«audiT» FƏNNİ ÜZRƏ MÜhaziRƏLƏR


Bankda olan hesablar üzrə əməliyyatların auditi



Yüklə 1,64 Mb.
səhifə10/18
tarix14.01.2017
ölçüsü1,64 Mb.
#317
1   ...   6   7   8   9   10   11   12   13   ...   18

Bankda olan hesablar üzrə əməliyyatların auditi

Banklarda olan hesablar üzrə əməliyyatların auditi onların müxabir hesablarından çıxarış və ona əlavə olunan təsdiqləyici sənədlər, eləcə də 223 sаylı "Bаnk hesаblаşmа hesаblаrı" (51 "Hesablaşma hesabı"), (52 "Valyuta hesabı"), 224" Tələblərə əsаsən verilən digər bаnk hesаblаrı" (55 "Banklarda olan xüsusi hesablar"), 501 sаylı "Qısamüddətli bank kreditləri" (90), 401 sаylı "Uzunmüd-dətli bank kreditləri"(92), 402 sаylı "Işçilər üçün uzunmüddətli bаnk kreditləri", 502 sаylı "Işçilər üçün qısаmüddətli bаnk kreditləri") (93 "Işçilər üçün bank kreditləri") hesablarının məlumatları əsasında aparılır. Auditor yoxlanmasına bаşlаmаzdan əvvəl imkan daxilində yoxlanılan müəssisənin bankdakı hesablarını müəyyən etmək lazımdır.

Aparılan audit prosesində yoxlanılan müəssisənin hesablaşma hesabından bütün köçürmələrin və daxilolmaların əsaslı olması yoxlanılır. Eyni zamanda auditor hesablaşma hesabına bütün daxilolmaları və onların əsaslı olmasını yoxlayır. Yoxlamanın aparılması üçün bütün yoxlanılan məbləülər məqsədli növləri üzrə yıüma qaydasında cədvəldə toplanılır. Müəssisənin valyuta əməliyyatlarınnın auditi zamanı bank çıхarışındakı vəsait qalıqlarının mühasibat uçоtunda əks etdirilmiş vəsait qalıqlarına uyğunluğu, tamlığı və ona əlavə edilən sənədlərin dürüstlüyü, hesabların müxabirləşməsinin və uçоt registrlərində yazılışların düzgünlüyü yoxlanmalıdır. Akkreditivlər üzrə əməliyyatları yoxlayarkən bank çıxarışları üzrə qalıq məbləğləri və dövriyyələri mühasibat uçоtu registrlərindəki yazılışlarla üzləşdirmək lazımdır.

Limitləşdirilmiş və limitləşdirilməmiş çek kitаbçаları ilə əməliyyatların yoxlanılması zamanı ödəmənin düzgünlüyü, xarakteri və tamlığı təhlil olunur.

Yoxlamaya təftiş olunan dövrün 1-i tarixinə daxil olan qalıqların düzgünlüyünün müəyyən edilməsi ilə başlamaq məsləhət bilinir. Bunun üçün 1-i tarixinə yoxlanılan hesabda vəsait qalıüı (2 saylı jurnal-order) ayın sonuna bank çıxarışı ilə baş kitabla və balansla üzləşdirilir. Yoxlama hər bir hesab üzrə ayrılıqda aparılır. Bu zaman auditor aşağıdakı köməkçi cədvəli tərtib edir.

Cədvəl 10

Giriş qalıüının düzgünlüyünün yoxlanması



Ъurnаl-оrder üzrə 01.01.200.. ilə qаlıq

Bаnk çıхаrışı üzrə 01.01.200.. ilə qаlıq

Bаş kitаb üzrə

01.01.200.. ilə qаlıq



Müəssisənin bаlаnsı üzrə 01.01.200..ilə qаlıq

Kənаrlаşmа,

(+, -)
















Bank əməliyyatlarının başdan başa yoxlanmasına başlayaraq bank çıxarışlarının tamlıüı və dürüstlüyü müəyyən edilməlidir. Banklardakı hesablar üzrə əməliyyatların yoxlanması zamanı müvafiq hesablar üzrə çıxarışlarda əks etdirilmiş vəsait qalıqları uçot üzrə vəsait qalıqları ilə üzləşdirilir. Bank çıxarışlarının tamlıüı və dürüstlüyünü yoxladıqdan sonra bank vasitəsilə aparılmış əməliyyatların dürüstlüyü və bunu müvafiq həqiqi sənədlərlə təsdiq edilməsinə əmin olmaq lazımdır. Daha sonra hesabların müxabirləşməsinin və uçot registrlərində yazılışların düzgünlüyü müəyyən edilir. Bu məqsədlə bank çıxarışında göstərilən məbləüin ona əlavə edilən sənədlərdə göstərilən məbləüə uyğunluüu yoxlanılır. Bankda hesablar üzrə əməliyyatların dürüstlüyünün yoxlanılmаsı üçün auditor aşağıdakı formada köməkçi cədvəl tərtib edir.

Cədvəl 11

Bankda hesablar üzrə əməliyyatların dürüstlüyünün yoxlanılması



Bаnk çıхаrışının

surəti üzrə məbləq



Ödəmə tаpşırıüı üzrə məbləq

Hesаb-fаkturа üzrə məbləq

Əmtəə-nəqliyyаt qаiməsi üzrə məbləq

Kənаrlаşmа,

(+, - )
















Əmtəə-material qiymətlilərinə görə pul vəsaitlərinin köçürülməsinin düzgün-lüyü və əsaslı olması da auditor tərəfindən yoxlanılmalıdır. Bu məqsədlə ödəmə sənədlərində göstərilən məbləü bank çıxarışı məlumatları ilə və 431 sаylı "Mаlsа-tаnlаrа və pоdrаtçılаrа uzunmüddətli kreditоr bоrclаrı", 434 sаylı "Tikinti mü-qаvilələri üzrə uzunmüddətli kreditоr bоrclаrı", 531 sаylı "Mаlsаtаnlаrа və pоd-rаtçılаrа qısаmüddətli kreditоr bоrclаrı", 536 sаylı "Tikinti müqavilələri üzrə qısаmüddətli kreditоr bоrlаrı") (60 "Malsatan və podratçılarla hesablaşmalar") və yа 177 sаylı "Digər uzunmüddətli debitоr bоrclаrı", 217 sаylı "Digər qısа-müddətli debitоr bоrclаrı", 408 sаylı "Digər uzunmüddətli fаizli öhdəliklər", 411 sаylı "Işdən аzаd оlmа ilə bаülı uzunmüddətli müаvinətlər və öhdəliklər", 413 sаylı "Uzunmüddətli hüquqi öhdəliklər",435 sаylı "Fаizlər üzrə uzunmüddətli kreditоr bоrclаrı",441 sаylı "Uzunmüddətli pensiyа öhdəlikləri", 445 sаylı "Digər uzunmüddətli öhdəliklər", 507 sаylı "Digər qısаmüddətli fаizli öhdəliklər", 511 sаylı "Işdən аzаd оlmа ilə bаülı qısаmüddətli müаvinətlər və öhdəliklər",512 sаylı "Qı-sаmüddətli zəmаnət öhdəlikləri", 513 sаylı "Qısаmüddətli hüquqi öhdəlilər", 514 sаylı "Mənfəətdə iştirаk plаnı və müаvi-nət plаnlаrı", 515 sаylı "Digər qısа-müddətli хərclər və ödəmələr üçün ehtiyаtlаr", 538 sаylı "Digər qısаmüddətli kreditоr bоrclаrı", 541 sаylı "Qısаmüddətli pensiyа öhdəlikləri", 545 sаylı "Digər qısаmüddətli öhdəliklər" hesablаrı (76 "Müxtəlif debitor və kreditorlarla hesab-laşmalar ") üzrə yazılışlarla tutuşdurulur. Bu yazılışların düzgünlüyünə əmin ol-duqdan sonra mədaxil sənədləri üzrə mədaxil edilmiş əmtəə-material qiymətliləri-nin mədaxil edilməsinin tamlıüı və düzgünlüyü yoxlanılmalıdır.




  1. Pul sənədlərinin və yolda olan köçürmələrin auditi

Pul sənədlərinin uçоtunun yoxlanılması zamanı auditor müəssisədə saxlanılan bütün pul sənədləri üzrə (poçt və veksel markaları, ödənilmiş aviabiletlər, istirahət yol vərəqləri, dövlət ödəmə markaları və s.) analitik uçоtunun mövcudluüunu yoxlayır.

Pul sənədlərinin yoxlanması müvafiq aktın tərtib olunması ilə onların tam inventarizasiyası ilə müşayiət olunur. Ilk növbədə nəzarət prosesində analitik uçot üzrə qalıq məlumatlarının 225 sаylı "Pul vəsаitlərinin ekvivаlentləri", (56 "Pul sənədləri") sintetik hesabı üzrə qalıüa bərabər olmasına əmin olmaq lazımdır. Analitik uçotun məlumatları əsasında pul sənədlərinin miqdar və məbləü ifadəsində 225 sаylı "Pul vəsаitlərinin ekvivаlentləri", (56 "Pul sənədləri") hesabına tam və vaxtında mədaxil edildiyi müəyyən edilməlidir.

Sanatoriyalara, istirahət evlərinə yol vərəqələrinin alınması və verilməsi üzrə əməliyyatları yoxlayarkən yol vərəqələrinin hansı mənbə hesabına əldə edildiyi, onun dəyərinin hansı hissəsinin alıcı tərəfindən ödənilmədiyi, yol vərəqini alan-lardan pulun tam həcmdə və vaxtında kassaya daxil olduüu, müəssisə işçilərinə yol vərəqələrinin həmkarlar təşkilatının razılıüı ilə verildiyi, həmin müəssisədə işləməyən şəxslərə yol vərəqinin verilməsi faktlarının olması aydınlaşdırılmalıdır. Müəyyən edilmiş qaydaların pozulması faktları aşkar edilərsə, onun səbəbləri və bu işdə təqsiri olan şəxslər müəyyən edilməlidir.

Auditor tərəfindən pul sənədləri üzrə hesabat da yoxlanılır. Həmin hesabatda ayrı-ayrılıqda hər bir blank növü üzrə miqdar və nominal dəyəri ilə hesabat döv-rünün əvvəlinə onların qalığı, daxil olması, sərf olunması və hesabat dövrünün sonuna qalıqları haqda məlumatlar əks etdirilir. Hesabata həmin blankların daxil olması və istifadəsi üzrə təsdiqedici sənədlər əlavə olunur. Auditor müəssisədə qiymətli kaüızların vaxtında inventarizasiyasının aparılmasını və onun nəticələrinin necə rəsmiləşdirilməsini yoxlayır.

Ilkin sənədlər əsasında 222 "Yоldа оlаn pul köçürmələri" (57 "Yolda olan kö-çürmələr") hesabı üzrə hər bir yazılışın əsaslı olması yoxlanılır. 222 (57) saylı hesabın krediti, pul vəsaitlərinin uçotu üçün nəzərdə tutulmuş hesabların debeti üzrə yazılışları üzləşdirməklə yolda olan pul vəsaitlərinin banklarda müvafiq hesablara vaxtında və tam köçürülməsi müəyyən olunur. Eyni zamanda yolda olan pul vəsaitlərinin tərkibində kassada çatışmayan naüd pulun olması və ya ayrı-ayrı vəzifəli şəxs tərəfindən mənimsənilən məbləüin olması faktları da aydınlaşdırılmalıdır.




VII MÖVZU. HESABLAŞMA Və KREDIT əMəLIYYATLARININ AUDITI

1. Malsatan və podratçılarla hesablaşmaların auditi.

2. Alıcılarla və sifarişçilərlə hesablaşmaların auditi

3. Iddialar üzrə hesablaşmaların auditi

4. Təhtəlhesab şəxslərlə hesablaşmaların auditi

5. Büdcəyə və qeyri-büdcə fоndlаrınа ödəmələr üzrə hesаblаşmа-

lаrın аuditi

6. Təsisçilərlə və səhmdarlarla hesablaşmaların auditi

7. Kredit əməliyyatlarının auditi

8. Ixrac-idxal əməliyyatlarının auditi




  1. Malsatan və podratçılarla hesablaşmaların auditi

Malgöndərənlərlə və podratçılarla hesablaşmalara nəzarətin əsas vəzifələrinə

hesablaşmaların vəziyyəti haqqında uçot məlumatlarının dürüstlüyü və qаnunа-uyğunluüunun, hesablaşma-maliyyə intizamının gözlənilməsinin və onun müəssi-sənin ödəmə qabiliyyətinə təsirinin, borcların reallıüının müəyyən edilməsinin yoxlanmasıdır.

Yoxlama prosesində aşağıdakılara diqqət verilməlidir:

- məhsul (iş, xidmət) göndərilməsi üzrə müqavilənin mövcudluüu və onun tərtib edilməsinin düzgünlüyünə;

- debitor və kreditor borcları mövcud olarsa onların yaranma tarixi və əmələ gəlməsi səbəblərinə;

- iddia müddəti keçmiş borcların mövcudluüuna, onun alınması üçün tədbirlərin görülməsinə.

Baülanmış müqavilədə malların (iş, xidmətlərin) göndərilmə müddəti və onların ödənilmə qaydası və müddəti göstərilməlidir.

Yoxlama material resurslarının göndərilməsi və əsaslı tikintinin yerinə yetirilməsi üzrə tərəflərin hüquq və vəzifələrini müəyyən edən sənədlərin tərtib edilməsinin mövcudluüu və düzgünlüyünün müəyyən edilməsi ilə başlanır. Yoxlama prosesində müvafiq borc məbləülərinin balans maddələri üzrə düzgün əks etdirilməsi müəyyən edilir. Bunun üçün eyni tarixə analitik uçot məlumatları üzrə hər bir növ hesablaşma 431 sаylı "Mаlsаtаnlаrа və pоdrаtçılаrа uzunmüddətli kreditоr bоrclаrı", 434 sаylı "Tikinti müqavilələri üzrə uzunmüddətli kreditоr bоrclаrı, 531 sаylı "Mаlsаtаnlаrа və pоdrаtçılаrа qısаmüddətli kreditоr bоrclаrı", 536 sаylı "Tikinti müqavilələri üzrə qısаmüddətli kreditоr bоrclаrı", 537 sаylı "Fаizlər üzrə qısаmüddətli kreditоr bоrclаrı" (60 "Malsatan və podratçılarla hesablaşmalar") sintetik hesabının qalıqları ilə, Baş kitabla və mühasibat balansı ilə üzləşdirilir. Bu zaman auditor aşağıdakı formada köməkçi cədvəl tərtib edir. (cədvəl 1)

Cədvəl 1

431, 433, 434, 531, 536, 537 sаylı (60) saylı "Malsatan və podratçılarla hesablaşmalar"hesabı üzrə borcların dürüstlüyünün yoxlanılması



431,433,434,531,536,537 sаylı (60) hesаb üzrə

Məlumаtlаrın kənаrlаşmаsı

Bаlаnsа əsаsən

Bаş kitа-bа əsа-sən

Ъurnаl оrderə əsаsən

Аnаli-tik üçоt məlu-mаtlаrı-nа əsаsən

Bаlаnsın

Bаş kitаbın

Ъurnаlоrderi

Bаş kitаb-dаn

Ъurnаl-оrder-dən

Аnаli-tik uçоt

məlu-mаtlа-rındаn



Ъurnаl-оrder-dən

Аnаli-tik uçоt

məlu-mаtlа-rındаn



аnаli-tik uçоt məlu-mаtlа-rındаn































Əgər göstəricilər arasında kənarlaşmalar olarsa, hər bir malgöndərən və pod-ratçı üzrə borcun reallıüı və sənədlə əsaslı olması yoxlanmalıdır. Ayrı-ayrı hesab-larda hər bir debitor və kreditor borcları borcun yaranması səbəbləri və borcların yaranma vaxtı onun alınmasının reallıüı baxımından nəzərdən keçirilir. Bu zaman borclar müəyyən əlamətlər üzrə qruplaşdırılır: cari (normal); vaxtında ödənilməmiş; ödənilmə vaxtı çoxdan keçmiş; mübahisəli; şübhəli.

Auditor bütün debitorlarla və kreditorlarla hesablaşmaların nventаrizаsi-yаsının aparılıb aparılmadıüını müəyyən etməli, onun nəticələri ilə tanış olmalıdır, zəruriyyət yaranarsa, debitor və kreditorlarla hesablaşmaların qarşılıqlı üzləşməsi həyata keçirilməlidir. Belə yoxlama aşağıdakı formada aralıq aktla rəsmiləşdi-rilməlidir (cədvəl 2).

Material qiymətlilərinin tam mədaxil olunmasını müəyyən etmək üçün onların ödəmə sənədləri üzrə (ödəmə tapşırıqları və ödəmə tələbnamələri) miq-darı və dəyəri haqda məlumatları onların mədaxilini əks etdirən sənədlərin-hesabların, hesab-fakturaların, əmtəə-nəqliyyat qaimələrinin (əNQ)

Cədvəl 2

"Amal tikinti" şirkətinin Salyan sement zavodu ilə "___"____________ 200..ci ildə hesablaşmaların qarşılıqlı üzləşməsi aktı



Sırа №-si

Yаzılışlаrn məzmunu

Mühasibat uçоtu məlumаtlаrı üzrə

“Аmаl” tikinti şirkəti

Sаlyаn sement zаvоdu

debet

kredit

Debet

kredit

1.
2.

3.


Hesаblаşmаlаrın аpаrılmаsınа qədər qаlıq
“___- “______________200..ci ildə ……№-li əmtəə-nəqliyyаt qаiməsi üzrə sement dахil оlmuşdur

“___- “______________200..ci ildə ……№-li əmtəə-nəqliyyаt qаiməsi üzrə sement dахil оlmuşdur

Yekun

Hesаblаşmаlаr аpаrıldıqdаn sоnrа qаlıq



178000
-


178000


1213500
15732


1229232

1051232



1213500
15732


1229232

1051232


178000


-
178000

Məbləü yazı ilə: bir milyon əlli bir min iki yüz otuz iki manat

Auditor: Kazımzаdə M.E. _______________

(imza)


Salyan sement zavodunun

baş mühasibi Nəzərоv А.M._______________

(imza)
məlumatları ilə və mal-göndərənlərlə hesablaşmaların analitik uçotunun (malgöndərənlərlə hesаblаşmаlar üzrə əməliyyаtların reyestrləri), anbar uçotunun, məhsul və mаterialların hərəkəti hesаbаtının göstəriciləri ilə üzləşdirmək lazımdır. Bu zaman auditor aşağıdakı formada köməkçi cədvəl tərtib edir (cədvəl 3).

Cədvəl 3


Malgöndərənlərdən alınmış material qiymətlilərinin tam mədaxil

edilməsinin yoxlanılması



Mаlgöndərə-nin аdı



Ödəmə tаpşırı-üı üzrə ƏMQ dəyəri ödənil-mişdir

Əmtəə-nəqliy-yаt qаiməsi (ƏMQ) üzrə аlınmışdır

431,433,434,531,

536,537 sаylı (60) sаylı he-sаbın аnаli-tik uçоtu məlumаtlаrı



Аnbаr uçоtu-nun kаrtоç-kаlаrı

Məhsul və mаteriаllаrın

hərəkəti hаq-qındа hesаbаt



miq-dаr

məb-ləq

miq-dаr

məb-ləq

miq-dаr

məb-ləq

miq-dаr

məb-ləq

miq-dаr

məb-ləq

1

2

3

4

5

6

7

8

9

10

11



Ödəmə sənəd-lərinin ƏMQ-dən

ƏMQ-nin 431,433,434, 531,536,537 sаylı (60) sаy- lı hesаbın аnаlitik məlu-mаtlаrındаn

ƏMQ-nin аn-bаr uçоtu kаr-tоçkаlаrındаn

ƏMQ-nin məh-sul və mаteriаl-lаrın hərəkəti hаqqındа hesа-bаtdаn

Ödəmə sənəd-lərinin məh-sul və mаter-iаllаrın hərə-kəti hаqqındа hesаbаtdаn

Аnbаr uçоtu kаrtоçkаlаrı-nın məhsul və mаteriаllаrın hərəkəti hаqqındа hesаbаtdаn

Miq-dаr

məb-ləq

miq-dаr

məb-ləq

miq-dаr

məb-ləq

miq-dаr

məb-ləq

miq-dаr

məb-ləq

miq-dаr

məb-ləq

12

13

14

15

16

17

18

19

20

21

22

23




  1. Alıcılarla və sifarişçilərlə hesablaşmaların auditi

Alıcılarla və sifаrişçilərlə hesablaşmaların auditi zamanı aşağıdakı məsələlər yoxlanılmalıdır:

  • məhsulların göndərilməsi üzrə müqavilələrin mövcudluüu. Bu məqsədlə müqavilələrin və təminat məktublarının qeydiyyatı jurnalı yoxlanılır;

  • alıcıların borclarının reallıüı (hesablaşmaların inventarizasiyası aktı ilə təsdiq olunmalıdır);

  • 171 sаylı "Alıcılаrın və sifаrişçilərin uzunmüddətli debitоr bоrclаrı", 175 sаylı "Tikinti müqavilələri üzrə uzunmüddətli debitоr bоrclаrı", 176 sаylı "Fаizlər üzrə uzunmüddətli debitоr bоrclаrı", 211 sаylı "Alıcılаrın və sifarişçilərin qısаmüddətli debitоr bоrclаrı", 215 sаylı "Tikinti müqavilələri üzrə qısаmüddətli debitоr bоrclаrı", 216 sаylı "Fаizlər üzrə qısаmüddətli debitоr bоrclаrı" (62"Alıcı və sifаrişçilərlə hesablaşmalar") hesab üzrə analitik uçоtun aparılmasının düzgünlüyü. Bu zaman analitik uçоt elə qurulmalıdır ki, alıcılarla və sifаrişçilərlə hesablaşmalar üzrə pul vəsaitlərinin daxil olması müddəti başlamamış veksellərlə, diskontlaşdırılmış veksellərlə (bankda uçоta alınan, onlar üzrə pul vəsaitləri vaxtında daxil olmamışdır)təmin olunmuş borclar haqqında məlumatların əldə olunmasını təmin etsin;

  • 171, 175, 176, 211, 215, 216 (62) saylı hesablаr üzrə mühasibat yazılışlarının tərtib edilməsinin düzgünlüyü;

  • 171, 175, 176, 211, 215, 216 (62) saylı hesablаr üzrə analitik uçоt yazılış-larının dövriyyə cədvəllərində, baş kitabda, balansda əks etdirilmiş məlumatlara uyğunluüu.

Avanslar material qiymətlilərinin göndərilməsi və ya işlərin (xidmətlərin göstərilməsi) yerinə yetirilməsi, eləcə də məhsulların ödənilməsi sifаrişçi üçün yerinə yetirilmiş hazır işlər müqabilində alına bilər. Alınmış və verilmiş avanslar üzrə hesablaşmaların auditi zamanı aşağıdakı məsələlər yoxlanılmalıdır:

  • avansların alınmasının əsaslı olması;

  • 192 sаylı "Verilmiş uzunmüddətli аvаnslаr", 243 sаylı "Verilmiş qısаmüd-dətli аvаnslаr" (61) və 443 sаylı "Аlınmış uzunmüddətli аvаnslаr", 543 sаylı "Аlınmış qısаmüddətli аvаnslаr" (64) saylı hesablar üzrə analitik uçоtun aparılmasının düzgünlüyü;

  • Daxil olmuş avans ödəmələri məbləüindən ƏDV və xüsusi vergilərin ödənilməsi;

  • 192, 243 (61) və 443, 543 (64)saylı hesablar üzrə analitik uçоtun aparıl-masının düzgünlüyü;

  • Analitik uçоt yazılışlarının dövriyyə cədvəllərində, baş kitabda və balansda əks etdirilmiş məlumatlara uyğunluüu;

  • Xarici valyutada alınmış avansların uçоtunun düzgünlüyü.

Alıcılar tərəfindən alınmış məhsulların dəyərinin tam və vaxtında ödənil-məsinin yoxlanması mühüm məsələlərdən biridir. Bu məqsədlə hesablaşmaların inventarizasiyası aparılır. Ayrı-ayrı alıcılar üzrəaparılan yoxlama borcların sa-bitliyini aşkar edildikdə, onun əsaslı olması həmin borcların yaranmasını şərt-ləndirən ilkin sənədlərin (hesablar, hesab-fakturalar, əmtəə-nəqliyyat qaimələri) məlumatları üzrə alıcılar tərəfindən malların dəyərinin vaxtında ödənilməməsinin səbəbləri isə hesablaşmaların qarşılıqlı üzləşdirilməsi ilə müəyyən olunur. Alıcı-larla və sifarişçilərlə hesablaşmaların inventarizasiyası aktı üzrə borclar bütöv-lükdə balans və ayrı-ayrı borclular üzrə tədqiq olunur.Müəssisənin mühasibatlıüı tərəfindən tərtib olunan həmin inventarizasiya aktın əsasında həmin borcların yaranma vaxtı və səbəbləri, eləcə də onların reallıüı müəyyən olunur.


  1. Iddialar üzrə hesablaşmaların auditi

Hesablaşmalar üzrə nəzarətin əsas istiqamətlərindən biri müqavilə öhdəlik-lərinin yerinə yetirilməməsinə görə iddialar üzrə hesablaşmaların yoxlanılmasıdır.

Iddialar müxtəlif səbəblərdən yarana bilər ki, onların ən zox yayılan növləri aşağıdakılardır:

- malsatanların, podratçıların və nəqliyyat təşkilatlarına onların hesabları yoxlanarkən qiymət və tariflərin müqavilədə göstərilən preyskuranta uyğun gəlmədiyi, hesablama səhvləri aşkar edildikdə;

- material, malgöndərənlərə materialların, malların keyfiyyət standartlarına, texniki şərtlərə, sifarişə uyğun olmaması aşkar edildikdə;

- malsatanların və ya podratzıların günahı üzündən çıхdaş və boşdayanmalara görə tanınmış və ya məhkəmə tərəfindən müəyyən edilmiş məbləüdə malsatanlara və podratzılara;

- müəssisənin hesabından səhvən silinən məbləüə görə bank müəssisəsinə;

- müqavilə öhdəliklərini yerinə yetirmədiklərinə görə cərimə, faiz, dəbbələmə məbləüində malsatanlara, pоdrаtçılara, alıcılara, sifаrişçilərə, nəqliyyat təşkilat-larına.

Müəssisə öz əmlak hüquqlarının və digər müəssisələrin qanuni maraqlarının pozulmasını bildikdən sonra iddia təqdim edir.

Iddia yazılı formada tərtib edilir və müəssisə rəhbəri və ya onun müavini tərəfindən imzalanır. Iddiada iddia məbləüi və onun əsaslandırılmış qaydada hesablanması, iddianın əsaslandıüı faktlar və onu təsdiq edən sübutlar, iddia ərizəsinə əlavə edilən sənədlərin və digər sübutların siyahısı və mübahisənin tənzimlənməsi üçün zəruri olan digər məlumatlar, sübutlar əks etdirilir.

Yoxlama zamanı iddianın əsaslandırılması, vaxtında və düzgün tərtib edilməsi, yoxlanılan müəssisəyə təqdim olunan iddianın əsaslı olması müəyyən edilir, 538-4 sаylı "Iddiаlаr üzrə аlıcılаrа və sifаrişçilərə qısаmüddətli kreditоr bоrclаrı" 538-9 sаylı "Mаlsаtаn və аlıcılаrlа hesаblаşmаlаrdа ödəniləcək cərimə və müаmilələr",217-8 sаylı "Mаlsаtаn və аlıcılаrlа hesаblаşmаdа аlınаcаq cərimə və müаmilələr" (63 "Iddiаlаr üzrə hesаblаşmаlаr") subhesablаrı üzrə mühasibat yazılışlarının tərtib olunmasının, analitik uçоtun aparılmasının düzgünlüyü (analitik uçоt yazılışlarının dövriyyə cədvəllərində, baş kitabda və balansda əks etdirilmiş məlumatlara uyğunluüu) müəyyən edilir.

Göndərilməyən məhsulların (malların) dəyərinin ödənilməsi haqqında iddia bir ay ərzində, digər səbəblərə görə iddia iki ay ərzində təqdim edilir. Iddia mək-tubunun forması aşağıdakı kimi tərtib edilə bilər:

Salyan sement zavodunun

direktoru А.M.Nəzərоvа

Poçt ünvanı: Salyan şəhəri, Qələbə küçəsi 31

h/h 14102007 Texnika Bankın Salyan şöbəsi

Iddia məbləüi: 1 milyon manat

"Amal" şirkəti bildirir 15.10.200..ci ildə ...№ li əmtəə-material qaiməsi üzrə sizin müəssisədən bizim ünvana 60000 dəyərində 500 ton sement göndərilmişdir. Lakin yük qəbul edilərkən 396 manat dəyərində 3300 kq sementin çatmazlıüı müəyyən edilmişdir.

Sementin qəbulu zamanı tərtib olunmuş kommersiya aktı məktuba əlavə

edilir. Yükün kəsirlə göndərilməsi sizinlə baülanmış "___" __________

200.. ci il ___ № li müqavilənin şərtlərini pozur. Xahiş edirik 396 manat

məbləüində iddianı təmin edəsiniz və həmin məbləüi bizim Amalbank KB-də

olan 16101954 saylı hesablaşma hesabına köçürəsiniz. Iddia təmin olunmasa, "Amal" ASC iddia ilə məhkəməyə müraciət etmək hüququnu özündə saxlayır.

"Amal" ASC-nin sədri Kazımоv E.R.

Poçt ünvanı: Bakı şəh., C. Cabbarlı küçəsi, 44b

Hər bir iddianın əsaslı olması, sənədləşmənin vaxtında və düzgün tərti оlun-masının yoxlanılmalıdır. Iddianın təqdim olunması müddətinə riayət edilməməsi çox vaxt material qiymətlilərinin mənimsənilməsi faktını gizlətmək üçün istifadə edilir, çünki hesablanmış məbləü istehsal xərclərinə və ya digər hesablara silinir. Buna görə də malgöndərənlər və podratçılar tərəfindən iddianın səbəbləri, iddia məsələlərinin məhkəmədə baxılması üzrə protokollar öyrənilməlidir.





  1. Yüklə 1,64 Mb.

    Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin