Ağaverdi XƏLİl türk xalqlarinin yaz bayramlari



Yüklə 0,6 Mb.
səhifə51/55
tarix01.01.2022
ölçüsü0,6 Mb.
#103163
1   ...   47   48   49   50   51   52   53   54   55
Azsaylı xalqların nümayəndələri də Novruzu yüksək əhvali-ruhiyyə ilə bayram edirlər. Ləzgilərin Novruz bayramında fərqli xüsusiyyətlərdən biri “Kosa” nın olmaması və onun əvəzinə “Keçi” oyununun keçirilməsidir.İnqloylarda da “Kosa” oyunu yoxdur. Onların yaz mövsüm mərasimi “Qorqut”dur. Onlarda bayram öncəsi səməni qoyulması adəti də yoxdur.

Güneyli Azərbaycanlılar ilin axır çərşənbəsini müxtəlif mərasimlərlə qeyd edirlər. Çərşənbədən qabaqkı axşam od yandırıb, üstündən atlanarlar. Odun üstündən atılanda bu sözləri deyərlər: “Ağırlığım, uğurluğum düşsün bu od üstünə”. Bu gecə “yeddi ləvin” hazırlanar. “Yeddi ləvin” yeddi növ quru yemişdən olur. O cümlədən, iydə, kişmiş, çövüz, /qoz/, badam, basdıq, tut qurusu və sairləri demək olar.

Bu gecə evlərdə küftə bişirilər, sayı ailənin sayına olar və bir dənə də “qayib payı” adı ilə artıq salınar ki, qonaq yetişsə, onun da payı olsun.

Arvadlar və qızlar niyyət edib qonşu qapılardan qulaq asarlar, ya bir neçə nəfər danışan adamların yanından keçərək, eşitdikləri sözləri öz yanlarında təbir edirlər. Ona görə hər evdə yaxşı sözlər danışmağa çalışarlar ki, əgər qulaq asan olmuş olsa, xeyrə yoza bilsin. Ata-ana uşaqlara, danışıqlarına məvazib olmaq üçün təkid edərlər. Özləri də o gecə uşaqları danlamaqdan və qarğış etməkdən çəkinərlər, xüsusilə ölüm barəsində söhbət etməzlər.

Bu gecənin rəsmlərindən biri şal, ya bərək sallamaqdır. Cavan oğlanlar qohum-qonşu damına gedərək, şal, ya bərəklərini /bel şalını/ bacadan içəriyə sallayarlar. Ev sahibi onun ucuna bayramlıq olaraq bir zad bağlayar, nişanlı oğlanlar qayınatanın damına gedib, şal sallayarlar. Sabah hamı səhər tezdən yuxudan durarlar. Oğlan uşaqları evdən çıxıb, üç dəfə su arxından atılarlar. Bəziləri qəbiristanlığa gedib, orada olan daş qoçun qarnının altından keçərlər.

Arvadlar isə obaşdan özünü kəhrizə yetirərlər və səhənglərini doldurub qayıdarlar. Bu su gərək gün çıxmamışdan evə yetişmiş ola. Su qabı evə yetişincə yerə qoyulmalıdır. Bu suya çərşənbə suyu deyirlər. O gün çay gərək bu su ilə qoyulsun. Deyərlər çərşənbə suyu üçün hər kimin muradı olsa, ona yetişər.

Bayramdan qabaq evləri tökər, təmizlər və çırparlar. Ev çırpmaq bu mənadadır ki, qəbiristanlığın şimalında “Əliyar güneyinin” ətəyində olan, məxsus ağ /müxtəsər sarıya çalan / bir torpaqdan gətirib, yekə teştlərdə suya töküb, süpürgəni ona batırıb divarlara çalarlar. Beləliklə, divarları ağardarlar.



Ürfə.İlin axır gününə ürfə deyirlər. Hər evdə bu gündə halva bişirilib Navalaya /lavaş çörək arasına / büküb dəstərxana bağlayıb, qəbiristanlığa aparılar. Hər tayfa öz qəbiristanlığında bir başdan başlayaraq, hər kəsin ən yaxın və əziz adamının qəbrinə yetişdikdə qəlbilərini qəbrin üstünə qoyub, fatihə verərlər. Fatihə verildikdən sonra dəstərxan açılar, qəlbidəki halva orada onların arasında paylanar. Bu iş axıracan davam edər. Beləliklə, bir növ halva ilə dolu gedən qəlbilər cürbəcür halvalarla dolu evə qayıdar.


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin