Azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ MÖvzu 1 azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ FƏNNİNİN Əsaslari



Yüklə 264,25 Kb.
səhifə18/77
tarix20.11.2023
ölçüsü264,25 Kb.
#133417
1   ...   14   15   16   17   18   19   20   21   ...   77
C fakepathAZERBAYCAN D L VE N TQ MEDEN YYET 2019-2020 son(2)

Fərqli xüsusiyyətləri:

  1. Şifahi nitq yazılı nitqdən çox əvvəl meydana gəlmiş və işləkliyinə görə yazılı nitqdən aktivdir;

  2. Şifahi nitqi səciyyələndirən vacib əlamətlərdən biri onun birbaşa, canlı şəkildə ünsiyyətin vasitəsi olması və müsahibə ünvanlanmasıdır. Deməli, bu nitq prosesində iki tərəf-danışan və dinləyən iştirak edir;

  3. Şifahi nitqin leksikasında hamı üçün anlaşıqlı olan ümumişlək söz və ifadələrdən daha çox istifadə edilir;

  4. Şifahi nitqdə nitqin növündən (dialoji və monoloji) asılı olmayaraq, danışıq dilinin xüsusiyyətləri qorunaraq qısa replikalardan və yarımçıq cümlələrdən geniş şəkildə işlədilir. Bu baxımdan da cümlələr müxtəsər və quruluşca əsasən sadə olur;

  5. Şifahi nitqdə nitqin ifadəliliyini artıran, onu canlı və təsirli danışığa çevirən vasitələrdən: intonasiya, fasilə, vurğu, tembr və s. istifadə edilir;

  6. Şifahi nitqdə fikrin daha düzgün və aydın ifadəsi üçün, həm də asan anlaşılması məqsədilə jest və mimikadan da intonasiyanın tələbinə uyğun şəkildə istifadə olunur;

  7. Şifahi nitqin tempi çox sürətli olur. Adi halda (normalda) insan bir dəqiqədə 80-100 söz tələffüz edə bilər. Peşəkar natiqlər isə 120-dən çox söz tələffüz edirlər.

Nitq texnikasının elementlərindən biri də səsdir. Səs ifaçı üçün əsas ifadə vasitəsidir. O, səsin köməyi ilə əsərin məna çalarlarını, sətirlər arxasındakı niyyətləri dinləyicilərə çatdır­ma­ğa nail olur. Səsin gücü rəqslənmənin genişlənməsindən, başqa sözlə, səs dalğasının qalxıb-düşmə nöqtələri arasındakı məsafədən asılıdır.
Yazılı (optik) nitq Şifahi nitqdən sonra meydana çıxan dil hadisəsidir. Yazı vasitəsilə səsli dil müəyyən işarələrlə qeyd olunur. Deməli, müəyyən işarələr sistemindən ibarət olub, görmə vasitəsilə dərk olunan və insanlar arasında müəyyən əlaqələrin yaranmasına xidmət edən ünsiyyət formasına yazılı nitq deyilir. Bu gün gördüyümüz hər hansı bir yazı birdən-birə meydana gəlməmiş, çox uzun tarixi inkişaf prosesi keçmiş, formadan-formaya düşmüş, təkmilləşmiş və bugünkü inkişaf mərhələsinə (səviyyəsinə) gəlib çatmışdır. İnsanların ehtiyacı nəticəsində əmələ gələn yazı növlərini və bunların inkişafını öyrənməyin insan cəmiyyətini və mədəniyyət tarixini bilmək üçün olduqca böyük əhəmiyyəti vardır.

Yüklə 264,25 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin