Ağayev Samir


Satışın qaydalarında istisnalar



Yüklə 1,34 Mb.
səhifə61/162
tarix10.01.2022
ölçüsü1,34 Mb.
#110616
1   ...   57   58   59   60   61   62   63   64   ...   162
3.1 Satışın qaydalarında istisnalar
İslamda məhsulun tranzaksiyası (ticarəti) üçün konkret direktivlər və tövsiyyələr mövcuddur. Bu qaydalar ilk bölmənin ikinci paraqrafında geniş qeyd olunub. Fayda üçün bu qaydaları bir də təkrarlayaq:

• Mal satış zamanı mövcud olmalıdır. Mövcud olmayan bir malı satmaq olmaz.

• Mal satış zamanı satıcının mülkiyyətində olmalıdır. Yəni sahib olmadığın bir malı satmaq olmaz.

• Satıcı satış zamanı mala fiziki olaraq sahib olmalıdır. Məsələn, mal hətta hüquqi olaraq satıcının mülkiyyətinə keçsə belə, amma satıcının ərazisinə təchiz olunmayıbsa bu satış qadağandır.

• Mal spesifik olaraq identifikasiya oluna bilən olmalıdır. Məsələn, əgər satıcı mülkiyyətində olduğu binadan hər hansı bir mənzili alıcıya satacağını bildirirsə və bu halın üzərinə əqd bağlanırsa, belə satış qadağandır.

• Satılmış malın alıcıya təchiz olunması aydın olmalı və şansdan asılı olmamalıdır. Məsələn, tapılacağı ümidi ilə oğurlanmış bir malın satılması və alınması qadağandır.

• Satış şərtsiz olmalıdır, şərtli satış qadağandır. Məsələn, hər hansı şəxs bir malı alıcıya onun oğlunu işə götürmək müqabilində satırsa bu qadağandır.

• Məhsulun qiyməti məlum və dəqiq olmalıdır.

• Satılan mal haram olmamalıdır, yəni İslamın qadağan etdiyi fəaliyyət sahələrini əhatə etməməlidir. Məsələn, donuz əti kimi və s.

Lakin İslamda iki hal vardır ki, bu direktivlərə əsaslanmır və məhsulun mövcud olmadan tranzaksiyasını nəzərdə tutur. Bunlar müasir zamanda İslam Maliyyə Derivativləri adlanan və hətta Muhəmməd peyğəmbərin (ona və ailəsinə Allahın salamı olsun) zamanında da istifadə olunan Salamİstisna əməliyyatlarıdır. Paraqrafı İslam Maliyyə Derivativləri adlandırmaq da bu səbəbdən rəmzi xarakter daşıyır.



Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin