Bildirişlər
1. Bütün hakimiyyətlərin gerçək maliki Allahdır. Allahdan qeyriləri üçün hakimiyyət müvəqqəti və məhduddur.
2. Əgər malik Odursa, demək, başqalarına hakimiyyət əmanət olaraq verilir və onlar əsl malikin razılığı əsasında əməl etməlidirlər.
3. Bir halda ki, insan həqiqi mülk sahibi deyil, nə üçün ona verilmiş əmanətlə qürrələnsin və ya əlindən çıxdıqda məyus olsun?!
4. Allah layiq olan kəsə hakimiyyət verir. Necə ki, Süleymana, Yusifə, Taluta, Zülqərneynə hakimiyyət əta etdi.
5. Hökumət və hakimiyyət insanda vurğunluq yaradır. Qoparmaq mənası verən “nəzə” sözü bir növ vurğunluq nişanəsidir.
6. İzzət və zillət Allahın əlindədir. Kimsədən izzət gözləməyin. (Bu məsələyə “Nisa” surəsinin 139-cu ayəsində də işarə olunmuşdur.)
7. Dua və ibadətdə tövhid prinsipini gözləmək bir zərurətdir.
8. Bir şey ki, Ondandır, demək, vermək də, almaq da xeyirlidir. Biz isə tələsik mühakimələrimizdə bunun fəlsəfəsini anlamırıq.
9. Pisliklərin qaynağı acizlik və zəiflikdir. Hər şeyə qadir olan varlıq yalnız xeyir iş görər.
27. ﴿ تُولِجُ اللَّيْلَ فِي الْنَّهَارِ وَتُولِجُ النَّهَارَ فِي اللَّيْلِ وَتُخْرِجُ الْحَيَّ مِنَ الْمَيِّتِ وَتُخْرِجُ الَمَيَّتَ مِنَ الْحَيِّ وَتَرْزُقُ مَن تَشَاء بِغَيْرِ حِسَابٍ ﴾
“(Pərvərdigara,) Sən gecəni gündüzə və gündüzü gecəyə gətirirsən. Diridən ölü, ölüdən diri çıxarırsan. İstədiyinə saysız-hesabsız ruzi verirsən.”
Dostları ilə paylaş: |