dövrdə Avropanın siyasi həyatında əsas rolu-iki güclü qüvvə ingilis və rus diplomatiyası oynayırdı. İngiltərənin xarici siyasətinə lord Çatamın oğlu Kiçik Uilyam Pitt başçılıq edirdi. 1783 cü ilin sonundan 1806-cı ilədək fasiləsiz kabinetə başçılıq edən Pitt Amerikan müstəmləkələrini itirdikdən sonra ölkənin vəziyyətini möhkəmləndirməyə can atırdı. Bunun üçün qitədə müttəfiqlərə ehtiyac duyulurdu. Müttəfiqlər əldə etmək yolunu Pitt pul subsidiyaları verməkdə görürdü. Rusiyanın isə qısa müddət ərzində Baltik və Qara dənizdə möhkəmlənməsi onun üçün təhlükəli idi. Əvvəl Pitt subsidiya vasitəsilə Rusiya ilə ittifaqı satın almaq, onu Fransaya qarşı istifadə etmək istəyirdi. Bununla da, rus siyasətinə qarışaraq ona əngəl törətmək niyyətində idi. Peterburqdan rədd cavabı alan Pitt Prussiya və Hollandiyanın zadəgan partiyası ilə yaxınlaşdı. Pitt Fransa burjua inqilabının bu öıkəni zəiflədəcəyinə ümid edirdi. O daha çox inqilabın Avropaya yayılmasından qorxurdu. Osterman vitse-kansler idi. O dövrdə Rus diplomatiyası ll Yekaterina və ona yaxın bir neçə nəfərin əlində idi. Xarici İşlər Kollegiyasının rəhbəri vitse-kansler Osterman idi. Rusiyada güclü burjuaziya yox idi və o hərbi-feodal dövlət olaraq qalırdı. İnqilabın Fransa zadəganlığına və monarxiyasına vurduğu zərbə ll Yekaterinanı sarsıtmışdı. Fransa monarxiyasını dəstəkləyən imperatriça Fransa burjua inqilabına dərin nifrət bəsləyirdi. O, qanunverici məclisi “ağılsızlar və badnamlar yığıncağı” adlandırır, inqilabı yatırmaq üçün müharibəyə başlamaq arzusu ilə yaşayırdı. Lakin İsveç və Türkiyə ilə mübarizə bu fikirlərə mane olurdu. *Reyxenbax müqaviləsi* 27 iyul 1790-cı ildə imzalandı. Prussiya Hersberq planından imtina etdi. Avstriya isə Türkiyə xeyrinə işğallardan imtina etdi. Avstriya şərqdəki müharibədən çıxaraq Rusiyaya yardım etməkdən imtina etdi. 1790-cı ilin sentiyabırında Avstriya-Türkiyə barışığının ardınca 1791-ci ilin avqustunda Sistovda sülh imzalandı. İngiltərə və Prussiya Belçika üzərində Avstriya hakimiyyətini bərpa etməklə bağlı öhdəlik götürdülər. Reyxenbax müqaviləsindən sonra 1790-cı ilin dekabırında Avstriya ordusu Brüselə daxil oldu və Belçikada inqilabı yatırdı.1791-ci ilin iyununda XVI Lüdoviqin Parisdən qaçışı baş tutmadı. Kral Varenn yaxınlığında saxlanıldı və Fransa monarxiyasının nüfuzu tamamən korlandı. Kralın uğursuz qaçışı və Fransada respublika qurulması uğrunda mübarizənin geniş vüsat alması inqilab əleyhinə koalsiyanın yaradılmasını tezləşdirdi. 1791-1792-ci il koalsiyanın yaradılmasında rus, avstriya və prussiya diplomatiyası əsas rol oynadı. 1791-ci ildə Fransaya qarşı və Fransa inqilabını yatırtmaq məqsədilə ümumavropa ittifaqının təşkili üçün Aahen və Spada konqres çağrılması ideyası yarandı. Avstriya imperatoru II Leopold Avropa monarxlarına diplomatik konqres çağırmaq və Fransaya qarşı koalisiyə yaratmaq layihəsi və bu layihə ilə yanaşı müfəssəl hərəkət planı da göndərdi. II Leopold və kansler Kauntis Fransaya hərbi müdaxilə etməyi, inqilabın digər ölkələrə keçməsinin qarşısını almağın vacibliyini dönə-dönə qeyd edirdilər. Lakin bütün cəhdlərə baxmayaraq Leopold buna nail ola bilmədi.İngiltərə və Rusiya Avstriya imoeratorunun bu təklifinə münasibət bildirmədilər. Bu dövrdə Polşada rus təsirinə qarşı çıxışın baş verməsi və bu çıxışın 1791-ci il mayın 3-də çevrilişlə nəticələnməsi Rusiyanın nəzərlərini bu ölkəyə cəlb etməyə vadar etdi. 1791-ci ilin avqustunda Pilnis qəsrində (Saksoniya) imperator Leopold ilə Prussiya kralının görüşü baş tutdu.


Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin