Ağayev Samir



Yüklə 1,34 Mb.
səhifə62/162
tarix10.01.2022
ölçüsü1,34 Mb.
#110616
1   ...   58   59   60   61   62   63   64   65   ...   162
3.2 Salam
Salam, satıcının1 hər hansı bir məhsulu2 nəğd ödəniş3 qarşılığında gələcəkdə müəyyən olunmuş bir tarixdə alıcıya4 çatdırmasını nəzərdə tutan satış növüdür. Bu əməliyyatdan Muhamməd peyğəmbər (ona və ailəsinə Allahın salamı olsun) kənd təsərrufatı mallarının, xüsusilə də buğda və xurmaların ticarəti üçün istifadə edilməsinə icazə vermişdir. Salam satışının alıcı üçün üstünlüyü ondan ibarətdir ki, bu müqavilə üzrə məhsulun qiyməti onun normal bazar qiymətindən aşağı olur. İslam Bankları da salam əməliyyatlarından istifadə edirlər. Bu mexanizm aşağıdakı ardıcıllıqla işləyir:

• İlkin satıcı (Muslam İlaih) məhsulu nəğd ödəniş qarşılığında gələcəkdə müəyyən edilmiş bir tarixdə çatdırmaq şərti ilə banka satır.

• Həmin müəyyən edilmiş tarixdə bank məhsulu qəbul edir.

• Sonra üzərinə öz mənfəət normasını qoyaraq müəyyən edilmiş şəxsə (sonuncu alıcıya) satır. Praktikada adətən bank müəyyən komisyon qarşılığında məhsulu son alıcıya satmağı ilkin satıcıya tapşırır.

Alimlərin rəyinə görə Salam satışında Rabb – us – Salam (ilkin alıcı) satıcıdan (Muslam İlaihdan) zəmanət və girov tələb edə bilər, satıcının öz öhdəliklərinə məsuliyyətlə yanaşmasını təmin etmək üçün.

Həmçinin Salam satışında məhsulun alıcısı bu məhsulu qəbul etməmişdən əvvəl sata bilməz. Belə halda alıcı həmin məhsulu satmaq üçün (paralel salam) ya məhsulun istehsalının başa çatdığı müddəti gözləməlidir, ya da birinci müqaviləyə istinad etmədən müstəqil şəkildə Salam müqaviləsi bağlamalıdır. Əgər birinci müqaviləyə istinad etmədən müstəqil Salam müqaviləsi bağlanarsa və satıcı (Muslam İlaih) öhdəliyini yerinə yetirə bilməzsə, onda alıcı (Rabb – us – Salam) üçüncü tərəflə bağladığı paralel Salam müqaviləsinə görə yenə də öz ödəliklərini yerinə yetirməyə borcludur. Göründüyü kimi Salamda kredit riski mövcuddur.



Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin