Açıqlama 23-26 15092022 nk


Azərbaycanda makroiqtisadi vəziyyət



Yüklə 1,44 Mb.
Pdf görüntüsü
səhifə3/23
tarix17.09.2022
ölçüsü1,44 Mb.
#117804
1   2   3   4   5   6   7   8   9   ...   23
63232fd93c146

Azərbaycanda makroiqtisadi vəziyyət. 2022-ci ilin birinci yarısı bütövlükdə
ölkəmizin sosial-iqtisadi inkişafı baxımından uğurlu dövr olmuş, ilin ilk 6 ayının ümumi daxili 
məhsul (ÜDM) göstəricisi 2021-ci il üzrə müvafiq göstəricindən təqribən 1,6 dəfə çox 
olmuşdur. Bu prosesdə kütləvi vaksinasiyanın tətbiq edilməsi, əmtəə bazarlarının 
dinamikası, dövlət tərəfindən iqtisadiyyata genişmiqyaslı dəstək proqramının uğurla həyata 
keçirilməsi, struktur islahatlarının dərinləşməsi və yeni mərhələyə daxil olması, iqtisadiyyatın 



və qeyri-neft ixracının şaxələnməsi proseslərinin sürətlənməsi, əhalinin maddi rifahının 
dəstəklənməsi və daha da yaxşılaşdırılması məqsədilə dövlətin fəal sosial siyasətinin davam 
etdirilməsi kimi amillər mühüm rol oynamışdır.
2022-ci ilin birinci yarısında iqtisadiyyatın demək olar ki, bütün sahələrində bərpa 
prosesləri sürətlə getmiş, qeyri-neft sektorunda isə 9,6 faiz artım qeydə alınmışdır. Belə ki, 
cari ilin ilk yarımilliyində ölkədə 63,4 milyard manatlıq, o cümlədən qeyri-neft-qaz sektorunda 
31,9 milyard manatlıq ÜDM istehsal olunmuşdur. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə ÜDM 
real ifadədə 6,2 faiz, o cümlədən neft-qaz sektoru üzrə ÜDM 0,2 faiz artmışdır (qrafik 1). 
 
Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi 
2022-ci ilin birinci yarısında ÜDM-nin strukturunda ən böyük xüsusi çəkiyə (53,3 faiz) 
malik sənayedə 2,2 faiz, ticarət və nəqliyyat vasitələrinin təmiri sektorunda 3,7, nəqliyyat və 
anbar təsərrüfatında 27,0 faiz real artım qeydə alınmışdır. Sənayenin neft-qaz sektorunda 
0,6 faiz, qeyri-neft-qaz sektorunda isə 11,5 faiz artım müşahidə edilmişdir. 
Hesabat dövründə əsas kapitala yönəldilən vəsaitin məbləği 6,3 milyard manat təşkil 
etmiş, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 18,5 faiz artmışdır. 
Qlobal iqtisadiyyatdakı inflyasiya prosesləri fonunda 6 ay ərzində orta illik 
inflyasiyanın səviyyəsi 12,9 faiz olmuş, inflyasiya idxal olunan əmtəələrdən, xüsusən ərzaq 
məhsullarından qaynaqlanmışdır (qrafik 2).
Bütövlükdə ölkədə inflyasiya əsasən, dünya əmtəə bazarlarında ərzaq məhsulları 
üzrə əhəmiyyətli qiymət artımları, başlıca ticarət tərəfdaşları olan ölkələrdən yüksək 
“inflyasiya idxalı”, qlobal təchizat, logistika zəncirində mövcud olan problemlər, daşınma 
xərclərinin artımı və pandemiya ilə əlaqədar təxirə salınmış tələbin sürətlə 
reallaşdırılmasından qaynaqlanmışdır.
Qeyd olunan dövr ərzində inflyasiya təzyiqlərinin cilovlanması, onun makroiqtisadi 
sabitliyə və əhalinin sosial durumuna mənfi təsirlərinin qarşısının alınması üçün aşağıdakı 
bir sıra tədbirlər görülmüşdür: 

Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin