Ayətullah Fazil Lənkərani



Yüklə 0,8 Mb.
səhifə27/30
tarix14.06.2018
ölçüsü0,8 Mb.
#53648
1   ...   22   23   24   25   26   27   28   29   30

YERLİ BİR EHTİMAL


Yuxarıdakı iki rəvayətdən başa düşülür ki, Ümmü Sələmənin "Təthir" ayəsindəki inayətdən məhrum olması təəbbüdi (sadəcə Həzrətin buyurduğuna görə) deyil. O, otağın kənarında olduğu üçün bu ayənin əhatə dairəsindən xaricdir. Ümmü Sələmə həmin inayətdən bəhrələnməli olmadığına görə "Təthir" ayəsi nazil olan zaman Allah-Taala onu otağın kənarında qərar verdi. Elə buna görə də Ümmü Sələmə can atırdı ki, az da olsa bu inayətdən bəhrələnərək Əhli-beyt(əleyhimussalam) cərgəsinə daxil olsun.

Lakin Allahın təyin etdiyi qəzavü-qədər qarşısında nə etmək olar? Ümmü Sələmə Əhli-beytin cərgəsinə daxil olmağa layiq deyildi. O, Əhli-beytin cərgəsindən çıxıb, evin içindəki otaqcığa çəkilməli və Allahla raz-niyaz etməli idi. Müddəamızın canlı şahidi olaraq Quranın və Əhli-beytin sözlərinin bəzi sirlərini bilən Cabirin rəvayətini burada qeyd edirik:

نَزَلَتْ هذِهِ الاَيَةُعَلَي النَّبِيِّ وَلَيْسَ فِي الْبَيْتِ اِ˙َ فاَطِمَةُ وَالْحَسَنُ وَالْحُسَيْنُ وَعَلِيٌّ: اِنَّماَ يُرِيدُ اللهُ...

"Təthir" ayəsi Peyğəmbərə (səlləllahu əleyhi və alihi və səlləm) nazil olan vaxt Ümmü Sələmənin evində Fatimə, Həsən, Hüseyn və Əlidən başqa heç kəs yox idi.60

Buradan Peyğəmbərin ən fəzilətli zövcəsi olan Ümmü Sələmənin Əhli-beytdən olmaması məlum olur. Çünki otaqda onlarla bir yerdə deyildi. Həmçinin həmin rəvayətdəki "əl-beyt" kəlməsi də sübut edir ki, Əhli-beyt yalnız Ümmü Sələmənin evində olan şəxslərdir.


ZAMANİN KEÇMƏSİ İLƏ


"Təthir" ayəsi nazil olan vaxt "Əhli-beyt" kəlməsi "Ümmü Sələmənin evində əbanın altında bir yerə yığılan şəxslər" mənasını ifadə edirdi. Lakin zaman keçdikcə bu kəlmə özünə tarixi bir ünvan aldı.

Bütün sünnü və şiə alimlərinin nəzərinə əsasən, Pey-ğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) yalnız dörd nəfəri"Əli, Fatimə, Həsən və Hüseyn (əleyhimussalam)-ı Ümmü Sələmənin evinə dəvət etmişdi. Amma "Təthir" ayəsi nazil olandan sonra, Allah tərəfindən və Onun iradəsi ilə ən böyük fəzilət bu dörd nəfərə əta olunmaqla yanaşı, bu hadisə onlar üçün özünəməxsus məqam yaratdı. Yavaş-yavaş "Əhli-beyt" kəlməsi dillər əzbəri olaraq onlar üçün əsaslı bir ünvana çevrildi.

"Əhli-beyt" kəlməsi özünün tarixi və həqiqi orji-nalını taparaq, zaman keçdikcə mühüm ünvana çevrildi, fəzilət yaradan bir lövhə kimi tanındı, bu ünvan Peyğəmbərin əziz qızı Fatimə, Əli və onların iki övladı üçün xüsusiləşdi. Bu cür ünvanın yaranmasına səbəb, "Təthir" ayəsinin sübut etdiyi fəzilətlərin isbatı, mövqeyi və əhəmiyyəti idi.

"Alim", "adil", "şücaətli" kəlmələrinin öz-özlüyündə yüksək mərtəbəli və ali səciyyələri özündə əks etdirmə-diyi kimi, bu kəlmənin də öz-özlüyündə yüksək fəziləti yoxdur. Lakin "Təthir" ayəsinin fəzilət yaradan məzmu-nu "Əhli-beyt" kəlməsini yüksək mənanı xatırladan bir səviyyəyə çatdırır. Onların "Əhli-beyt" adı altında dillər əzbəri olmasının sirri də məhz bu idi.

Deməli, "Təthir" ayəsindəki fəzilətin Əhli-beyt(əleyhimussalam) üçün sübut olunmasına görə də zamanın keçməsi ilə bu kəlmə özünə xüsusi bir mövqe taparaq məşhurlaşdı və Əhli-beyt(əleyhimussalam) Allah-Taalanın seçdiyi xüsusi şəxslər üçün bir ləqəb oldu.

Təhqiqatların göstərdiyi kimi, "Təthir" ayəsi nazil olmamışdan qabaq "Əhli-beyt" kəlməsi Peyğəmbər tərə-findən o həzrətin öz qohum-əqrəbası üçün bir ünvan kimi işlənməmişdi. Lakin bu ayə nazil olandan sonra, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) "Əhli-beyt" kəlməsini ən yaxın adamlarının, yəni Fatimə, Əliyyibni Əbitalib və onun iki övladının məqamını bəyan etmək üçün bunu dəfə-lərlə təkrar etmişdi.

Sanki Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) "Təthir" ayəsinə görə sevin-diyi üçün "Əhli-beyt" kəlməsini təkrar edir, öz sevin-cini artırmaq, bu neməti xalqa tanıtdırmaq və bu dörd nəfərin fəzilətlərini onların yadına salmaq istəyir. Bu ləqəb bir dünya məziyyətdən ibarətdir, bu ayə də Peyğəmbərin istədiyi ən yaxın adamlarını insaniyyətin ən uca zirvəsinə çatdırdı. Məhz bu hadisədən sonra, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) altı ay (və ya daha çox) hər gün sübh namazına gedəndə, Fatimənin (əleyhissalam) evinin qabağından keçərək buyurur: الصَّلوَةُ ياَ اَهْلَ الْبَيْتِ "Namaza, ey Əhli-beyt!"61

Bəli, zamanın keçməsi ilə başqaları "Təthir" ayə-sinin sayəsində və bu fəzilətlə iftixar etməmiş, tarix boyu Əhli-beytdən başqa heç kəs bu ayənin gətir-diyi şən-şərəfə malik olmamışdır. Zamanın gizli pərdəsi bu kimi iftixarlı paltarı heç kəsə geyindir-məmişdir.

Zamanın keçməsi fəzilət cilvələrini aşkar etdi, "Əhli-beyt" kəlməsi qızıl suyu ilə yazılan tarix səhi-fələrini daha da gözəlləşdirdi. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) bu kəlməni çox təkrar edirdi ki:

Tarixin yaraşığı olan bu qızıl ünvan unudulmasın

Ləyaqətsiz insanlar bu mələkuti və ilahi ünvanı özləri üçün bəzəkli lövhəyə çevirməsinlər

Quranın həqiqətlərindən, sirlərindən xəbərsiz olanlar bu iftixarlı ünvanın Əhli-beytə şamil olduğunu bilsinlər

Dünya xalqları bilsinlər ki, "Təthirَ ayəsi kimləri fəzi-lətin fövqündə qərar vermiş, kimləri əbədi cəhalətdən, şəkk-şübhədən və çirkinlikdən paklaşdırmışdır

Başa düşsünlər ki, İslamın həqiqi rəhbərləri insaniyyətin necə yüksək dərəcəsində qərar tutmuşlar

Əkrəmə kimilər anlasınlar ki, kinə və həsədin şöləsi ilə yanan nəzəriyyələr agah xalqı həqiqət yolundan azdıra bilməz

Yersiz təəssübkeşlik xəstəliyinə tutulan bəzi təfsirçilər başa düşsünlər ki, təəssüb üzündən yaranan fikirləri zorla Qurani-Kərimə qəbul etdirmək mümkün deyildir və bu müqəddəs kitab elə yüksək bir üfüqdədir ki, fəzilət yolunu yalnız onda tapmaq olar və onun yüksək məqsədlərinin həva-həvəs və şəxsi qərəzlər ilə heç bir uyğunluğu yoxdur

Haqq-həqiqət axtaran insanların, həqiqət yolunu tanıtd-ırmaq üçün dəlilləri olsun və Peyğəmbərin sözlərini özləri üçün ən mötəbər sənəd olaraq seçsinlər.

BU TƏHQİQİ METODUN SƏMƏRƏSİ


Bu yeganə və misilsiz metod "Əhli-beyt" kəlməsinin təhqiqindəki yolu yersiz mübahisələrdən təmizləyir. Bunların hamısını mülahizə etdikdə, Əhli-beytin məfhumunda ixtilaf etmək yersiz bir iş, xəlbirdə su daşımaq kimi olur. Daha Əhli-beytin məfhum dairəsini ümumiləşdirməyin, yaxud kiçiltməyin heç bir mənası yoxdur. Artıq "əhl nə deməkdir?", "Əhli-beyt kimdir?" və ya "Peyğəmbərin zövcələri onun Əhli-beytdəndirmi?"-deyə mübahisə etmək mənasızdır. "Əhli-beyt" kəlməsini təəssüb üzündən Peyğəmbərin zövcələrinə həsr etmək puç iddiadan başqa bir şey deyil.

Əgər Əhli-beyt(əleyhimussalam) kəlməsinin məfhumunda bir irad və anlaşılmazlıq olsaydı, bu iddialar müəyyən bir iş görər və "Əhli-beyt" kəlməsi "nübüvvət Əhli-beyti" kəlməsi ilə eyni səviyyədə düşünülə bilərdi. Bu halda onun Peyğəmbərin zövcələrinə də şamil olması çox da sənədsiz olmazdı. Çünki camaat arasında "əhli-beyt" kəlməsi qadınlara da aid edilir, amma qeyd olunan layiqli təhqiqat göstərdi ki, "Təthir" ayəsindəki "Əhli-beyt", həmçinin "Ali-kisa" və ya "Ali-əba" kəlmələri də Peyğəmbərin evlərindən birində"Ümmü Sələmənin evində bir yerə yığışan beş nəfər şərafətli insana işarədir.

Həmçinin "kisa" kəlməsinin məfhumu barəsində mühəqqiqlərdən və alimlərdən heç biri münaqişə etməmişdir, "Ali-kisa"nın da əbanın altına yığışanlara işarə olduğu hamı tərəfindən qəbul olunur. Beləliklə, Əhli-beyt(əleyhimussalam) kəlməsinin məfhumu barəsində də münaqişəyə yer yoxdur. Çünki kəlmənin özü təklikdə əhəmiyyət kəsb etmir və "Təthir" ayəsində bir mövzu kimi irəli çəkilmir. "Əhli-beyt"in məfhumu paklanmaya və ilahi inayətə şamil olmayıbdır ki, qadınların da Əhli-beytə daxil olub-olmaması barədə bəhs edək. Əksinə, bu kəlmə 5 nəfərdən başqa heç kəsə, hətta evin bir guşəsində oturub tamaşa edən Ümmü Sələməyə belə işarə etmir. Belə ki, o, evin bir guşəsində dayandığı halda müqəddəs feyzə çata bilmədi. Əziz oxucuların bu barədə baxışlarını artırmaq üçün, başqa bir daha izahat verməyi lazım görürük.


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin