İzdivacın faydası
İzdivacın demək olar ki, insanların mənəvi və maddi faydalarının əsasını, bünövrəsini təşkil edir.
Peyqəmbər-Əkrəm (s) buyurur: «Hər kim evlənirsə, o, dinin yarısını qorumuş olur, dinin qalan ikinci yarısını qorumaq üçün Allahdan qorxusun».
- «Hər kəs evlənib ailə qursa, ibadətin yarısı ona bağışlanır».
- «Hər kəs Allahı sevir və onun dərgahına pak və pakizə halda getmək istəyirsə, ailə qursun» (Yəni ailə qurma Allahın razılığını əldə etməkdir).
- Subay oğlan və qızları evləndirin, çünki Allah-Təala onları xoşəxlaq edir, onlara ruzi yetirir, şərəf və ləyaqətlərini artırır».
- «Özünüz üçün həyat yoldaşı seçin və evlənin, Allah sizə ruzi verər».
İmam Baqir (ə) Həzrət Peyqəmbərdən (s) rəvayət edir: «Möminin evlənməsinə nə mane ola bilər, bir halda ki, Allah yer üzərində ona övlad əta edər ki, «la ilahə illəl-lah» desin».
İzdivacın vaxtı
Təbiət və yaradan, insanlar üçün izdivac yaşını təyin etmişdir və o həddi-buluğa çatma yaşıdır. Oğlanlar on altı yaşında, qızlar isə on yaşında yeniyetmə yaşına çatırlar. Onlar bu mərhələdə şəriət qaydalarına uyğun olaraq izdivac edə bilərlər. Buna baxmayaraq, oğlanlarda 17 və 18 yaşadək, qızlarda isə 15 və 16 yaşadək təxirə salınması daha düzgün olardı. Çünki həm oğlanlar, həm də qızlar yeniyetmə mərhələsinin əvvəllərində kifayət qədər inkişafa və zəkaya malik olmurlar. Bu baxımdan həmin mərhələdə həyata keçirilən izdivac müəyyən çətinliklərlə, problemlərlə üzləşməli olurlar. Bundan əlavə, həddi-buluğa çatma mərhələsinin ilkin iki və ya üç ilində cinsi instinkt tam oyanmır, cavanlar o qədər də təzyiq göstərmir. Bütün bunlar uyğun olaraq qeyd etmək lazımdır ki, oğlanlarda 17 və ya 18 yaş, qızlarda isə 15 və ya 16 yaş izdivac üzdivac üçün ən münasib yaş həddidir. Ancaq izdivac etmənin yuxarıda qeyd olunan yaş həddindən sonrakı mərhələyə saxlanılması düzgün deyil. Çünki cismani, ruhi və ya ictimai hadisələrə gətirib çıxara bilər. Bu yaşda cinsi instinkt tamamilə oyanmış vəziyyətdəolur, bütün var gücü ilə təhrik edir və cavanı öz təziqi altında saxlayır. Və bunu şəriətlə icazə verilmiş təminatından başqa heç bir çarəsi yoxdur. Çinsi tələbat insanın suya və ya qidaya olan tələbatı kimidir. Məgər hər hansı bir ac və ya susuz adama yemə və ya içmə demək mümkündürmü? Məgər başqa bir iş, məsələn idman, əyləncə və ya hər hansı bir oyun növü insanın bu tələbatlarını ödəyə bilərmi? Cinsi ehtiyacda aclıq və ya susuzluq kimi bir şeydi, bəlkə də ondan daha şiddətli, daha güvvətli ehtiyacdır. Və əgər bu təbii tələbat icazə verilmiş yolla təmin edilməzsə, onda həmin hisslər, həmin tələbat insanı qadağan edilmiş yollarla və ya günah işlətməyə sövq edirə bilər. Belə olduğda zaman onun qarşısını almaq çox çətin olacaqdır. Gəncin bu yasaq edilmiş yollardan çəkindirilməsi də inam, etiqad, həya və əxlaqi təmizlik yolları ilə həyata keçirilməli və o, özü qeyd etdiyimiz cinsi instinktin qarşısını almalıdır. Əks təqdirdə, xeyli günahlara bata bilər. Amma bütün bunlara baxmayaraq, gəncdə elə bir mərhələ yetişir ki, artıq bu cini instinktin qarşısının alınması qeyri-mümkün olur. Və bu halda, yəni müəyyən yaş həddində izdivacdan savayı başqa bir yol var qalmır. Nə qədər mümkündürsə, bir o qədər tez izdivac etmək olmaz.
Dostları ilə paylaş: |