Profilaktika. Risk qrupuna aid xəstələrdə latent dəmir catışmazlığını aşkar edib tərkibində daha çox dəmir olan qida məhsulları və dəmir preparatları ilə profilaktik tədbirlər aparmaq lazımdır.
Latent mərhələdə dəmir çatışmazlığını aşkar edərək ona uyğun terapiyanın aparılması həm də sosial əhəmiyyətli bir problemdir. Çünki dəmir çatışmazlığı əmək qabiliyyətinin azalmasına, həyat keyfiyyətinin pisləşməsinə, hamiləlik və doğuş zamanı ağırlaşmalara, uşaqlarda inkişaf ləngimələrinə, intellekt və davranışın pozulmasına gətirib çıxarır.
Dəmir defisitli anemiyanı aşkar etmək üçün hemoqlobin və hematokrit aşağıdakı yaş dövrlərində nəzarətdə saxlanılmalıdır:
südəmər dövrü 6-9 ay;
uşaqlıq dövrü 5-12 yaş;
yeniyetməlik və gənclik dövrü 14-20 yaş
Uşaqlarda dəmir defisitli anemiyanın profilaktikası antenatal dövrdən başlanmalıdır. Bütün hamilə qadınlara, xüsusən hamiləliyin ikinci yarısında dəmir preparatları təyin etmək lazımdır. Postnatal dövrdə çoxdöllü hamiləlikdən və doğulan zaman çəkisi az olan uşaqlara 3-6 aylığında sutkada 2-3 mq/kq elementar dəmir təyin etmək məsləhətdir (Vud M., Bann.P. 2001). Vaxtından əvvəl doğulmuş uşaqlara tam dəmir ehtiyatını bərpa etmək məqsədi ilə 2 ilə qədər profilaktik terapiya aparılmalıdır.
Qanaxma və qanitirmələrlə müşahidə edilən xəstəliklərin diaqnostika və müalicəsi də dəmir defisitli anemiyanın profilaktikası hesab olunur. Belə xəstəliklərə hemorroy, xora xəstəliyi, eroziv qastrit, qeyri-spesifik xoralı kolit, uşaqlıq fibromatozu, diafraqma yırtığı, bağırsaq şişləri və s. aiddir.
Bəzən dəmirin çatışmazlığını yaradan səbəbi aradan qaldırmaq mümkün olmur. Anenteral dəmir defisitli anemi-yası olan xəstələrə hər ay 7-10 gün,gur aybaşılar zamanı da hər ay eyni qaydada dəmir preparatı təyin etmək lazımdır.
Xəstəliyin profilaktikası daima qan verən donor-larda, hamiləlikdən əvvəl gur və uzun müddətli aybaşı olan qadınlarda, qısa fasilələrlə bir neçə dəfə hamilə olan qadınlarda aparılmalıdır.
Dəmir defisitinin profilaktikası yeniyetmələrdə, xüsusən qızlarda cinsi yetkinlik vəinkişafın sürətləndiyi dövrdə, aktiv idmanla məşğul olanlarda (tərkibində dəmir olan əzələ kütləsinin artması) və kifayət qədər qidalanmayan insanlardada aparmaq məsləhətdir.
Dostları ilə paylaş: |