340. Allahın rəsulu(s): Sizlərdən hər kim səfərdən qayıdarkən, ailənizə hədiyyə gətirin. Hətta heç bir şey belə tapa bilməsəniz, ətəyinə daş və ya bir ovuc odun da olsa qoyun. Çünki bu da onları sevindirər.5
341. Allahın rəsulu(s): Sizlərdən hər kim səfərdən qayıdarkən, ailənizə hədiyyə gətirin. Hətta bir daş parçası olsa belə.1
13\2
342. Allahın rəsulu (s): Allah yanında, kişinin öz ailəsi ilə birgə oturması, bu məscidimdə etikaf etməsindən daha sevimlidir.2
343. "Tənbihül-ğafilin": Ənəs rəvayət edir: Dedim: Ey Allahın elçisi! Ailə ilə birlikdə əyləşməyin svabı çoxdur, toxsa məsciddə oturmağın?
Buyurdu: "Bir saat ailə ilə birlikdə vaxt keçirmək, mənin üçün, bu məscidimdə etikaf etməsindən daha sevimlidir."
Dedim: Ey Allahın elçisi! Sizin nəzərinizcə, (Allah yanında) ailə üçün xərcləmək daha sevimlidir, yoxsa Allah yolunda sədəqə vermək?
Buyurdu: "Kişinin ailəsi üçün bir dirhəm xərcləməsi, mənim fikrimcə, Allah yolunda min dinar xərcləməkdən daha sevimlidir."3
344. Allahın rəsulu (s): Məscidə sarı yola düşməklə, ailənin yanına getmək, eyni savaba malikdir.4
345. Allahın rəsulu (s): Szilərdən hər birinizin işi tamamlandıqda, hər nə qədər mümkünsə tez bir zamanda ailəsinə sarı yola düşsün. Çünki bu iş, onun mükafatını (savabını) daha da çoxaldar.1
346. Allahın rəsulu (s): Allah-təala mömini sevir və (onun) qadın və övladlarını da sevir. Allah yanında ən sevimli şey, kişinin həyat yoldaşı və övladları ilə birlikdə yemək yeməsidir. Onlar hər zaman bir süfrə ətrafında toplaşsalar, onlara rəhmət nəzəri ilə baxar. Onlar ayrılmamışdan öncə günahlarını bağışlamışdır.2
347. Allahın rəsulu (s): Mömin öz övladları ilə birlikdə yemək yediyi zaman, hər loğmasına, bir qul azad etməyin savabı yazılar. Onun üçün (behiştdə) bir şəhər inşa edilər. Allah-təala onun əməl dəftərini sağ əlinə verər.3
348. Allahın rəsulu (s): Hər mömin övladı ilə birlikdə yemək yeməyi sevsə, ərşin altında bir mələk ona belə səslənər: Ey Allahın bəndəsi! Əməllərinə yenidən başla ki, Allah-təala bütün günahlarının bağışladı.4
349. Allahın rəsulu (s): Bilirsinizmi, bu beş əməli əncam verən şəxs təkəbbürlü (lovğa) deyildir: Qoyun sağmaq, yun geyinmək, kasıblarla birlikdə əyləşmək, uzunqulağa minmək və kişinin ailəsi ilə birlikdə yemək yeməsi.1
350. İmam Sadiq (ə): Allahın elçisi (s) bir kişiyə buyurdu: "Orucsanmı?"
Dedi: Xeyir.
"Kimsəsizə yemək verdinmi?"
Xeyir.
"Evinə, ailənə sarı geri dön. Bu iş, sədəqə sayılır."2
14\2
Dostları ilə paylaş: |