Qanitirmə dərəcələrinin təsnifaı
(A.İ. Qorbaşko, 1982)
Qanitirmənin göstəriciləri
|
Qanitirmə dərəcələri
|
Yüngül
|
Orta
|
Ağır
|
Qanın həcminin defisiti (%-lə)
|
20%-ə qədər
|
21-30%
|
30%-dən çox
|
Eritrositlərin miqdarı
|
3.5x1012/l
|
2.5x1012/l-ə qədər
|
2.5x1012/l-dən az
|
Hb səviyyəsi
|
100 q/l
|
83-100 q/l
|
83q/l-dən az
|
Puls (dəqiqə)
|
80-a qədər
|
80-100
|
100-dən çox
|
A/T (sistolik mm.c.s)
|
110
|
110-90
|
90-dan az
|
Hematokrit (%)
|
30%-dən çox
|
25-30%
|
25%-dən az
|
Ekstremal şəraitdə daha sadə üsuldan istifadə olunur.
İndeks= nəbzin sayı (dəqiqədə)/ A/T sistolik
Allgöwer, Burry indeksi ilə qanitirmənin həcminin təyin edilməsi.
İndeks
|
Itirilmiş qanın həcmi (%-lə)
|
0.4
|
0
|
0.78
|
10-20%
|
0.99
|
20-30%
|
1.11
|
30-40%
|
1.38
|
40-50%
|
1.5-dən çox
|
50%-dən çox
|
Lakin bu indeks pediatriyada istifadə olunmur.
Kəskin qanaxmalarda müalicə sxemi:
500 ml qanitirmədə 1000-1500 ml kristalloid məhlul infuziya olunmalıdır.
1000 ml qanitirmə zamanı 300-500 ml eritrosit kütləsi+400 ml kolloid+1000 ml kristalloid məhlullar infuziya olunmalıdır.
1500 ml qanitirmə zamanı 750-1000 ml eritrosit kütləsi+800 ml kolloid+150 ml təzə dondurulmuş plazma+2000 ml kristalloid məhlul infuziya olunmalıdır.
2000 ml qanitirmədə 1300-1500 ml eritrosit kütləsi+1000 ml kolloidlər+300 ml təzə dondurulmuş plazma+3500 ml kristalloid məhlullar infuziya olunmalıdır.
Transfuziyanın həcmi hemodinamik göstəricilərin stabilləşməsindən asılıdır. Eritrosit və təzə dondurulmuş plazmanın həcmi köçürülmüş mayenin həcminin yarısından az olmamalıdır. Köcürülən plazma və eritrositlərin nisbəti 3:1 olmalıdır və plazma eritrositlərdən əvvəl köcürülməlidir.
Nəzərə almaq lazımdır ki, vena daxilinə infuziya olunmuş duz məhlulları dövr edən qanın həcmini kolloidlərə nisbətən daha az artırır. 1 litr Ringer-laktat məhlulu dövr edən qanın həcmini 300 ml, 100 ml 25% albumin məhlulu isə 2 saatdan sonra dövr edən qanın həcmini 450 ml artırır. Kəskin və iri həcmli qanitirmə zamanı qlükoza məhlulları köçürmək məsləhət deyil. Çünki qlükoza məhlulları metabolitik prosesə uğrayaraq sərbəst su şəklində damarı tərk edir, interstisial boşluğa və hüceyrə daxilinə keçir. Hər 100 ml 5% qlükoza məhlulundan ancaq 10 ml qan dövranında qalır.
Hipertonik duz məhlulları (7,5%) damardakı həcmi izotonik məhlullara nisbətən daha çox artırır. 200 ml 7,5% natrium xlor məhlulu damardaxili həcmi təxminən 1l artırır. Catışmayan mayenin əvəz olunmasını venoz təzyiq və hər saatda olan diurezlə təyin etmək olar. Venoz təzyiq 12-15 mm su s. və diurez 30 ml/saat deyilsə, deməli infuzion terapiya davam etməlidir.
Dostları ilə paylaş: |