1. XVLL əsrin I yarısında Avropada beynəlxalq siyasi vəziyyət


XlX əsrin 50-60cı illərində Fransanın xarici siyasəti



Yüklə 0,7 Mb.
səhifə53/68
tarix01.01.2022
ölçüsü0,7 Mb.
#110363
1   ...   49   50   51   52   53   54   55   56   ...   68
Belge (6)

46.XlX əsrin 50-60cı illərində Fransanın xarici siyasəti

XIX əsrin 50-60-cı illərində sənaye çevrilişi şəraitində Fransada kapitalist istehsalının sürətlə inkişafı ilə əlaqədar müstəmləkələrə yalnız qarət və xammal obyekti kimi baxılmırdı. Müstəmləkələr metropoliyanın inkişaf edən sənayesi üçün xammal mənbəyi və bəzi hallarda sənaye mallarının satış bazarı rolu oynamağa başladı. Fransa müstəmləkəçiləri yerli əhalidən hərbi birləşmələr formalaşdırır və onlardan hərbi qüvvə kimi hərbi əməliyyatlarda istifadə edirdilər. XIX əsrin 30-cu illərində Fransa müstəmləkə ekspedisiyasına başladı. İlk növbədə o Şimali Afrikada siyasətini genişləndirdi. 1830-cu ildə Əlcəzairin işğalına başlayan fransızlar yerli əhalinin sərt müqaviməti ilə rastlaşdılar və bu proses on illərlə davam etdi (80-ci illərin əvvəllərinədək). (Əlcəzairi ələ keçirdikdən sonra 1881-ci ildə Tunisi işğal edilib protektorluq altına salındı). XIX əsrin 30-cu illərin sonlarından başlayaraq Qərbi Afrikaya intensiv müdaxilə etməyə başladılar. Güc tətbiq etmək, aldatma və digər yollarla yerli tayfa başçıları ilə ağır şərtlərlə müqavilələr bağladılar və onların köməyi ilə fransız müstəmləkəçiləri Qabonu (1839-70) ələ keçirdilər. Sonra Fil Dişi Sahilinin (1842-ci ildən) və Seneqalın mərkəzi rayonlarının (1854) işğalına başladılar. XIX əsrin əvvəllərindən fransız ekspansiyasının obyektlərindən biri Uzaq Şərq və Cənub-Şərqi Asiya oldu. 1842-ci ildə Fransa Sakit okeanda Markiz adalarını işğal etdi və burada öz protektoratlığını bərqərar etdi. 1844-cü ildə Fransa Çinlə qeyri-bərabər müqavilə bağladı. 1853-cü ildə Yeni Kaledoniya adalarını ələ keçirdi. 1855-ci ildə Müstəmləkə idarəçiliyi rejiminin qurulması ilə fransız Polineziyasındakı adalar Okeaniyadakı fransız ərazilərinə birləşdirildi. Böyük Britaniya ilə Çinə qarşı müharibədə Fransa Çinlə yeni qeyri-bərabər müqavilə imzaladı. Fransa Cənub-Şərqi Asiyada geniş ərazilər ələ keçirməyə səy göstərirdi. Fransanın 50-ci illərin sonunda Hind-Çində başlatdığı müstəmləkə müharibələri 1867-ci ildə Cənubi Vyetnam (Koxinxin) ərazilərinin işğalı, 1863-cü ildə Kamboca ərazisində protektoratlığının qurulması, 1863-cü ildə Mərkəzi Vyetnam (Annam) və Şimali Vyetnamda (Tonkin) 1885-ci ildə fransız protektorluğunun bərqərar olması ilə başa çatdı. Bu ərazilərdə idarəçiliyi asanlaşdırmaq üçün onlar Hind-Çin İttifaqında birləşdirildilər (1887).Bu ittifaqın başında fransız general-qubernatoru dururdu. 1898-ci ildə Hind-Çin İttifaqına protektorat kimi Laos birləşdirildi. Hind-Çinin sərhədləri 1907-ci ildə son olaraq müəyyənləşdirildi. 1858-ci ildə III Napoleon hökuməti katolik missionerlərinin müdafiəsi bəhanəsi ilə Çindən vassal asılılığında olan Vyetnamda müharibəyə başladı. Bu müharibə, eləcə də 1867-ci ildə yenidən təcavüz nəticəsində Fransa Vyetnamın bütün cənub hissəsini, Pulo-Kondor adasını işğal edərək öz müstəmləkəsinə çevirdi və böyük həcmdə müharibə xərci aldı. Vyetnamdakı işğallarına arxalanaraq Kambocanı onun protektoratlığını tanımağa məcbur etdi.


Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin