Ali-Muhammedin sirleri indd


Peyğəmbərin (s) bəzi səhabələr haqqında sözləri



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə26/227
tarix13.02.2023
ölçüsü1,7 Mb.
#123360
1   ...   22   23   24   25   26   27   28   29   ...   227
AliMuhemmedin sirleri

 Peyğəmbərin (s) bəzi səhabələr haqqında sözləri
Əffanın oğlu dedi: “Ey Əbəl-Həsən, səndə və dostlarında mənim barəmdə 
də hədis varmı?” Əli (ə) dedi: “Bəli, Peyğəmbərin (s) səni iki dəfə tənqid etdi-
yini eşitmişəm. Tənqiddən sonra isə sənin üçün Allahdan bağışlanma dilədiyini 
əsla eşitmədim”.
Əffanın oğlu qəzəblənib dedi: “Mənim sizinlə nə işim. Heç vaxt məndən əl 
çəkmirsiniz, nə Peyğəmbərin vaxtında, nə də ondan sonra!”
İmam Əli (ə) dedi: “Elədir, Allah səni alçaldır!” Əffanın oğlu dedi: “Alla-
ha and olsun ki, Peyğəmbərin (s) belə dediyini eşitmişəm: “Zübeyr İslamdan 
mürtəd olaraq öldürüləcək!”. 
Salman dedi: “Əli (ə) mənə yavaşcadan dedi: “Əffanın oğlu düz deyir. 
Əffanın oğlunu qətlə yetirildikdən sonra o (Zübeyr) mənə beyət edəcək, sonra 
beyətini qırıb mürtəd olaraq qətlə yetiriləcək.
Peyğəmbərdən (s) sonra bəzi səhabələrin halı 
Salman deyir ki, Əli (ə) buyurdu: “Dörd nəfərdən savayı camaatın hamısı 
Peyğəmbərdən (s) sonra dindən döndülər”. Camaat Peyğəmbərdən (s) sonra 
Harunun müqabilində buzova ibadət edənlərin nisbətində idilər. Əli Harun
yaşlı səhabə buzov və Səhhakın oğlu da Samirinin qismində idilər.
Peyğəmbərin (s) belə buyurduğunu eşitdim: “Mənə yaxınlığı ilə tanınan 
səhabələrimdən bir dəstəsi Sirat üzərindən keçmək üçün gələcəklər. Bu zaman 


Ali-Muhəmmədin sirləri
37
onlar məni, mən də onları görəcək, onlar məni, mən də onları tanıyacağam. 
Həmin vaxt onlar məndən uzaqlaşdırılacaqlar. Mən deyəcəyəm: “Ey Rəbbim, 
səhabələrim, səhabələrim!” Mənə deyiləcək: Səndən sonra nələr etdiklərini 
bilmirsənmi! Sən onların arasından ayrıldıqdan sonra onlar dindən döndülər. 
Mən deyəcəyəm: “Uzaq olsun, uzaq olsunlar!”
Peyğəmbərin (s) belə dediyini eşitdim: “Ümmətim addımbaaddım, qarış-
baqarış Bəni-İsrailin etdiklərini edəcəklər, hətta bir yerə daxil olduqda birlikdə 
daxil olacaqlar. Tövrat və Quranı bir mələk bir vərəqin üzərində və bir qələmlə 
yazıb. Onların bənzərliyi və tutduqları yol eynidir.



Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin