Аллаһын елчиси



Yüklə 1,08 Mb.
səhifə105/130
tarix11.01.2022
ölçüsü1,08 Mb.
#110706
1   ...   101   102   103   104   105   106   107   108   ...   130

AZADLIQ Və QANUN


İctimai azadlıq üçün iki şey daim təhlükəlidir: İstibdad və həcr-mərclik. Ona görə də azadlıq qanuni olmalıdır ki, təminatlı və davamlı olsun. Doğru fikir deyil ki, qanunçuluq azadlıqla ziddir və heç bir məhdudiyyət ola bilməz. Belə bir azadlıq hərc-mərclikdir. İstibdad azadlıq üçün təhlükəli olduğu kimi, özbaşnalıq da eyni dərəcədə təhlükəlidir. Özbaşnalığın ilki qurbanı elə azadlıqdır. Azadlıq bünövrəli olmalıdır. Ona görə də belə demək olmaz ki, istədiyini edən adama mane olmaq olmaz. Belə bir sual yarana bilər ki, azadlıq necə məhdudlaşa bilər? Cavab üçün doğru bir baxışı xatırlayırıq.

Hər bir cəmiyyət müəyyən inamları əsas götürür. İctimai ənənələr bu əsaslara azad fəaliyyət göstərə bilər. Hər bir cəmiyyətdə azadlığı çərçivəyə salan ənənələr vardır. Tutaq ki, ictimai asayiş bir meyardır. Fərdlər və qrupların azadlığı bu meyar pozmalardır. Kimsə «mən azadam» deyə bu asayişi poza bilməz. İctimai əqidələrə görə bu azadlıq yox, azadlığın ziddidir. Çünki bu hərəkət başqalarının azadlığını pozur. Kimsə «mən azadam, başqalarının asayişini poza bilərəm», deyə bilməz. Bu azadlıqdan pis məqsədlə istifadə etməkdir.

Dini bir cəmiyyətdə əsil hədəf ilahi və insani dəyərlərin gerçəkləşməsidir. İctimai azadlıq da bu ilahi dəyərlər çərçivəsindən çıxmamalıdır. Azadlığın hədləri bu dəyərlərin çərçivəsi ilə məhdudlaşır. Ona görə də bu dəyərlərə toxunan istər fərdi və ya ümumi bir fəaliyyət dini siyasi qurum tərəfindən qəbul olunası deyil. Çünki heç bir cəmiyyət yol verməz ki, azadlıq adı altında onu qayda-qanunları pozulsun.

əgər dini bir cəmiyyətdə insan dəlil-sübuta baxmayaraq öz yanmış əqidəsində qalmışsa, ona istədiyi azadlıq verilə bilməz. Çünki həmin şəxs təbliğat yolu ilə başqalarını da yoldan çırara bilər.

Dini cəmiyyətdə ilahi dəyərlərin ziddinə yönəlmiş və ona zərbə vuran istənilə bir fəaliyyət azad deyil. Din insanlar ictimai azadlıq verəndə günah və fitnə azadlığını nəzərdə tutulur. Əksinə, insani dəyərlər ziddinə olan bütün fəaliyyətlərin qarşısı alınır. Söhbət bu ilahi dəyərlərə etinasızlıq göstərənlərin doğru yola dəvətindən və ya məsuliyyətə cəlb olunub, tənbeh olunmasından gedir.

Azadlığı hədiyyə gətirmiş Rəsulullah (s) onu dini dəyərlərlə əsaslandırmışdır. Yalnız bu halda insani dəyərlər qoruna bilər. Bu dəyərləri vurub keçən azadlıq bəladır və dini cəmiyyət onunla barışmazdır. Rəhmət peyğəmbəri olan həzrət (s) belə hallarda rəhm olunmamasına çağırır. İnsani dəyərləri tapdayan şəxs ciddi şəkildə tənbeh olunmalıdır. «Allaha axirət gününə inanırsınızsa, Allahın dini barəsində ürəyiniz onlara yumşalmasın möminlərdən bir dəstə onların əzabına şahid olsun» («Nur» 2). Bu əmr azadlıq məhdudlaşmır. Sadəcə, azadlıq əsaslandırılır və qanuniləşdirilir.

Rəsulullahın (s) ilahi siyasi cəmiyyətində xalq mədəni, ictimai-siyasi sahələrdə azad şəkildə iştirak edir. Dini cəmiyyət təqva və paklığa əsaslandığından azadlıq insani dəyərlərlə məhdudlaşır.


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin