Anemiyalar



Yüklə 1,02 Mb.
səhifə23/129
tarix06.01.2022
ölçüsü1,02 Mb.
#111990
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   129
Biokimyəvi müayinələr. Plazmada əsas zülalların-fib­ro­nektin, seruloplazmin, qap­toqlobulin, C-reaktiv zülal, sero­mukoid və amiloidin konsentrasiyası artır, albumin və trans­ferrin azalır.

Differensial diaqnoz. Xroniki xəstəliklər anemiyasını hipoxrom ane­mi­ya­lar­la, birinci növbədə dəmir defisitli ane­miya ilə differensiasiya etmək lazımdır. Zər­da­bın dəmir birləşdirmək qabilliyyətini və ferritinin səviyyəsini öyrənmək əhə­miy­yət­li­dir. Dəmir defisitli anemiyada bu göstəricilər dəyişdiyi halda xroniki xəstəliklər ane­mi­yasında norma həd­dində olur. Transferrinin həll olan reseptorları xroniki xəs­tə­lik­lər anemiyasında normal olur və ya azalır dəmirdefisitli anemiyada isə bu gös­­tərici artır.

Həll olan transferrin reseptoru toxumalarda dəmir ehi­ya­tının azalmasını göstərən yeni markerdir. Bu göstərici kəs­kin fazalı reagent olmadığı üçün xroniki xəstəliklər zamanı dəyişmir. Lakin bəzən dəmir mübadiləsinin digər göstəriciləri dəyişdikdə (Hb, dəmir, ferritin) kəskin iltihabı proseslərdə həll olan transferrin reseptorlarının sə­­viyyəsi də dəyişə bilər.



Müalicə. Xroniki xəstəliklər anemiyasında müalicə əsas xəstəliyi aradan qal­dı­rıl­mağa doğru yönəlməlidir. Zərdabda dəmirin azalmasına baxmayaraq, orqanizmdə onun ehtiyatı normal olduğu üçün peroral dəmir preparatlarının təyini məqsədəuyğun deyil. Ağır anemiya zamanı hemotransfuziya-donor eritrositlərinin kö­çürülməsi məs­lə­hətdir. Rekombinant eritro­poetin preparatları da müsbət nəticə ve­rir. Anemiyanın yüngül formasında he­mo­trans­fu­zi­ya göstəriş deyil.

Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin