Аллаһын елчиси



Yüklə 1,08 Mb.
səhifə63/130
tarix11.01.2022
ölçüsü1,08 Mb.
#110706
1   ...   59   60   61   62   63   64   65   66   ...   130

2-PEYĞəMBəR YOLU


Quranda başqalarına yol göstərmək üçün böyük, ülul-əzm, qeyri ülul-əzm peyğəmbərlərin mübarizə yolu təhlil edilir. Bu yol tağutla mübarizə və tövhidə dəvət yoludur. Heç bir peyğəmbər bu risalətdən uzaq deyildir. «Hər bir ümmtə peyğəmbər göndərdik ki, onun risaləti tövhidə dəvət və tağutdan çəkindirmək olsun» («Nəhl» 36). Tağutu əzmədən tövhid mümkün deyil. Peyğəmbərlər tövhidin gerçəkləşməsi üçün bu mübarizəni aparmış və xeyli bu əziyyətlərə dözmüş, İbrahim (ə) əlində balta tağutun şərini azaltmağa çalışmışdır. Musa cəhad edib, Fironu dəryada qərq etmiş. Quran bu insanları nümunə, hətta müsəlman kimi təqdim edir. «Ey möminlər, İsanın həvariləri kimi Allaha yar olun» («Səf» 14). Bu bütün peyğəmbərlərin getdiyi yoldur və çoxları bu yolda şəhid olmuşlar. «Peyğəmbərləri haqsız yerə öldürdülər» («Bəqərə» 61). Görən peyğəmbərlər xalqa yalnız məsələ, din öyrətdikləri üçünmü şəhid edilirdilər? Hansı cahil belə bir qətlə əl atar?! Peyğəmbərlərin yolu tağut və onların cəhənnəm siyasəti ilə mübarizdir. Məqsəd Allahın bəndələrini tağut hakimiyyətindən azad etməkdir. «Öz peyğəmbərləri ilə birgə cəhad edən ilahi havadarlar çoxdur» («Ali-imran» 146). Tağut hakimiyyətindən qurtulan kimi ilahi qurtuluş yaradılır. Qəbul etmək olmaz ki, tağutla mübarizədən sonra xalq özbaşına buraxıla. Musanın (ə) risaləti haqqında danışılarkən buyurulur ki, Musa Allahın bəndələrinin ona tapşırılmasını istəyir: «Allahın bəndələrini mənə verin» («Düxan» 18). Cəmiyyətdən öz cəhənnəm hakimiyyətini qır. («Naziat» 24). Qoy mən xalqı öz Rəbbinə tərəf aparım. «Zorlulara baş ucalığı, hamının üzərində qələbə» şüarını buraxın ki, mən onları «ucalıq nəfsi paklıqdandır» şüarına sövq edim. Musa Firondan xalqa azadlıq istəyir. Firon hakimiyyəti cəmiyyətə həmin bu siyasi və ictimai müdiriyyətdir. O, deyir: «Qanun mənim qanunumdur, mən sizin rəbbinizəm». Özün xalqa Allah elan edən Firon özü bütpərəst idi. Firona dedilər: «Musanı tayfasının fitnə-fəsad törətmək, həm səni, həm tanrılarını atıb getmək üçünmü buraxacaqsan («əraf» 127). Musanın Fironla mübarizəsinin əsas tərəfi ictimai-siyasi tərəfdir. Musa xalqın başı üzərində bu zülmü qaldırıb, ilahi bir quruluş qurmaq istəyir. Onun Fironu süquta yetirib, «bu yerə kim gələcək» deyə sakitcə gözləməsi məqbul bir hərəkət olmazdı. Peyğəmbərlərin həyatını geniş təhlil edən bu ayələrdən məlum olur ki, onların ictimai-siyasi fəaliyyəti peyğəmbərlik məqamı ilə yanaşı olmuşdur.

Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin