44. De-Broyl hipotezi.
- De Broyl dalğaları — 1923-cü ildə fransız fiziki Lui de Broyl fotonun dalğa-korpuskul dualizm xassəsinin maddənin bütün zərrəciklərinə-elektron, proton, neytron və atomlara da xas ola bilmə hipotezini iəli sürür. Onun ideyasına görə, hər hansı bir zərrəcik E enerjiyə, eləcə də, p impulsuna malik olarsa, belə halda həmin zərrəciyin hərəkətinə tezliyi ν={\displaystyle E:h} və dalğa uzunluğu λ={\displaystyle h:p} olan dalğaya uyğun gəlir. Belə dalğalara de Broyl dalğaları deyilir.
Məlumdur ki, "hissəcik (korpuskul) – dalğa" dualizmi işığın təbiətini öyrənərkən
müəyyən edilmişdir. Belə ki, XX əsrin əvvəllərində optikada paradoks kimi görünən,
lakin təcrübələrlə təsdiq olunan bir vəziyyət yaranmışdı: bir sıra hadisələr (interferensiya,
difraksiya) zamanı işıq özünü dalğa, digər hadisələr (fotoeffekt, Kompton effekti və s.)
zamanı isə hissəcik (korpuskul) kimi aparır. Bununla yanaşı işığın qayıtması və sınması
(Ё14), Dopler effekti (Ё13) və s. kimi hadisələr həm dalğa nəzəriyyəsi, həm də
korpuskulyar nəzəriyyə əsasında müvəffəqiyyətlə izah olunurdu. Bu isə işığın hansı
təbiətə malik olması haqqında qəti fikir söyləməyə imkan vermirdi. "Korpuskul-dalğa"
dualizmi ilə əlaqədar olaraq yaranmış bu çətin vəziyyətdən çıxmağa cəhd göstərərək
fransa fiziki Lui-de-Broyl 1924-cü ildə belə bir cəsarətli hipotez irəli sürdü ki, dualizm
yalnız işığa aid olmayıb, universal əhəmiyyət kəsb edir və materiyanın ümumi
xüsusiyyətidir. De-Broyl məsələni belə qoyurdu: optikada yüz illərlə korpuskulyar
təsəvvürlər nəzərə alınmamış və dalğa nəzəriyyəsinə üstünlük verilmişdir; maddənin
nəzəriyyəsində isə əksinə olmuşdur, yəni "hissəcik" təsəvvürlərinə həddən artıq fikir
verilmiş və dalğa mənzərəsi unudulmuşdur. Əgər işıq və elektromaqnit şüalanması üçün
ümumiyyətlə kvant hadisələri dalğa xassələri ilə yanaşı korpuskulyar xassələrin də
mövcud olmasından ibarətdirsə, onda maddənin hissəcikləri (elektronlar, protonlar,
neytronlar, atomlar, molekullar) üçün kvant hadisələri korpuskulyar xassələrlə yanaşı
dalğa xassələrinin də mövcud olmasından ibarətdir.
Maddənin korpuskulyar, atomar təbiəti çoxlu sayda hadisələr, xüsusi halda Broun
hərəkəti vasitəsilə tam aydınlıqla isbat olunur. Bundan başqa Vilson kamerasında və ya
müasir cihazlardan istifadə etməklə xüsusi fotoqrafik emulsiyalarda hissəciklərin izinin
fotoşəkilləri də maddənin korpuskulyar təbiətə malik olduğunu sübut edir. Çünki bütün
bu fotoşəkillər tam yəqinliklə göstərir ki, iz, uçan hissəcik tərəfindən yaradılmışdır. Lakin
bütün bunlara baxmayaraq de-Broyl dalğa-korpuskul dualizminin maddənin
mikrohissəciklərinə də aid olması haqqında fərziyyə irəli sürmüşdür.
Maddə hissəciklərinin dalğa xassəsinə malik olması haqqında hipotezi irəli sürərkən
365
Lui-de-Broyl həm də aşağıdakı mülahizələrə əsaslanmışdır. XIX əsrin 20-ci illərində
Hamilton həndəsi optika ilə mexanika arasında müəyyən oxşarlığın olmasını müəyyən
etmişdir (Ё64). Məlum olmuşdu ki, fizikanın bu iki müxtəlif oblastının əsas qanunları
eyni riyazi formada ifadə oluna bilir. Bu, o deməkdir ki, potensialı u(x,y,z) olan sahədə
maddi nöqtənin hərəkəti əvəzinə sındırma əmsalı uyğun şəkildə seçilmiş n(x,y,z) olan
optik qeyri-bircins mühitdə işıq şüasının yayılmasına baxmaq olar və əksinə. Lakin yaxşı
məlumdur ki, həndəsi optika işığın heç də bütün xassələrini izah edə bilmir. İşığın
interferensiya və difraksiya kimi xassələrini izah etmək üçün daha ümumi əhəmiyyət kəsb
edən dalğa optikasından istifadə etmək lazım gəlir; həndəsi optika isə dalğa optikasının
çox kiçik dalğa uzunluqlarına (
Dostları ilə paylaş: |