A zərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti Niyazi Əlikram oğlu Həsənov Bİznesin strateji İdarə ediLMƏSİ (Dərslik)



Yüklə 3,11 Mb.
səhifə44/179
tarix02.12.2023
ölçüsü3,11 Mb.
#137759
növüDərslik
1   ...   40   41   42   43   44   45   46   47   ...   179
Biz-Str-Id-Ed-Derslik-Niyazi

Cədvəl 4.1
Strateji əməliyyat



1-ci Səviyyə:
korporasiyanın məsul şəxsi

Korporativ
miqyas və strateji missiya

Korporativ qiymətləndirilmə və işin göstəriciləri

K orporativ strategiya

2-ci Səviyyə:
təsərrüfat bölməsinin məsul şəxsləri

Təsərrüfat
bölməsinin missiyası

Təsərrüfat bölməsinin qiymətləndirilməsi və iş göstəriciləri

T əsərrüfat bölmələrinin
strategiyaları



3-cü Səviyyə:
təsərrüfat böl­mə­­lərindəki funk­sional bö­lüm­lərin məsul şəxsləri

Funksional bölümlərin missiyaları

Funksional bölümlərin qiymətləndirilməsi və iş göstəriciləri

F unksional bölümlərin strategiyası

4-ci Səviyyə:
aşağı səviyyə­lərin menecerləri

Operativ bölümlərin missiyaları

Aşağı bölümlərin
qiymətləndirilməsi və iş göstəriciləri

A şağı bölümlərin
strategiyası

4.2. Biznesin inkişaf strategiyası zamanı iyerarxiyaların təhlili metodlarının tətbiqi və siyasi tədqiqatlar
Biznesin inkişafının ssenari proqnozları müxtəlif tədqiqatlara söykənə bilən yanaşmalar mövcuddur. Belə ki, ABŞ-da M. Tsvetovat və onun Rusiyadan olan tədqiqatçı kolleqası V.Konovalov, Qafqazda və Xəzərdə proseslərin geosiyasi və regionda birinci ehtimal edilən dövlətin inkişafının bizim təhlilin nəticələri ilə öz yanaşmalarının nəticələrini müqayisə edərək ssenarilərin təhlili əsasında sistemli yanaşma və məkan şəbəkələrinin (Spatial Network Dynamics Model) dinamik modelindən istifadə etmişlər. Müəlliflər qeyd etdiyi kimi, "sistem yanaşması ona əsaslanır ki, hər qeyd edilmiş fakt başqa faktlarla əlaqəli müəyyən edilməlidir və ya özü başqa faktlarla müşahidə olunur. Dəyişənlərin ardıcıllığı Qafqazda biznesin inkişaf strategiyasının vəziyyəti sistem proqnozunda yaxşı izlənir. Rusiya tədqiqatçısı E.N. Ojiqanov tərəfindən təklif edilmiş sistem proqnozu əsasında iyerarxiya proseslərinin təhlili metodologiyaları üzərindədir (Analytical Hierarchy Rrocess). Bu məsələ Azərbaycan dilində belə anlama gəlir, yəni, iyerarxiya proseslərinin təhlili (İPT).
Sistemli təhlil üçün xüsusi kompyüter proqramları onlar tərəfindən çox məharətlə istifadə olunurdu ki, bunlardan biri Expert Choice idi.
Aşağıda bizə lazım olacaq GİNİ indeksi məsələsini aydınlaşdıraq. GİNİ əmsalları müəyyən bir ölkənin və ya bölgənin cəmiyyətinin hər hansı bir tədqiq edilən xüsusiyyət ilə bağlı təbəqələşmə dərəcəsinin statistik göstəricisidir. İqtisadi bərabərsizliyi qiymətləndirmək üçün istifadə olunur. GİNİ əmsalı 0-dan 1-ə qədər dəyişir. Onun dəyəri sıfırdan kənara çıxır və birə yaxınlaşır, gəlir daha çox əhalinin müəyyən qruplarının əlindədir. Bəzən GİNİ indeksi deyilən bu əmsalı yüzdə bir təmsil edir. Çox vaxt, müasir iqtisadiyyat hesablamalarında, illik gəlir səviyyəsinin tədqiq olunan xarakteristikası kimi qəbul edilir. GİNİ əmsalı bir ölkənin sakinləri arasında gəlirlərin bərabər paylanmasından faktiki bölüşdürülməsinin sapma dərəcəsi şəklində əhalinin pul gəlirinin fərqləndirilməsini xarakterizə edən makroiqtisadi göstəricidir. Bəzən GİNİ əmsalı (Lorenz əyrisi kimi) də toplanmış zənginlikdə bərabərsizliyin səviyyəsini müəyyən etmək üçün istifadə olunur.
Sistem amillərini özünə daxil edən iyerarxiya strukturunun tərtib edilməsi əsasən daha çox iqtisadiyyatla, hərbi ilə və siyasətlə məşğul olanlara, lazım olur. Bua ehtiyyac o zaman lazım olur ki, amilləri, ehtiyyatları, taktikaları və mümkün ssenariləri tərtib etmək lazım gəlir. Qüvvədə olan zəruri "amillərə" əsasən ehtiyyatların səviyyəsində aşağıdakılar təxminən belə qiymətləndirilir:
1) iqtisadi inkişafa əsasən bərabərsizlik (GINI indeks), ticarət defisiti, enerjinin defisiti, xaricdən asılılıq;
2) hərbi sahəyə xaricin təsiri, texnologiya səviyyəsi taktik - texniki səviyyə, ÜDM-dan hərbi xərclərin (faiz ilə) payı (hissəsi);
3) siyasi inkişaf səviyyəsi və ideoloji birlik, güclü liderlik, güclü müxalifət.
İnkişafı ehtimal olunan ssenariyə, sistem amillərinin təsiri onların işində strateji vəziyyəti və sistem amillərinin matrisinin lokal prioritetləri təxminən aşağıdakıları deməyə əsas verir:
1. İqtisadi (bərabərsizlik (GINI indeks), ticarət defisiti, enerjinin defisiti, xarici asılılıq) 0, 182-ə bərabərdir;
2. Hərbi (xarici təsir, texnologiya səviyyə, taktik - texniki səviyyə, ÜDM-dan hərbi xərclər (faiz ilə), pay (hissə) 0, 155-ə bərabərdir;
3. Siyasi (ideoloji birlik, güclü liderlik, güclü müxalifət) 0, 155-ə bərabərdir.
Əlbəttə, burdə verilən rəqəmlər bizim başa düşməyimiz üçün nisbi götürülmüşdür. Bizim digər müzakirə edəcəyimiz məsələ, mümkün ssenarilərdən istənilən biri neçə nisbi çəkiyə bölündü. Ssenarilərin matrisinin lokal prioritetləri və ssenarilərin prioriteti təxminən aşağıdakı kimidir:
1. Geostrateji kompleks 0,154 indeks əmsalında sabitləşməsi;
2. Qeyri-sabitliklər 0,157 indeks əmsalında təhlükələrinin (təhdidlərinin) aradan qaldırması;
3. Status-kvo 0,166 indeks əmsalında saxlanılması;
4. Gərginliklər 0,157 indeks əmsalında intensivləşdirməsi;
5. Hərbi-siyasi bloklar 0,173 indeks əmsalında;
6. Geostrateji sistemin qeyri-sabitlik kompleksi 0,193 indek əmsalında.
Apardığımız təhlildən belə nəticə çıxarmaq olar ki, "təsdiq olunanı (sübutu) və tendensiya uyğun bu regionda tapılan və qeyd edilən əsas qüvvələrə malik olan güc sahiblərinin bloklaşması vacibdir. E.N.Ojiqanovın aparmış olduğu daha çox erkən analitik işlərdə, 77 qeydində Qafqaz üçün "ənənəvi" lokal münaqişənin tipini göstərərək, separatizm qrupuna qarşı dövlət və ya dövlətə qarşı bütün regionun nisbi sabitliyinin saxlanılması üçün dövlətlər tam (bütöv) halında birləşərək "blok" yaratmalı və ona toxunan münaqişənin tipinə güzəşt edəcək regional təhlükəsizliyin əsaslarına əməl etməlidir. Əlbəttə, siyasi vəziyyətin stabilliyini pozan amilləri tədqiq edərək hansısa nailiyyətə imza atmaq olar. Şimali Qafqaz haqda fərziyyəni ona görə irəli sürdük ki, Şimali Qafqaz və Zaqafqaziyaya bir vahidin hissələri kimi baxılmalıdır. Cənub ərazilərini daxil edən (qoşan) geosiyasi kompleks və milliləri (yəni, Rusiya Federasiyası, Gürcüstanı, Ermənistanı, Azərbaycan) Şimali Qafqaz Zaqafqaziyanın taleyində həlledici rol oynamağa davam edir. Qafqaz geosiyasi kompleks bütövlükdə, bir halda olmalıdır, çünki, burada sabit həyatın mümkünlüyü bunların birliyindən aslıdır, əks təqdirdə Zaqafqaziyanın müstəqil dövlətləri qeyri - sabitlik şəraitində mövcud olacaqdır.
Şimali Qafqazda siyasi sabitliyə nail olmaq üçün, başqa regionlarda oxşar münaqişələrin həllinə kompleks şəkildə nəzər yetirmək lazımdır. Çünki ayrı - ayrı dövlətlərin arasında münasibətlər səciyyələnir və bunlar yalnız münaqişə edənlərin maraqlarından ibarət deyil, həm də regionun əks sistemlərinin doktrinalarından asılı ola bilər.
Qafqaz haqqında türk doktrinası "Böyük Turan" nəzəriyyəsinə əsaslanır ki, bu da Qafqazda və Mərkəzi Asiyada böyük türk birliyini yaratmaqdır ki, bu türkdilli xalqların, Türkiyənin liderliyinin altında birləşməsidir.
İranı idarə edən dairələr isə, iqtisadi-siyasi formalaşmanın inkişafını izləyirlər və imkanları təhlil edərək öz mövqelərini saxlamaq şərtilə yeni region yaratmaq arzusunu gizlətmirlər. Bunu belə adlandırmaq istəyirlər, "Yeni Yaxın Şərq" və ya "Şimal - Qərbi Asiya" və bura daxil olacaq ölkələr, Pakistan, Əfqanıstan, İran, Özbəkistan, Türkmənistan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Azərbaycan, Ermənistanı və Türkiyə.
Ümumiyyətlə, son dövrlərdə neft və qaz yataqlarının istismarında dünya dövlətlərinin əhəmiyyətli maraqlarının yaranması 1990-cı illərin ortalarından başlıyaraq Xəzər hövzəsinin ehtiyatlarına olan maraqdan, ABŞ-ı məcbur etdi ki, əvvəlki mövqelərini təkrar gözdən keçirsin və regionda öz maraqlarını təmin edə bilsin. ABŞ bu regiondakı layihələri stimullaşdıraraq, həmçinin, öz ərəb müttəfiqlərindən də istifadə edir. Regiona aktiv iqtisadi və siyasi nüfuz edərək Gürcüstanın hakim qruplarını dəstək göstərməklə və Azərbaycanın regionun gələcəkdə çox böyük rol oynaya biləcəyini başa düşür, Ermənistanı da müxtəlif meyarlara əsaslanaraq dəstəkləyir. Hökmranlığın tarixi varisliyinə iddialarla daima müəyyən şərtlər qoyularaq, coğrafi və ya mədəni yaxınlıq, dini sədaqət, hərbi potensial, iqtisadi əlaqələr, diaspora və başqa məsələlər önəmli hesab edilir.
Öz siyasi nüfuzlarını saxlamaq və iqtisadi maraqlarını həyata keçirmək üçün Ermənistan kimi oyunçulardan istifadə etməklə geostrategiyasını səhnəyə qoymaqla, bütün ehtiyatları cəlb etməyə çalışır, hansılar ki, müəyyən müddətdə ona mənfəət gətirəcəkdir.
Qafqaz üçün ənənəvi lokal münaqişələr tarixən olub və bu tipikdir, dövlət separatizm qrupuna qarşı daima mübarizə aparmalıdır və dövlət bütovlükdə bütün regionun nisbi sabitliyinə bloklar halında birləşərək münaqişələrin tənzimlənməsinə nail olmalıdır. Bəzən sistem qeyri - sabitliyin ssenarisi olur, aparılan uzunmüddətli çoxşaxəli strateji oyunun nəticəsi (istintaqı), qara qutuda bağlamada (köməkçi portfeldə) geosiyasi yenidən bölməyə görə bütün Qafqazda və Xəzər hövzəsində, Mərkəzi Asiya da dəyişikliklər ola bilər. Siyasi və iqtisadi alətlərdən istifadə edərək, Rusiyanın sıxışdırılması cəhdləri bu kontestdən geo-strateji cəhətdən formalaşması müşayiət olunur və buna mane olan iki regional bloklar daima fəaliyyətdədir. Onlardan biri Gürcüstanı daxil edir (qoşur), Azərbaycan və Türkiyə, digəri Rusiya Federasiyası, Ermənistan və İran.
Bloklardan hər birinin daxilində müxtəlif anti-Rusiya əhvalı höküm sürməsinə baxmayaraq strateji maraqlar onları birləşdirir. Burada cəlb edilmiş ölkələr qəbilə etnik qruplaşmalardan da hərtərəfli istifadə edərək, onların hərəkətlərini öz məqsədləri üçün istifadə edirlər. Hətda silahların istifadəsi barədə də qərarlar verərək guya problemin həlli yolları üzərində işləyirlər. Bura ərazi (Abxaziya, Şimal və Cənubi Osetiya, Çeçenistan Respublikası, Dağıstan) və etnik problemlər daxildir, hansı ki, bizim regionda belə xalqlar çoxdur Türkiyə tərəfindən cəlb edilmiş vasitərlə və düz hərbi doktrinanın köməyinə əsaslanaraq, İran və başqa ölkələrlə hərbi balansı saxlamaq olar.
V. Konovalov və M. Tsvetovat tərəfindən qeostrateji vəziyyətin modelləşdirilməsinin kompleks tətbiq edilməsi nəticələrin yoxlanması üçün vacib məsələdir.
Şəbəkə analizinin (Social Network Analysis – SNA) metodologiyasını, hansı ki, 79 təhlil əsasında keyfiyyətli və miqdar metodlarının birləşməsində olduğunu yaddan çıxarmaq lazım deyil. Bu metodun əsas məqsədi, tərəflər arasında axtarışdır və qarşılıqlı əlaqələrin nümunələrinin təhlili vacib məsələdir və dinamik sistemlərdə aktyorların fəaliyyətindən çox şey aslıdır.
Siyasəti təhlil edərək tətbiqdə bu metodun mahiyyətini sübut edən prosesləri, nəzərdə tuturdular ki, siyasət elminin əhəmiyyətli həcmi mövcuddur bu sahədə ədəbiyyatlar və tətbiqi haqqında tədqiqatlar çox böyük əhəmiyyət daşıyır. Təhlil metodları bizə tədqiqat üçün faydalı vasitələr verir və istənilən məsələlər barədə, sosial şəbəkələrdən ən əhəmiyyətlilərini öyrənmək olar. Bu məsələnin öyrənilməsində ən mürəkkəblərdən biri, sosial strukturun aspektləri, hakimiyyət bölgüsünün mənbələridir. Bu metodoloji perspektiv o nəzəri ssenarilərə əsaslandırılmışdır ki, hakimiyyətin fərdi əlamətlərini müəyyən şəxslər təşkil etmir, lakin şəbəkənin başqa iştirakçıları ilə münasibətlərin bu bir nəticəsidir. Sosiallar struktur yüksək nöqteyi - nəzərindən xarakterizə edilmiş, və ya əlaqələrin konfiqurasiyalarında variasiyaların nəticəsi kimi hakimiyyətin aşağı səviyyəsi şəxslərin arasında ola bilər.
Hakimiyyət – sosial münasibətlərin fundamental xüsusiyyətidir. Bu məsələyə şəbəkə formasında yanaşma hakimiyyətin təbiətini işıqlandırır və bizim qavrama təfəkkürümüzü genişləndirir ki, ən əhəmiyyətlisini təsəvvür edə bilək, onun nisbi xarakterini hiss edək. Hakimiyyət müəyyən iştirakçıların mücərrəd və ya abstrakt xarakteristika deyil – onlardan əksəriyyəti hakimiyyətə malikdir, çünki hakimiyyətin verdiyi hökm belədir. Şəbəkənin başqa iştirakçıları da, bir sözlə, hakimiyyət bir qanunu təlabat bildirir. Bir halda ki, hakimiyyət münasibətləri müəyyən sistemdən yaranır, onda sosial strukturlarda hakimiyyətin miqdar ifadəsini dəyişmək olar əlbəttə, əgər şəbəkə əlaqələrin səmərəli sıxlığına malikdirsə. Hakimiyyətin potensialı, prinsip etibarilə, ola bilməz əhəmiyyətli olmasın, belə vəziyyətdə, əlaqələrin yüksək sıxlığı ilə sistemlər olması vacibdir. Belə vəziyyətdə hakimiyyət, eyni zamanda, sistemdir və xarakteristikalı sosial şəbəkələrdir.
Belə əlamətlər, sistemdə hakimiyyətin və onun bölgüsünün səviyyəsi kimi səciyələnə bilər, bu şəbəkə iştirakçıları arasında qarşılıqlı əlaqəlidir, lakin onlar eyni deyillər. İki sistem və hakimiyyətin eyni miqdar ölçüsünə malik ola bilərlər, bu hakimiyyətin bərabər bölüşdürülməsi və bunun digəri olan asimmetrik bölüşdürmədir.
Sosial sahənin inkişafı hakimiyyət daxilində baxıla bilər. Hökümətin nöqteyi - nəzərindən mikroşəbəkənin iştrakçıları arasında münasibətlərin xarakteristikaları və makroxarakteristikalar şəbəkədə münasibətləri bütövlükdə təhlil olunmalıdır. Şəbəkələrin strukturunda yerləşən bu və ya digər iştirakçıların mövqeyini məhdudlaşdıran şərait, yaxud şərtlər hansı imkanlara malik olmaq və hakimiyyətin siyasətini həyata keçiril­məsini müəyyən edir. Məsələn, müəyyən iştirakçıların mövqeyinin üstünlükləri başqaları ilə bağlı şəbəkə strukturunda xarakterizə edilməsi nə dərəcədə ola bilər, belə kateqoriyaların üstünlüyü, sıxlıqda (closeness), yerləşmə də, əlaqəli (betweenness) və mərkəzli (centrality) olmasın­dadır.
Şəbəkə strukturunun modeli indiki halda iştirakçıların vəziyyətinin mövcudluğunu bildirir ki, bu prosesin sonda əldə olunacaq böyük xeyiri qarşılıqlı təsirlər çıxara bilər və bu baxımdan, böyük təsirə malik olmaq lazımdır ki, asılılıq mərkəzi olmasin və nisbətən daha az əlverişli iştirakçılar tərəfindən diqqətin yönəlməsi vacibdir. Əgər iştirakçılar əlverişli struktur mövqedədirlərsə, məhdudiyyətlərin daha kiçik miqdarıyla rastlaşırlar, və daha geniş imkanlara malikdirlərsə, nə qədər ki, şəbəkənin başqa iştirakçıları yoxdur bu o vaxta kimi davam edəcək. Şəbəkəyə elmi cəhətdən yanaşma geniş perspektiv verir. Hökümətin daha dəqiq qərarların qəbul etməsi hakimiyyət anlaşmasının konkret ölçüləri üçün, şəbəkədə iştirakçıların vəziyyətini nəzərə çarpdırır ki, buda özünü strukturda büruzə verir.
Bu məntiq mərkəzin əlamətlərinin ölçülərinin əsasını təşkil edir və hakimiyyət iştirakçılarının mövqeyinin xarakteristikalarından asılı olur. Iştirakçılar məsələlər üzrə iqtisadi və siyasi ölçülərə uyğun qruplaşmalar yaradır və onlara təyinatlar verirlər. Hakimiyyətin əlverişli vəziyyəti, məşğulluq nəticəsində sosial münasibətlərin səmərəli şəbəkəsini yaratmaqdır. Yaddan çıxarmaq lazım deyil ki, üstünlüyün üç əsas mənbəyi aşağıdakılardır:
1. Yüksək dərəcədə sıxlıq;
2. Yerləşmə və əlaqələr;
3. Mərkəzləşdirilmiş mövqeyilər.
Sadələrdə strukturlar (ulduzun və ya dairənin tipi), bu üstünlüklər tendensiyaya malikdir və buna elmi dildə kovariasiyalar deyilir (yəni cəhdin dərəcəsini xarakterizə edən ölçü, ölçülərin artması və ya böyümə,yaxud digərinin azalması vaxtı azalma ölçülər). Bu daha çox kompleks və mürəkkəb şəbəkələrdə baş verə bilər. Xüsusiyyətlər arasında əhəmiyyətli dərəcədə qırılma, başqa iştirakçıların mövqeyləri və münasibətlərdə əlverişli və əlverişsiz ola bilməsi.
Tanınmış alimlər V. Konovalov və M. Tsvetovat öz əsərlərində təhlil metodunu təklif edirlər. Belə şəraitdə bir - birindən asılı iştirakçıların şəbəkələri kimi sistemlərin bütöv geostrateji problemlərin düyünləri və asılılığın bütün zəncirləri təhlil edilməlidir. Onların fikirinə əsaslanaraq, iştirakçıların ümumi məcmusuna əsaslanan maraqlar çərçivəsində olarsa, bu halda riyazi sistem kimi baxıla bilər və bura qrafın konsepsiyası daha yaxşı uyğun gəlir. Hətta oxşar şəbəkələrin səthi müşahidəsi strukturlara sistemin xüsusiyyətləri haqqında bəzi nəticələri çıxarmağa imkan verir. Bəzi şəbəkələrə parlaq mərkəzləşdirməni ifadə etməsinə baxmayaraq nəzarət edilir və iştirakçıların tək və ya kiçik qrupları istisna deyildir. Mərkəzdən kənar elit iştirakçılar bir-biri ilə əlaqələr saxlayırsa, bunları daha çox birləşdirilmək üçün mərkəzin rolunu artırmaq lazımdır. Xarakterlərin məkəzləşdirilməsi şəbəkələrin fəaliyyətini göstərir və əyalətlərə mərkəzdən informasiyanın ötürülməsinin effektivliyinin artırılmasını tələb etməklə və bunun nəticə kimi, idarənin səmərəliliyini yüksəltməyin vacibliyini əsaslandırır.
Digər tərəfdən, şəbəkənin həddindən artıq mərkəzləşməsi parçalanma təhlükəsini artırır, bu isə mərkəzi hakimiyyətin zəifləməsinə gətirib çıxara bilər. Bu baxımdan, daxili mexanizmlərə təmkinlik saxlaması vacibdir və belə münasibət radikal dəyişikliklərin qarşısını ala bilər.
Şəbəkə - strukturlarının qiymətləndirilməsinin miqdar metodlardan ibarətdir və digər iştirakçıların mərkəzliyinin qorunub saxlanması, əsas oyunçuların axtarışı daim olmalıdır. Lakin şəbəkənin elementlərini birləşdirən vasitəçilər, şəbəkələrin eyniləşdirməsini strukturlar, xüsusən informasiyanın tiplərinin ötürülməsinin müəyyən proseslərinə iştirakçıların qarşılıqlı təsirləri, geostrateji maraqlar çərçivəsində siyasi ittifaqların şəbəkəsi müəyyən olunmalıdır.
Qafqaz komplek halında öyrənərkən görürük ki, regional iştirakçılar ABŞ-ın və Rusiyanın münasibətlərinin xarakterini açır. Qafqaz regionunda siyasi ittifaqların xəritəsi ABŞ və Avropa Birliyi ilə sıx şəkildə qeyri- mərkəzləşmiş struktura daxil olan regional iştirakçıların siyasi ittifaqlar formasında birləşmişlər.
Belə strukturalara daxil olmaq iştirakçının resursları ilə inteqrasiya-edilmiş mexanizmləri təmin edir, iqtisadi - siyasi təcavüzün və sistemdaxili əlaqələrin özündə təşkil edilmiş sistemə təmkinliyini saxlayır. Rusiyada şəbəkənin nüvəsində təbii ehtiyatların və hakimiyyətin mərkəzləşdirilmiş mövqeyi durur. Baxmayaraq ki, nəzarətin ən böyük səmərəliliyi ehtiyatların bölgüsünə və belə hakimiyyətin konfiqurasiyaları daha çox nisbi sabit olur və bunları iqtisadi metodların köməyi ilə bərkitmək lazımdır ki, kənar meyillərə vadar etmənin mexanizmlərinin və tətbiqin təhlükəsizliyi təmin oluna bilsin.
Bununla birlikdə, Qafqazın geostrateji səhnəsində iştirakçılar olan, Rusiya və ABŞ, öz strateji maraqlarını təqib edir və hətta ayrı - ayrı zonalarda uzadılmış münaqişələr bu əsas kompleksin tərkib hissələri hesab edilir. Vəziyyətə kənardan nəzər yetirək, Cənubi Osetiya münaqişəsinin nümunəsi belə miqyaslı münaqişələr, intensivliyi azaltmaqla onu lokal müharibələrin kateqoriyasına uyğunlaşdırmağa icazə verirlər. Bu münaqişənin yaranma tarixi SSRİ-nin siyasi sisteminin dağılması fonunda və yeni iqtisadi münasibətlərin yaradılmasının qəzasının fonunda inkişaf edirdi. Gürcüstanın müstəqil Respublika kimi bu problemdən hələ də qurtula bilmir. Belə "daxili müharibədə" tərəflər sionist rejimlər olur.(Gürcüstan Respublikasının millətçiləri və Cənubi Osetiyanın hakimiyyəti kimi).
Yaranan istənilən münaqişənin bilavasitə səbəbi,əlbəttə,siyasi və inzibati baxışlarda tərəflərin müxtəlif fikirlərə ayrılması bu ərazinin statusunu müəyyən edir. Münaqişənin dinamikası bu regionda, 1990-cı ildən üç əsas səbəblə bağlıdır, bunun əsas amilləri təxminən aşağıdakılardır:
a) idarə edənin müxtəlif qruplaşmalarla mübarizəsi;
b) etnik nomenklatura;
c) strateji maraqların tədricən dəyişməsi əsasında geosiyasi kompleksin dəyişməsi.
Münaqişənin vəziyyətinin modelini formallaşdırılan sistem strukturu bizim tərəfimizdən iyerarxiya sistemlərinin analizinin metodologiyası əsasında qurulmuşdur.
Hədəf modelin qurulması ən ehtimal edilən ssenarinin təyini əsasında və davam edir. Yalnız o vaxda qədər ki, danışıqlar ümumiləşdirilmiş ssenarilər əsasında proqnozlaşdırmaya imkan verir, onun üçün bu məsələnin icraları öz ifadələrində, yaxşı təhlilin metodologiyasını nəzərə almaqla iyerarxiya proseslərini yaddan çıxarmırlar. Fikrimizcə, bu yanaşmanın mahiyyəti iki halda ifadə edilmiş ola bilər:
1. İyerarxiya sistem strukturunun elementlərinin abstraksiyasıdır funksional qarşılıqlı təsirlərin öyrənilməsi üçün nəzərdə tutulmuş sistemin komponentidir və onların bütovlükdə təsirləri olur. Bu abstraksiya yanaşması ümumiyyətlə, müxtəlif qohum formaları qəbul etməyə qadirdir ki, onların hər birində ümumi varlığa, zirvədən ümumi məqsədlər eniş etməklə, aşağı alt hədəflərə həmlə edilsin və yalnız istehsaldan sonra, güclər bu alt hədəflərə təsir edə bilir. Bunlara təsir edən insanlara güclər deyilir və ayrı insanların hədəflə­rinə, onların siyasətlərinə və həyata keçə bilən daha uzaq strategiyalarına nəticə demək olar.
2. İyerarxiyaların təhlili metodu üçün sistematik prosedurun mahiyyətini müəyyən edən elementlərin iyerarxiya əsasında təqdim etməsi müəyyən bir problemdir. Bu metod problemi daha da sadə hissələrə ayrılmasından iba­rətdir ki, onu təşkil edən hissələr və fikirlərin ardıcıllığının sonrakı emalı əsasında qərar qəbul edən şəxslər bürkü müqayisələrə əsaslanmalıdır. Nəticədə məlum olacaq ki, nisbi dərəcə qarşılıqlı təsirin intensivliyini ifadə etməklə, eyni zamanda iyerarxiyada elementlərini göstərir. Bu fikirlər sonradan ifadə edilən ümumi fikirlərə daxil edilir.
Bu metod iyerarxiyanın təhlilinə çoxsaylı fikirlərin sintezini prosedurları­nı daxil edir. Dünyanın tanınmış alimləri Caatu T., Kerns K. birgə yazdıqları “Analitik planlaşdırma: sistemlərin təşkili” kitabında bu məsələni təhlil etmişlər. Meyarların prioritetliyinin alınması, alternativlərin müəyyən edilməsi qərarların düzgün həllini tapmağa kömək edir. Təqdim olunan elementlərin dinamikasının faktor təsvirinə gəldikdə isə, məsələnin içərisinə girmədən və siyasi iştirakçıların davranışlarını formallaşdıran münaqişə vəziyyətinin modelinin ierarxiya strukturunu təsəvvür etmək lazımdır.
Bizim digər məqsədimiz, münaqişə modelinin strukturunun qurul­ması­dır. Modelin qurulması üçün hədəf, onun ən çox ehtimal edilən ssenarinin təyi­ni­dir və prioritetlər tərtib edilmiş cədvəllər əsasında kompyüter proqramları ilə hesablanmalı və amillərin müqayisəli qiymətləri müəyyən olunmalıdır. Belə modelin köməyi ilə bütün səviyyələrə keçidi təmin etməklə qiymətlərin sintezi­nin riyazi prosedurunu almış oluruq. Mümkün ssenarilərdən hər biri üçün qlo­bal prioritetlər müəyyən etmək lazımdır. Müqayisə əsasında alınmış prio­ritet­lərdən birinin həyata keçrilməsi şansını müəyyən edir və vəziyyətin inkişaf ssenarilərini hamıdan tez, ən ehtimal edilən proqnozunu vermək mümkündür.
Kompyuter proqramının panelini təqdim etməklə, Expert Choice 2000 əsasında, onun sol bölməsində hədəf və struktur əks olunur və modelin yuxarı sağ bölmədə mümkün ssenarilər və nəticə etnosiyasi vəziyyəti müəyyən olunur ki, burada aid edilir:
1) qeyri - müəyyənliyin saxlanılması;
2) hüquqi nizama salma;
3) sistem destabilizasiyası;
4) lokal müharibə.
Modelləşdirmənin nəticələri göstərir ki:
1) ən ehtimal edilən ərazidə vəziyyətin inkişafının ssenarisi "qeyri-müəyyənliyin saxlanılması" olur;
2) lokal müharibə ssenarisi ikinci yerdədir;
3) sistemin qeyri - sabitliyi və hüquqi nizamasalma ən az ehtimal edilən nəticədir.
Münaqişənin kontrast ssenarisinə uyğun əsasların təsirinin intensivliyinin diaqramı əsasında ssenarilərdən hər birinə modelin elementləri tətbiq edilə bilər. Diaqram göstəriciləri vəziyyətin üç əhəmiyyətli xüsusiyyətini müəyyən etməyə əsas verir:
1) iki ssenarinin arasında olan məsafə;
2) qeyri - müəyyənliyin saxlanılmaları ssenarisinə əsaslanaraq dərəcələr iştirakçıların və strategiyalarının xarakteristikalarından asılıdır;
3) lokal müharibə, vasitələrin və strategiyaların xarakteristikaları və münaqişənin özü kulminasiya nöqtəsinə doğru yavaş-yavaş irəliləmə xüsusiyyətinə malikdir.
Strateji mədəniyyət üzrə həll edilən məsələləri göstərməyə başlayırlar ki, bu da hadisələrin gedişində mühüm rol oynayır.
Qurulan modelin əsas elementlərinin intensivliyinin parametrlərinin diaqramına əsaslanaraq modelləşdirmənin məlumatları ilə bu nəticələri müqa­yisə edək olur. Məqsədin təyini ilə çoxlu modellər yaradıla bilər ki, bunlar da münaqişələrin ehtimal edilən ssenariləri üzərində qurulduqda səmərəli olur.
Model müəyyən dövr üçün informasiyanın itkisinin qarşısının alınması üçün yaradıla bilər, buraya hərbi əməliyyatın ətraflı planının mövcudluğu haq­qında məlumatlar daxil edilə bilər. Əsas elementlərin intensivliyinin para­metr­lərinin diaqramı qeyri - müəyyənliklər ssenarilərinin arasında qırılmaqla lokal müharibə göstəricisi ilə əks olunmalıdır. Başqa sözlə, bu mərhələyə keçidinin riski münaqişə sayəsində daha da lokal müharibəyə maksimal qiymətlərlə qiymətləndirmək dərəcəsinə çatmaq mümkündür və hər cür vasitələrlə münaqi­şənin güclü tərəflərdən təzyiqlər göstərilməsi və öz strategiyalarını aktuallaşdırmaları lazımdır.
Təhlilin bu yerində qeyd etmək əhəmiyyətli olardı ki, T. Saati sözləri ilə qeyd etsək, "iyerarxiyanın analitik təhlili kimi, bütün problemlərin struktur­laş­dırılması istənilən başqa metod, tədqiq edilən sistem haqqında biliklərə yiyələnməni tələb edir. Təhlilin riyazi emalının güclü tərəflərinə onu aid etmək olar ki, iyerarxiyanın təyini vaxtı, adətən, bu fikirləri edən şəxslərin bu sahədə bilikləri əhəmiyyətli rol oynaya bilər.
Bu istiqamətdə istifadə olunan “bürkü müqayisələrin" tətbiqinin təcrübə­sini diqqətə alaraq münaqişələrin proqnozlaşdırılması üçün iyerarxiyaların təh­lilinin metodologiyalarının tətbiqi zamanı, təhlilin riyazi emalından istifadə haqqında biliklərin səviyyəsinin artırılması vacibdir. Bu sahədə planlaşdırmanın spesifik problemləri, həmçinin, güclü təcrübəyə malik iştirakçılar, artıq konkret vəziyyətlərdə xüsusi biliklərə və təcrübəyə malik olanlar arasında mübarizə aparmaq çətindir.
Siyasi inovasiyaların və motivasiyların tədqiqatı sahəsində sosial proq­ramın bölmələrinin hazırlamasının təcrübəsinə söykənirik tədqiqatlar, məsə­lələrin blokları və axtarış emalı prinsipləri informasiyalar, siyasi problemlərin öyrənilməsi bələdiyyə və regional səviyyələrdə əhali üçün əhəmiyyətlidir.
Belə tədqiqatların nəticələrinin bəziləri barədə məlumat almaq üçün saytlara azad girişi təmin etmək lazımdır. Sosioloji mərkəzlərin və başqalarının apardıqları təd­ris­lər işıqlandırılmış sosioloji məlumatların qrup təhlili bölməsi monitorinqlər apararaq, xalq və hakimiyyətin bölgüsünü elmi şəkildə görmək olar.
Belə bir şəraitdə qruplaşmanın nisbətən möhkəm gücə malik olmasını anlayırıq, uyğun olan iqtisadi və siyasi respondentlər yəni institutlar, müəyyən edilmiş normalar, müəyyən sahələrdəki fəaliyyət və bağlı olan proseslərdə dövlətin səmərəli idarəçiliyi vacib məsələlərdəndir. Müəyyən istiqamətlərdə yönəlmə subyektiv məna kimi anlaşıla bilər, respondentlər tərəfindən vəziyyətin müxtəlif elementlərinə aid edilən iqtisadi və siyasi hərəkətin təsiri önəmlidir. Müəyyən istiqamətlərə yönəlmələr cəmiyyətin sosial təbəqələşməsindən asılı olaraq, özünü qiymətlərdə ifadə edilmiş və həyatın özün keyfiyyətinin respondentləri tərəfindən standartlar və konkret vəziyyətin bu standartlarının uyğunluqları kimi qəbul etmək olar.
Siyasi sahədə təşkilatların və qrupların diqqəti, hakimiyyətin mövqelə­ri ilə uyğunolma üçün mübarizədə rəqabət aparanlar, xüsusilə seçki kompa­niyaları dövrləri, müəyyən edilmiş qanunla müntəzəm surətdə cəlb edir. Səs verən insan tipi, daha çox geniş planda dövrün tipik insan siyahısını xatırladır. Nəzəri cəhətdən bu tip insanların bəziləri əsasında seçmək və ya ayırmaq olar, bu insanların siyasi hərəkətlərinin təsirlərini qabaqcadan müəyyən etmək olar.
Belə yanaşmaların dominantları və ya, ümumi danışıqlar əsasında, siyasi motivasiyanı müəyyən etmək olar. Strategiyaların həyata keçməsi, motivasiyalar olmadan qeyri - mümkündür. Siyasi cəhətdən yetginləşmiş insanın hərəkətləri ümumi strategiyaya kömək edəcək, bu sistemin vəziyyətini yaxşılaşdıracaq və bu baxış motivasiyanın dominantını müəyyən etməklə sistemdə onun koordinatlarını müəyyən etməyə kömək edəcək. Belə vəziyyətdə mühakimə etmək üçün, siyasi motivasiyanın belə situasiyada hansı tipi məhz konkret vəziyyətdə üstünlük əldə edə bilər?
Bir qədər düşündükdən sonra onu tədqiq etmək lazımdır ki, nisbətən möhkəm müəyyənliyi verən hədlərin səmərəliliyin və ya siyasətin xarakterinin başa düşülmə səviyyəsində asılıdır.
Aparılan bütün ictimai - sosial tədqiqatlara əsasən, hansısa üstünlüyü olan tipi müəyyən etmək üçün aparılan sosial sorğular əsasında, siyasi insanın portretini yaratmaq olar. Bu bir müstəqil yanaşmadır, hansına ki, iqtisadi və siyasi cəhətdən bu insan anlaşılandır və hakimiyyətin bu istiqamətdə siyasətini dəstəkləyir o, öz gündəlik həyatında məcbur edilmiş, uyğunlaşmış və bu ha­kimiyyətin hərəkətlərindən yayınmaq istəmir. O, əmindir ki, siyasi fəaliyyətdə iştirakı reala nəticələr vermir və hakimiyyətə və işlərin gedişinə təsir etmək im­kanları mövcutdur. Nəhayət, o qəbul etmir ki, hər hansı formada qanuniləş­diril­miş heç bir müntəzəm siyasi iştiraka və siyasi fəallığa məcburiyyətlər qoyulsun.
Misal üçün, müasir Rusiya cəmiyyətinin təxminən 70%-i, eyni zamanda siyasi fəallığa malik olan əhalinin bu məsələ ilə bağlı münasibəti, ayrı-ayrılıqda şəxsi fikirlərinə uyğun xarakteristikalar məcmusu təşkil edir.
Artıq qeyd olundu, sosialyönümlü monitorinqi xarakterizə edərkən, inzibati ərazidə təhsilin səviyyəsi, sosial sahədə, əsasən, alt boşluqların deformasiyasının dinamikasının nöqteyi - nəzərlərindən iqtisadi, kommunal və siyasi cəhətdən vəziyyət, həmçinin, yerli cəmiyyətin potensialı və deformasiyaya qarşı dayanıqlılıq qabiliyyəti müəyyən edilməsi məsləhət görülür. İctimai - sosial istiqamətdə apardığımız monitorinqlər anketlər əsasında xüsusi blanklarda həyata keçirilir, bu müəyyən ərazi üzrə, şəxsi müsahibə formasında standart qaydalara müvafiq olaraq respondentlərin yaşayış yerlərində təşkil oluna bilər. Əlbəttə aparılan bütün ictimai - sosial sorğuların daha dəqiq olması üçün müxtəlif cinslərin nümayəndələrinin iştirakı vacibdir. Burada, yaşa, şəhərlə kəndin əhalisinin nisbətinə fikir vermək və bunları əhatə etmək, əsasən, ictimai cəhətdən peşəkar qrupları müəyyən etmək lazımdır.
İqtisadi sahənin deformasiyaya uğraması zamanı dəyişənlərin üç qrupu bu məsələyə qoşulur, çoxsaylı dəyişikliklərin səviyyəsini əks etdirən respon­dentlərin maddi durumunun hissələri aşağıda göstərilmişdir:
1) gəlirlər;
2) daşınmaz əmlak;
3) qidalanmalar.
Aparılan təhlil göstərdi ki, faktor seçilmiş və ya ayırılan arasında korrelyasiyalar, yəni dəyişənlər qrupu tərəfindən aparılan müqayisədə kiçikdir, yəni siyasi davranışın tipi vəziyyətin gərginlik şəraitində istifadəsinin səmərəliliyi zəif ola bilər. Əhalinin iqtisadiyyatı qiymətləndirməsindən, inzibati metodların kriminal təhlükələrin və təhdidlərin aradan qaldırmaqla təhlükəsizlik şəraitini yaratmaqla, həmçinin, həyatın ləyaqətli standartlarını cəmiyyətə təmin etmək lazımdır.
Təqdim edilmiş faktor təhlilinin dioqramında əks olduğunu görmək mümkündür ki, dəyişənlərdən seçilmiş faktor qrupları arasında korrelyasiyalar müqayisədə kiçik ola bilər. Buna görə ehtimal olunanlardan görünür ki, iki istiqamətdə müstəqil faktorlar qrupu haqqında, yəni davranışın tipi vəziy­yətin gərginlik şəraitində olması, ictimai cəhətdən çox az asılıdır çünki iqtisadi statusdan çox şey aslıdır.
Faktor təhlili zaman çərçivəsində həyatın ziddiyyətlərini göstərir və əhalinin əksəriyyətinin vəziyyəti müəyyən mənada aydın olur. Bu zaman həyat səviyyəsi aydın olur və məhdudlaşdırmanın hansı istiqamətə yö­nəl­mə­nin problemləri və vətəndaş tələbləri ilə yerli cəmiyyətin fəallıqları, neqativ hallara qarşı dura bilən faktorları aydınlaşdırmaq və dərəcələrə bölmək vacib məsələlərdəndir. Buradan aşağı səviyyənin siyasi iştirakını aydın etmək olar. Bu o haqda bizim aldığımız nəticəni təsdiq edir ki, dövlət və ya şirkət səviy­yəsində, tarazlanmış siyasətin müxtəlif qrupları yerli cəmiyyətlər kifayət qədər qarşılıqlı anlamaya malikdir. Onların öz vəziyyəti, həm də öz zəif imkanları onlara aydın olduqdan hər hansı bir üsulla yaranmış vəziyyəti öz xeyrlərinə dəyişdirmək üçün biliklərə yiyələnirlər.
Təhlil üçün təsəvvür edilmiş qrup təhlilinin dioqramı tərtib olunmalı və burada göstərilən faktların, məhz necə və hansı dərəcədə öz aralarında hansı əlamətlərlə bağlı olduğu ictimai-siyasi gərginliyin hansı bölgəyə aid olduğu aydınlaşmalıdır:
- demoqrafik və ictimai cəhətdən peşəkar xarakteri
- yaş, cins, peşə, təhsil, əmək məşğulluğu sferası
- siyasi fəaliyyətin formalaşmasında əsas rolu əhali oynayır.
Lakin belə vəziyyətin xüsusiyyəti ondan ibarətdir ki, xarakterlər üçün öz qiymətinin və mənasının əhəmiyyətini hansı dərəcədə itirməsi əhalinin əksəriyyətinin peşədən və məşğulluğun növündən asılı olmayaraq müəyyən edilməsi vacibdir. Belə həyat səviyyəsi kütləvi diferensasiyaolunmamış formasını müəyyən edir və əhalinin böyük əksəriyyətinin həyat və məhsuldar qrupların neqativ münasıbətinə məruz qaldığı halda, aşağı səviyyədə yaşayan ehtiyac duyan insanları əhatə edir. Həyatın bu forması bir çox şeyi izah edir, yəni peşə və məşğulluq sferası gözə çarpan dərəcədə olmalı və qrupların tərtib etdikləri strukturalar motivasiyanın sosial əsasını təşkil etməlidir.



Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin