6
-
Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına və qanunvericiliyə
edilmiş dəyişikliklərə uyğun olaraq 2022-ci ilin əvvəlindən əhalinin sosial rifahının,
real gəlirlərinin və alıcılıq qabiliyyətinin qorunması üçün minimum əməkhaqqı,
minimum pensiya, sosial müavinətlər və dövlət büdcəsindən maliyyələşən
təşkilatlarda çalışanların əməkhaqları orta hesabla 20,0 faiz artırılmışdır;
-
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında
antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər
haqqında” 21 fevral 2022-ci il tarixli Sərəncamına uyğun olaraq, kənd təsərrüfatı
və ərzaq məhsulları ilə əlaqəli sahələr üzrə gömrük rüsumları və vergi
güzəştlərinin verilməsi və bir sıra xərclərin optimallaşdırılması, həmçinin monetar
və fiskal siyasətin sıx əlaqələndirilməsi istiqamətində tədbirlər görülmüşdür;
-
Əsas ticarət tərəfdaşı olan ölkələrdə milli valyutaların ucuzlaşması fonunda milli
valyutanın məzənnəsinin sabitliyi və valyuta bazarının tarazlığı, əsas kommunal
xidmətlər (işıq, su, təbii qaz, istilik, nəqliyyat) üzrə tariflərin dəyişməzliyi təmin
edilmişdir;
-
Mərkəzi Bankın mandatına uyğun monetar siyasət tədbirləri sərtləşdirilmiş,
yanvar və mart aylarında qəbul olunmuş qərarlar əsasında uçot dərəcəsi 0,5 faiz
artırılaraq 7,25 faizdən 7,75 faizə çatdırılmışdır. Bununla yanaşı, izafi likvidliyin
sterilizasiyası həyata keçirilmişdir.
2022-ci ilin birinci yarımilliyində neftin orta qiyməti dövlət büdcəsində
proqnozlaşdırılan qiymətdən yüksək olmuş, tədiyə balansında müsbət meyillər
qorunmuşdur. Qlobal tələbin sürətli bərpası şəraitində “Azeri Light” markalı neftin bir
barelinin orta illik qiyməti 2021-ci ilin birinci yarısına nisbətən 68,1 faiz çox olmaqla 110,3
ABŞ dolları səviyyəsində qərarlaşmışdır.
2022-ci ilin iyun ayında bankların kredit portfelinin qalığı 1,2 faiz və ya 221,7 milyon
manat artaraq 18320 milyon manat olmuşdur. Bankların cəmi kredit portfelində biznes
kreditlərinin payı 57,2 faiz və ya 10481,7 milyon manat təşkil etmişdir.
Cari ilin yanvar-iyun ayları ərzində xarici ticarət üzrə əməliyyatların həcmi 24,8
milyard ABŞ dolları (ötən ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 74,9 faiz çox) təşkil
etmişdir ki, bunun da 18,5 milyard ABŞ dolları ixrac əməliyyatlarının, 6,4 milyard ABŞ dolları
isə idxal əməliyyatlarının payına düşmüşdür. Nəticədə xarici ticarət hesabında 12,1 milyard
ABŞ dolları həcmində müsbət saldo yaranmışdır. Eyni zamanda, xarici ticarət dövriyyəsində
qeyri-neft məhsullarının ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə faktiki qiymətlərlə 25,4
faiz və ya 295,3 milyon ABŞ dolları çox olmaqla 1,5 milyard ABŞ dollarına bərabər olmuşdur.
Qlobal əmtəə bazarlarında qiymətlərin bərpası və qeyri-neft ixracının əhəmiyyətli
artımı fonunda Azərbaycanda 2022-ci ilin birinci rübündə tədiyyə balansının profisiti ÜDM-
nin 9,0 faizinə (1,6 milyard ABŞ dolları) çatmışdır. 2022-ci ilin birinci rübündə cari
əməliyyatlar balansının profisiti ÜDM-nin 22,4 faizini (4,0 milyard ABŞ dolları) təşkil etmişdir.
Tədiyə balansının irihəcmli profisiti valyuta bazarında təklifin genişlənməsi ilə müşayiət
olunmuşdur ki, bu da məzənnə sabitliyini dəstəkləmişdir. 2022-ci ilin birinci yarımilliyində
manatın ABŞ dollarına qarşı orta günlük rəsmi məzənnəsi 1,7 manat təşkil etmişdir.
2022-ci ilin birinci yarısında ölkənin valyuta ehtiyatları 1,8 faiz artaraq 54,2 milyard
ABŞ dollarına çatmışdır.
Dostları ilə paylaş: