1. XVLL əsrin I yarısında Avropada beynəlxalq siyasi vəziyyət


Şlezviq-Holşteyn məsələsi



Yüklə 0,7 Mb.
səhifə56/68
tarix01.01.2022
ölçüsü0,7 Mb.
#110363
1   ...   52   53   54   55   56   57   58   59   ...   68
Belge (6)

49.Şlezviq-Holşteyn məsələsi

Alman birləşmə dastanının ilk səhnəsi Bismarkın rəhbərliyi altında Şlezviq-Holşteyn məsələsi ilə reallaşdı. 15 noyabr 1863-cü ildə IX Kristian Danimarkanın kralı və Şlezviqin, Holşteynin, Laurenburqun hersoqu oldu. O, şəxsi titulları hesabına bu əraziləri bir arada saxlayırdı. 1863-cü ilin 18 noyabrında verilmiş konstitutsiya ilə Şlezviq hersoqluğunu Danimarka krallığının bir parçası elan etdi. Alman Konfederasiyası bu aktı 1852-ci ilə aid London protokolunun pozulması kimi dəyərləndirdi. Bu protokol 3 hersoqluğun Danimarka krallığından ayrı olduğunu özündə ehtiva edirdi. Hersoqluqların əhalisi özlərinin ayrı statuslarını dəyərləndirirdilər. Alman Konfederasiyası hersoqluqların əhalisinin etnik göstəricilərindən istifadə etmək qərarına gəlmişdi. Statistikaya görə Holşteyn və Laurenburq hersoqluqlarının əhalisinin böyük hissəsi gündəlik həyatlarında almanca danışan almanlardan ibarət idi, Şlezviqin şimal hissəsində azsaylı hesab edilməyəcək qədər danimarkalı azlığı olsa da, bu hersoqluğun da əhalisinin böyük hissəsi almanlardan ibarət idi. Noyabr konstitutsiyasını qüvvədən salmaq üçün edilən diplomatik təzyiqlər nəticəsiz qaldı. 1864-cü ilin 1 fevralında Avstriya-Prussiya qoşunlarının Eyder çayını keçməsi ilə müharibə başladı.

Başlanğıcda danimarkalılar özlərini qədim üsul alan və torpaq divardan istifadə olunan Danevirkedən istifadə eədərk müdafiə etməyə çalışsalar da, bu nəticə vermədi. Danimarka qüvvələri Prussiya-Avstriya qüvvələri ilə müqayisə belə edilə bilməzdi. Onların Skandinaviyadakı müttəfiqləri də Danimarkanın London protokollarını pozduğuna görə ona yardım etmədilər. Bu müharibədə ilk dəfə çaxmaqlı silahlardan olan iynə silahından istifadə etdilər. Bu silah iki il sonra Avstriya-Prussiya müharibəsində prussiyalılara yardım etmişdi. Bir prussiya əsgəri bu silahla uzançış vəziyyətdə 5 dəfə atəş aça bilirdi, əvvəlki silahlarda yalnız bir dəfə atəş aça bilirdi. Yenidən atəş aça bilmək üçün isə silahı yenidən doldurmalı idi. İkinci Şlezviq-Holşteyn müharibəsi Prussiya və Avstriya üçün qələbə ilə nəticələndi. Bu hersoqluqlar Prussiya və Avstriya tabeliyinə keçdi. Bu barədə sülh müqaviləsi 1864-cü ilin 30 oktyabrında Vyanada imzalandı.


Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin