Ağayev Samir


İslam Bankçılığında depozitlər



Yüklə 1,34 Mb.
səhifə56/162
tarix10.01.2022
ölçüsü1,34 Mb.
#110616
1   ...   52   53   54   55   56   57   58   59   ...   162
2.6 İslam Bankçılığında depozitlər
İslam Bankçılığında depozitlər də ənənəvi bankçılıqdan fərqlidir. İslam Banklarında depozitlər iki böyük qrupa bölünür. Cari hesab (Current Account) və İnvestisiya hesabı (İnvestment Account). Cari Hesaba qəbul edilən vəsaitlər gəlirsiz hesab olunur, yəni bu hesablara görə heç bir mənfəət vəd edilmir. Bu depozitlər İslam qaydalarına uyğun olaraq faizsiz borc - Qard Al Hasan şərtləri ilə qəbul olunur. Bu vəsaitlərin tam məbləğinin geri qaytarılacağına bank təminat verir. Vəsaitlərin istənilən an geri çəkilməsinə icazə verilir. Digər bir depozit növü isə investisiya hesablarıdır. İnvestisiya hesabları – gəlirli depozitlər hesab olunur. Bu hesablar Mənfəət və Zərərə şərik prinsipi ilə fəaliyyət göstərir. Depozitor Rabbul Malinvestor, Bank isə Mudarib – Fund Manager kimi çıxış edir. Bank bu tip depozitlərin qəbulu zamanı depozitoru Mənfəət və Zərərin bölüşdürülməsi üçün istifadə olunan əmsal (formula) haqqında əvvəlcədən məlumatlandırır. Bu tip hesablar riskli hesab olunur və bank tərəfindən kapitalın təhlükəsizliyinə təminat verilmir. Adətən bu vəsaitlərin vaxtından tez geri çəkilməsinə də icazə verilmir. Amma praktikada banklar müəyyən normalar çərçivəsində vəsaitlərin çəkilməsinə icazə verə bilərlər. İslam Banklarında gəlirli depozitlər investisiya xarakteri daşıdığı üçün dəyişkən gəlirli və risklidir. Amma İslam Banklarından fərqli olaraq ənənəvi banklarda depozitlər sabit gəlirlidir və sığortalanır.

İslam Bankçılığında depozit növlərindən biri də Əmanət hesablarıdır. Əmanət hesabları tələb depozitləri və investisiya depozitləri arasında hibrid xarakteri daşıyan xüsusi növ depozitlərdir. Burada depozitorların pulları qorunur, vəsaitlərin elastik geri çəkilmə imkanı yaradılır və müəyyən səviyyədə mənfəət norması ilə mükafatlandırılır.



İslam Bankları mənfəətin bərabərləşdirilməsi ehtiyatları (profit equalization reserve) tətbiq edirlər. Bu zaman yüksək gəlirlilik zamanı banklar investisiya depozitlərindən müəyyən vəsaitləri bu ehtiyatlara transfer edirlər. Burada əsas məqsəd aşağı gəlirlilik zamanı ehtiyatları azaldaraq depozitorların gəlirliliyini sabitləşdirmək və ənənəvi banklarla rəqəbətdə uduzmamağı təmin etməkdir.

Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin