Ağayev Samir


İslam Bankçılığının qısa tarixçəsi



Yüklə 1,34 Mb.
səhifə59/162
tarix10.01.2022
ölçüsü1,34 Mb.
#110616
1   ...   55   56   57   58   59   60   61   62   ...   162
2.9 İslam Bankçılığının qısa tarixçəsi
Baxmayaraq ki, 1950 və 1960 – cı illərdə İslam Bankçılığı anlayışı akademik bir xülya idi, lakin hal – hazırda praktiki bir reallıqdır. 1950 – ci illərdən başlayaraq Pakistan iqtisadçıları İslam Bankçılığının yaradılması perspektivlərinin ciddi öyrənilməsinə başladı. Bu tarixlərdə müsəlmanlar ənənəvi bankların xidmətlərilə qane olmurdular. Çünki, ənənəvi bankların maliyyə xidmətləri şəriətə zidd idi. Xüsusilə qeyd etmək lazımdır ki, bu tarixlərdə bütövlükdə İslam Maliyyə Sistemi deyil, əsasən İslam Bankçılığının mövcud hüquqi rejimlərdə necə fəaliyyət göstərməsi perspektivləri araşdırılırdı. İslam Bankçılığının erkən nümunələrindən biri kimi 1963 – cü ildə Misirdə Əhməd Nəccar tərəfindən təsis edilən Əmanət Bankını (Mit Ghamr Savings Bank) qeyd etmək olar. Ümumiyyətlə bu bank əksər İslam Maliyyəsi ədəbiyyatları tərəfindən bəşəriyyətin ilk İslam Bankı kimi qələmə verilir. Bankın təsisçisi və bununla da İslam Bankçılığı tarixinə keçən Əhməd Nəccar Misirdə böyüyüb, lakin 1950 – ci ildə Qərbi Almaniyada Sosial İqtisadiyyat sahəsində Ph.D. (Fəlsəfə Doktoru) elmi dərəcəsi əldə edib. Mit Ghamr Savings Bank (MGSB) nə faiz ödəyir, nə də faiz alırdı. Əvəzində bank mənfəət və zərərin bölüşdürülməsi prinsipi üzrə investisiyalar edirdi, lakin cari hesab xidmətləri təklif etmirdi. MGSB siyasi səbəblərdən fəaliyyətini 1967 – ci ildə dayandırmaq məcburiyyətində qaldı.

Ümumiyyətlə 1970 – ci illərdən başlayaraq İslam Banklarının yaradılması prosesi nisbətən sürətləndi. Xüsusilə orta şərq ölkələri bu sahədə daha fəal idilər. Bu banklara misal olaraq Dubai Islamic Bank (1975), Faisal Islamic Bank of Sudan (1977), Faisal Islamic Bank of Egypt (1977), Bahrain Islamic Bank (1979), Malaysian Muslim Pilgrims Savings Corporation (1983) və s. qurumların adlarını çəkmək olar. 1976 – cı ildə təsis edilən Dubai Islamic Bank həm də ilk müasir İslam kommersiya bankı hesab olunur. Bu müsbət tendensiyaya 1974 – cü ildə dövlətlərarası beynəlxalq İslam Bankı olan İslam İnkişaf Bankının yaradılması xüsusi stimul vermişdi. İslam İnkişaf Bankının bütün ehtiyacları qarşılamaqda yetərsiz qalması, özəl sektora yetəri qədər dəstək verə bilməməsi səbəbiylə Səudiyyə Ərəbistanı, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri kimi dövlətlərin təşkilatçılığı ilə İsveçrədə 1981 – ci ildə "Dar Al Maar Al Islâmi" adlı holding yaradıldı. Bu aralarda Citicorp, Goldman Sachs, HSBC, Morgan Stanley, Standard Chartered, Banque National de Paris, ABN Ambro, Bank of America, Key Global, Sociate Generale kimi nüfuzlu maliyyə institutları da İslam Bankçılığı sahəsində müxtəlif səviyyələrdə fəaliyyətə başladılar. 1985 – ci il Noyabr ayında isə İslam Fiqh Akademiyası Ciddədə keçirilən konfransda bütün İslam ölkələrini İslam Banklarının yaradılması istiqamətində əməli tədbirlərin görülməsinə səsləmişdi.


Yekun
İslam Banklarının ənənəvi banklardan kifayət qədər fərqli olduğu aydınlaşdı. Bu banklar vəsaitlərin cəlb edilməsində də, onların yerləşdirilməsində də spesifikdir. Xüsusilə mənfəət / zərərin və risklərin bölünməsi alətləri qərb iqdisadçıları və ekspertləri tərəfindən də təqdir olunur. Belə banklar artıq yalnız İslam coğrafiyasında yox, Böyük Britaniya, Luksemburq, Sinqapur və s. kimi qeyri – İslam ölkələrində də mövcuddur.

Artıq bu gün dünyada təxminən 500 İslam Bankının olduğu iddia edilir. Bu ənənəvi bankların sayı ilə müqayisəyə gəlməz bir rəqəm olsa da, əsasən dünyəvi – hüquqi rejimlər üzərində qurulan və çox az yaşı olan bir bankçılıq modeli üçün yaxşı göstəricidir.





  1. Yüklə 1,34 Mb.

    Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin